Mediamız dövlət maraqlarını qorumağa qadirdir
19.08.2025 [12:08]
Bu gün dünyada ölkələrin nüfuzu yalnız onların iqtisadi inkişaf səviyyəsi ilə ölçülmür. Demokratiya və onun mühüm atributlarından olan söz və ifadə azadlığı da əsas kriteriyalardan biri kimi götürülür. Bu baxımdan respublikamızda fikir, söz, mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsinə dövlətin həssas yanaşması, bu məqsədlə zəruri hüquqi bazanın təmin edilməsi ?? prosesin ardıcıl olaraq dəstəklənməsi təqdirəlayiq haldır.
KİV-lər üçün yeni dövr
Milli mətbuatımız artıq 150 yaşındadır. İyul ayında respublikamızda milli mətbuatımızın yubileyi böyük təntənə ilə qeyd olundu, o cümlədən Prezident İlham Əliyevin imzaladığı müvafiq ?ərənca?la bir qrup şəxs yüksək təltiflərə layiq görüldü. Bu, dövlətimizin, şəxsən Prezident İlham Əliyevin mediamızın inkişafına göstərdiyi qayğının əyani təzahürüdür.
“Əkinçi”dən başlayaraq milli mətbatımızın inkişaf tarixində müxtəlif mərhələlərdən keçilib. Zaman-zaman çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafı?ada, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb. Təbii ki, bu inkişaf yolu həmişə hamar olmayıb. Müstəqil Azərbaycanda söz azadlığının, KİV-ə dövlət qayğısı siyasətinin əsasını böyük siyasətçi Heydər Əliyev qoyub. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə mətbuatın problemlərini yaxından öyrənib və onların aradan qaldırılmasına yönələn tədbirlərin həyata keçirilməsinə nail olub. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” ?ərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Heydər Əliyevin ?ərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat təmsilçiləri Heydər Əliyevin hərtərəfli diqqət və qayğına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.
2003-cü ildən sonra isə Prezident İlham Əliyevin aldığı qərarlar milli mətbuatımızın inkişafına həm hüquqi, həm də texniki və institusional baxımdan güclü təkan verib. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” ?ərmanı milli mətbuatımızın yeni mərhələdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu ?ərmanın imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan dövləti mediada keyfiyyət dəyişikliyinin baş verməsində çox maraqlıdır.
Sözügedən Fərmana uyğun olaraq Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxs kimi yaradılıb. MEDİA yarandığı gündən media sahəsində çevik və səmərəli fəaliyyət göstərir.
Qabaqcıl dünya təcrübəsi və müasir çağırışlar nəzərə alınmaqla hazırlanan”Media haqqında” Qanunun qəbul edilməsi ilə milli mətbuatımızın qarşısında yeni dövr açılıb. Qısa müddətdə Media Reyestrinin yaradılması da böyük uğurdur.
Mətbuatımız üçün yeni çağırışlar
Hər dövr mətbuat üçün yeni çağırışlar yaradıb. Bu gün jurnalistlər üçün yaranan çağırışlar isə yalnız məzmunla bağlı deyil. Hərçənd ki, onlar öz peşə fəaliyyətlərində sürətlə dəyişən gündəmin nəbzini tutmaq məcburiyyətindədirlər. Auditoriyaya ötürülən informasiyalar daim yenilənməlidir. Necə deyərlər, jurnalistlərin qulağı səsdə, barmaqları yazmaqda olmalıdır. Əks halda, yazmağın da bir mənası qalmır. Jurnalistlər üçün digər bir çağırş isə 4-cü sənaye inqilabının tələblərindən yaranır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı mətbuatda da transformasiyaları qaçılmaz zərurətə çevirib. Təsadüfi deyil ki, bir qədər bundan əvvəl azad Xankəndidə keçirlən III Şuşa Qlobal Media Forumunun mövzusu da “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olub. Forumda sualları cavablandıran Prezident İlham Əliyev Azərbaycan jurnalistlərini mətbuatımızın yubileyi münasibəti ilə təbrik edib və mediamızın inkişafından məmnunluğunu bildirib. “Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dünya miqyasında bu günün reallıqları elədir ki, heç bir halda medianın rolunu yalnız auditoriyaya xəbər çatdırmaq funksiyası ilə məhdudlaşdırmaq olmaz. Mətbuat həm də bir ideoloji vasitədir. Bu gün transmilli mediada feyk xəbərlərin yayılması adi hala çevrilib. Bir sıra hallarda həmin feyk xəbərlər vasitəsilə milli dövlətlər hədəfə alınır və onların imicinə beynəlxalq səviyyədə xələl gətirilir.
Təəssüf doğuran haldır ki, belə “hücumlara” zaman-zaman respublikamız da məruz qalıb. Buna ən son nümunələr kimi, 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə bağlı transmilli mediada dərc olunan bədnam yazıları göstərmək olar. Həmin yazıların məzmunu yalandan və respublikamıza yönələn iftiralardan başqa bir şey deyildi. Yaxşı haldır ki, həmin taleyüklü məqamlarda Azərbaycan mediası cəmiyyətimizin bir parçası olaraq yüksək həmrəylik ortaya qoydu və obyektiv yazıları ilə məkrli qüvvələrin ölkəmiz ətrafında qurmaq istədikləri informasiya blokadasının darmadağın edilməsində Prezident İlham Əliyevin, necə deyərlər, ən yaxın köməkçisi oldu. “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
YEGANƏ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

