/ / “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib
“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib
27.11.2024 [23:35]
Azərbaycan Mətbuat Şurasının (MŞ) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu – beşinci toplantı keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, tədbiri açan MŞ-nin sədri Rəşad Məcid Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Diqqətə çatdırılıb ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri ilə bağlı indiyədək 4 toplantı olub. Bu toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.
“Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibələri dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib”,- deyə Mətbuat Şurasının sədri əlavə edib.
İndiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısının hazırlanaraq “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirildiyini diqqətə çatdıran R.Məcid məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşmanın tətbiq edildiyini bildirib.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, layihə çərçivəsində aparılmış “Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat”ın nəticələrini şərh edib. Bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartlara uyğun hazırlanıb.
Toplantıda çıxış edənlər icra olunan layihənin əhəmiyyətindən söz açıb, Azərbaycanın media məkanına aid bilgilərin, araşdırma materiallarının bir ünvanda toplanmasının vacibliyindən bəhs ediblər. Çıxışçılar, eyni zamanda, layihənin davamını zəruriləşdirən məqamlardan da söz açıb, Şuranın təşəbbüsünə göstərdiyi dəstəyə görə QHT Agentliyinə təşəkkürlərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxİdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03

