Sinifdə, stadionda, səhnədə...
23.09.2025 [09:38]
Vətənpərvərliyin cəbhəsi hər yerdədir!
Bir xalqın dirçəlişi və inkişafı onun gənclərinin ruhundadır. O ruhda vətən sevgisi yoxdursa, bayrağın dalğalanması yalnız görüntü, himnin səslənməsi isə yalnız bir melodiyaya çevrilər. Gənclərin qəlbində vətənə məhəbbət olmadan, heç bir inkişaf, heç bir tərəqqi həqiqi mənada mümkün deyil.
Vətənpərvərlik təkcə döyüş meydanında can vermək deyil. Bu, bir ömürlük borcdur, düşüncədə, davranışda, əməl və əqidədə. Gənclərə vətəni sevdirmək isə yalnız nəsihətlə deyil, nümunə ilə, əməllə, hisslərlə mümkündür. 21-ci əsrin çağırışları fonunda bu anlayış daha da aktuallaşır. Gənc nəslin sosial şəbəkələrdə, məktəbdə, universitetdə, elmdə, idmanda və sənətdə vətəni layiqincə təmsil etməsi də vətənpərvərlikdir.
Unutmayaq ki, bir düşüncənin arxasında vətən varsa, o artıq idealdır. Bir uğurun kökündə vətən sevgisi varsa, o uğur artıq millidir. Bir gəncin qəlbində vətən varsa, o gənc artıq əsgərdir, fərqi yoxdur həmin əsgər sinif otağında, stadionda, studiyada, yoxsa səhnədədir...
Sadəcə tarix kitablarından məlumat verməklə iş bitmir
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Vasif Qafarov bildirib ki, vətənpərvərlik hissinin sağlam şəkildə inkişafı üçün ailə, təhsil, mədəniyyət və ictimai mühit birgə fəaliyyət göstərməlidir: “Bir gənc ilk növbədə kim olduğunu, hansı xalqın övladı olduğunu bilməlidir. Bu isə təkcə emosional yox, həm də şüurlu bir prosesdir.
Vətənpərvərlik tərbiyəsinin ilk pilləsi ailədir. Ailədə valideynlər öz davranışları ilə vətənə sevgi və hörmət nümayiş etdirməlidirlər. Təhsil sistemi də vətənpərvərlik hissinin inkişafında həlledici rol oynayır. Məktəblərdə bu mövzu yalnız dərslik səviyyəsində deyil, praktik fəaliyyətlərlə də gücləndirilməlidir. Şagirdlərə sadəcə tarix kitablarından məlumat verməklə kifayətlənmək olmaz. Onlar real qəhrəmanları tanımalı, muzeylərə, tarixi yerlərə səfərlər etməli, şəhid ailələri ilə görüşməli, vətənpərvərlik mövzulu layihələrdə iştirak etməlidirlər”.
Zaman dəyişir, nəsillər dəyişir, amma vətənə olan sevgi dəyişməməlidir. Hər bir xalqın gələcəyi onun gəncliyindən asılıdır. Gənclik isə yalnız biliyə, texnologiyaya və müasir düşüncəyə deyil, eyni zamanda, milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna bağlı olduqda güclü olur. Bu baxımdan, gənclərimizi vətənpərvər ruhda yetişdirmək yalnız bir vəzifə deyil, milli borcumuzdur.
Vətənpərvərlik həm də ruhun yanğısıdır...
Deputat qeyd edib ki, vətənpərvərlik təkcə keçmişə baxmaq deyil, bu günə və sabaha da sahib çıxmaqdır: “Gənclər anlamalıdır ki, vətəni qorumaq təkcə silahla deyil, elm ilə, zəhmətlə, dürüstlüklə də olur. Bu gün kompüter mühəndisi olan bir gənc düşmənin informasiya hücumlarına qarşı qalxan ola bilər. Sosial şəbəkədə vətənə qarşı deyil, vətən üçün danışan bir gənc ruhun savaşçısıdır. Bəli, bu gün gənclər texnologiyanın içindədir. Telefonlar, sosial şəbəkələr, trend olan videolar, amma bu platformalar da vətənpərvərlik üçün bir vasitəyə çevrilə bilər. Niyə biz öz qəhrəmanlarımızı tanıdan videolarla “trend” yaratmayaq? Niyə şəhid analarının danışdığı xatirələri paylaşmayaq? Gənc öz qəhrəmanını tanımalıdır ki, öz yolunu da tapa bilsin. Ümumiyyətlə, vətənpərvərlik yalnız müharibə dövründə yada salınmalı olan bir anlayış deyil. Bu, hər gün yaşanmalı olan bir dəyərdir.
Vətənpərvərlik tərbiyəsi həm də “qədirbilənlik tərbiyəsidir”. Bu torpaq üstündə rahat yaşamağın bir bədəli olub. İgid oğlanlarımız canından keçib ki, sabaha ümidlə baxa bilək.
Gənclərə bu bədəli başa salmaq onları həm qürurlandırar, həm də məsuliyyət yükləyər. Unutmayaq ki, bu gün gənclərə vətən sevgisini aşılamasaq, sabah bu torpağın gələcəyini kim qoruyacaq? Vətənpərvərlik təkcə bir duyğu deyil, ruhun yanğısıdır. O yanğı ki, insanın içində bir dəfə alışdısa, ömrü boyu sönməz”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

