Trans-Anadolu Qaz Boru Kəməri layihəsi reallığa çevrilir
28.06.2012 [22:56]
Xəbər verildiyi kimi, iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalanıb. Sənədləri Azərbaycandan sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfindən isə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzalayıblar.
ARDNŞ-in İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyevin mətbuata açıqlamasına əsasən TANAP layihəsinin reallaşması 7 milyard ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 1,4 metr nəzərdə tutulub. Kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücünün tədricən artırılmasına imkan verəcək. Layihənin 4 mərhələdə həyata keçiriləcəyi gözlənilir. Onun ilk mərhələsi 2017-ci ildə başa çatacaq. Bu, “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə istismarın 2017-ci ilin sonlarınadək başlanması ilə bağlıdır.
2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Bununla da, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini TANAP vasitəsilə ixrac etmək mümkün olacaq.
Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstanın və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan, həm də, qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni mərhələ
Əksər ekspertlərin qeyd etdikləri kimi, Trans-Anadolu Qaz Boru kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı imzalanan müqavilə Azərbaycanla Türkiyənin iqtisadi sahədə, xüsusən də, enerji, investisiya yatırımı üzrə əməkdaşlığı baxımından tarixi razılaşmadır. Məlumdur ki, Azərbaycanla Türkiyə arasında bu vaxtadək çox uğurlu enerji tərəfdaşlığı qurulub. Regionun ən nəhəng və qlobal əhəmiyyətə malik olan enerji layihələri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru xətlərinin tikintisində də məhz bu iki ölkənin birgə fəaliyyətinin xüsusi yeri var. Enerji siyasətinin həyata keçirilməsi üzrə bir çox məsələlərdə ortaq mövqedən çıxış edən Azərbaycanla Türkiyənin əməkdaşlığı, şübhəsiz, TANAP-ın reallaşması istiqamətində müqavilənin imzalanması ilə yeni mərhələyə daxil olub.
Qeyd edək ki, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Müqavilənin imzalanmasından sonra keçirilən mətbuat konfransında baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, sonrakı mərhələlərdə Türkiyəyə çatan qazın həcmi ölkənin ehtiyaclarından asılı olaraq artırıla bilər.
Qeyd edək ki, son illərdə Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına, o cümlədən, enerji sahəsinə aktiv şəkildə investisiya yatırmaqdadırlar. Xatırladaq ki, 2011-ci ildə Türkiyənin nəhəng “Petkim” şirkətinin özəlləşdirilməsi nəticəsində 25 faizlik paya sahib olmaqla ARDNŞ sonradan şirkətin əsas sahibinə çevrilib. Beləliklə, TANAP layihəsi ilə ARDNŞ Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkətə çevriləcək, ölkələr içərisində isə Azərbaycan birinci yerə yüksələcək. ARDNŞ prezidenti Rövnəq Abdullayevin mətbuata açıqlamasına görə, layihənin reallaşması nəticəsində ARDNŞ-in Türkiyəyə yatırdığı investisiyaların həcmi 17 milyard dollara çatacaq.
Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi qitə ölkələrinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. TANAP layihəsi əsasında Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan marşrutu vasitəsilə Avropaya çıxarılacaq.
Məlumdur ki, Trans-Anadolu Qaz Boru Kəməri layihəsi ekspertlər tərəfindən hər zaman “NABUCCO” layihəsinin əsas rəqiblərindən biri kimi göstərilib. Lakin Azərbaycan tərəfinin səsləndirdiyi bəyanatlarda TANAP-ın “NABUCCO”ya qarşı olmadığı dəfələrlə vurğulanıb. Bir müddət öncə isə Avropa şirkətləri “NABUCCO”nun maliyyələşdirilməsi və təchizatı məsələlərini əsas gətirərək, onun nisbətən kiçik versiyası olan “West NABUCCO” layihəsini irəli sürmüşdülər. Belə nəticəyə gəlmək olar ki, TANAP müqaviləsinin imzalanması ilə hazırda bütün diqqət bu layihənin gerçəkləşməsinə yönələcəyi üçün “West NABUCCO” layihəsinin arxa plana keçmək ehtimalı var. Lakin bununla belə, layihə reallaşma şansını da itirməyib.
Hazırda TANAP-ın həyata keçirilməsi ilə bağlı hazırlıq işləri başlanıb, növbəti addım isə onun maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi və maliyyə institutları ilə danışıqların aparılması olacaq. Azərbaycan Dövlət Neft Şirkəti İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyevin sözlərinə görə, ARDNŞ bu layihənin maliyyələşdirilməsində Azərbaycanın daxili maliyyə imkanlarından da istifadə etməyi planlaşdırır: “Ehtimal edirəm ki, Azərbaycan Dövlət Neft Fondu da bir sərmayəçi kimi bu layihəyə qoşulmağı çox ciddi şəkildə araşdıracaq və müsbət qərar qəbul olunduğu halda biz istərdik ki, Neft Fondu da burada iştirak etsin”.
Beləliklə, Azərbaycanın aparıcı qüvvə kimi iştirak etdiyi Trans-Anadolu Qaz Boru Kəməri layihəsinin gerçəkləşməsi prosesi artıq başlayıb. Bütün tərəflərin iqtisadi maraqlarını təmin edəcək TANAP həm də regionda sülhün, stabilliyin, təhlükəsizliyin, əməkdaşlıq mühitinin möhkəmlənməsinə töhfə verəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

