Öyrənmək, yaratmaq, tətbiq etmək...
05.09.2025 [08:59]
Təhsil proqramlarının yeni dövrü
Cəmiyyətin inkişafı onun bilik və təcrübəsinin səviyyəsi ilə ölçülür. Bu inkişafın əsas təməl daşlarından biri isə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasıdır. Bu proqramlar yalnız məlumat yaymaqla kifayətlənmir, onlar insanlara düşünməyi, öyrənməyi, yaratmağı öyrədir və cəmiyyətin hər üzvünü gələcəyə hazırlayır.
Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları bir-birini tamamlayaraq cəmiyyəti daha maarifli, intellektual və mədəni baxımdan zəngin etməlidir. Bu proqramların hazırlanması yalnız vəzifə deyil, həm də böyük məsuliyyətdir - gələcəyimizi qurmaq üçün ən möhkəm sərmayədir.
Təhsil sahəsində yeniliklər yalnız texnologiya ilə bağlı olmamalıdır. Tədris proqramları real həyat problemlərinə yönəlməli, şagird və tələbələrin bacarıq və maraqlarına uyğun fərdi yanaşmalar tətbiq edilməlidir. Layihə əsaslı təhsil və yerli-beynəlxalq əməkdaşlıqlar gəncləri praktik təcrübə ilə təmin edir, onları yalnız məlumat sahibi deyil, həm də yaradıcı və məsuliyyətli fərdlərə çevirir.
Problemlərə yönəlmiş öyrənmə metodu...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, təhsil proqramlarının hazırlanmasında yeniliklər bir neçə istiqamətdə ola bilər. Bunlardan biri də məzmun və pedaqoji yeniliklərdir: “Məsələn, fərdi yanaşmanı xüsusilə qeyd edə bilərik. Yəni hər şagirdin bacarığına, marağına və öyrənmə sürətinə uyğun adaptiv dərs proqramlarının tətbiqi böyük əhəmiyyət kəsb edə bilər. Eyni zamanda, layihə əsaslı öyrənmə də vacibdir. Tələbələr real həyatda istifadə oluna biləcək layihələr üzərində işləyərək öyrənməlidirlər. Bundan başqa, problemlərə yönəlmiş öyrənmə metodu da olduqca müsbət nəticələr verə bilər. Çünki təhsil sadəcə, məlumat ötürmək yox, problemləri həll etmə bacarıqlarını inkişaf etdirməyə yönəlməlidir”.
Qlobal və mədəniyyətlərarası baxış da vacibdir
E.Əfəndinin sözlərinə görə, təhsil proqramlarının hazırlanmasında müasir tələblər arxa plana atıla bilməz: “Təbii ki, texnoloji yeniliklər dərsliklərə və proqramlara daxil edilir. Təhsil proqramlarında dünyəvilik də böyük əhəmiyyət daşıyır. Belə ki, qlobal və mədəniyyətlərarası baxış vacibdir. Şagirdlər müxtəlif ölkələr və mədəniyyətlər haqqında məlumat əldə edərək dünya görüşlərini genişləndirə bilərlər. Həmçinin kritik düşüncə, kommunikasiya, əməkdaşlıq və yaradıcılıq kimi bacarıqlar da təhsil proqramlarına daxil edilə bilər”.
Hansı problemlər var?
Ekspert qeyd edib ki, təhsil proqramlarının hazırlanmasında müxtəlif problemlər mövcuddur, bunlar həm metodik, həm texniki, həm də sosial sahələrdə özünü göstərir: “Əsas problemlərdən biri məzmun və proqramın köhnəlməsidir. Bəzi təhsil proqramları müasir elmi və texnoloji yeniliklərə uyğun deyil. Diqqət yalnız nəzəri biliklərin ötürülməsinə yönəlir, praktik bacarıqlar isə yetərincə inkişaf etdirilmir. Eyni zamanda, bəzi təhsil proqramlarında qlobal trendlər və tələbələrin real ehtiyacları nəzərə alınmır”.
Şagirdin biliyi yalnız imtahanlarla ölçülür
Ekspertin sözlərinə görə, tədris metodları çox vaxt passiv və yaddaşa əsaslanan olur, şagirdləri aktiv öyrənməyə cəlb etmir: “Fərdi yanaşma və adaptiv təhsil imkanları məhduddur. Müasir pedaqoji texnologiyalardan istifadə yetərli deyil.
Bundan başqa, müəllimlərin hazırlıq səviyyəsi və motivasiya problemlərini qeyd edə bilər. Müəllimlərin peşəkar inkişafı üçün davamlı təlim imkanları məhduddur. Təhsil proqramlarını uğurla həyata keçirmək üçün müəllimlərin metodik və texnoloji bilikləri yetərli olmaya bilər.
Tələbələrin bilik və bacarıqları yalnız imtahanlarla ölçülür, praktik tətbiq və yaradıcılıq yetərincə nəzərə alınmır. Qısaca desək, təhsil proqramlarının əsas problemləri köhnəlmiş məzmun, qeyri-effektiv metodlar və müəllim hazırlığı ilə bağlıdır”.
Göründüyü kimi, təhsil proqramlarının hazırlanması bir növ gələcəyin qurucularını formalaşdırmaq deməkdir. Müasir proqramlar yalnız bilik ötürmür, onları kritik düşüncə, yaradıcılıq və sosial bacarıqlarla təmin edir. Belə proqramlar cəmiyyətdə hər kəsin potensialını üzə çıxarmağa kömək edir və insanlara yalnız öyrənməyi deyil, həyatda tətbiq etməyi öyrədir. Bu baxımdan elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının bir-birini tamamlaması vacibdir.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

