Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan rumıniyalı investorları Ələt Azad İqtisadi Zonasına dəvət edib

Azərbaycan rumıniyalı investorları Ələt Azad İqtisadi Zonasına dəvət edib

01.04.2024 [12:11]

Azərbaycan hökuməti rumıniyalı investorlarını Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) fəaliyyət göstərməyə dəvət edirik və bura Rumıniyadan sonra onlar üçün ən əlverişli yer olacaq.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında ƏAİZ-nin Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.

"2026-cı ilin I yarısından ƏAİZ-də karqo terminalları istifadəyə veriləcək. Bu terminallarla ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1,5 milyon tona çatdırılacaq. Biz istənilən təklifi dəyərləndirməyə hazırıq, lakin ən yaxşı beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək üçün innovativ texnologiyalardan və yanaşmalardan istifadə edən, yüksək əlavə dəyərli, ixracyönümlü istehsalla məşğul olacaq investorlara üstünlük verəcəyik", - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31