40-a yaxın ölkədən qonaqların iştirakı ilə...
25.10.2025 [08:49]
Müasir din təhsilinə həsr olunmuş simpozium keçirildi
Dünən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziuma yekun vurulub. Oktyabrın 22-də başlayan beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, ümumilikdə, 40-a yaxın xarici qonaq iştirak edib.
Simpoziumda dini təhsilin tolerantlıq və multikulturalizm, əxlaqi dəyərlər, ictimai inkişaf kimi anlayışlarla qarşılıqlı təsiri, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində ölkə başçısının siyasətinin uğurlu nəticələrinə həsr olunmuş məruzələr dinlənilib.
Cəmiyyət daxilində harmoniya...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edərək Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasətinin dini, mədəni müxtəlifliyi qorumaqla, ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaratdığına diqqət çəkib.
O qeyd edib ki, Azərbaycanın dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır. Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir: “Bu nöqteyi-nəzərdən simpoziumda aparılacaq elmi diskussiyalar təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacaq”.
Komitə sədri əlavə edib ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edən model tapmaq lazımdır. Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm alətdir.
Din və dövlət münasibətləri model halına gəlib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, ölkəmizdə din və dövlət münasibətləri harmoniyanın, qarşılıqlı hörmətin və tolerantlığın üzərində qurulub: “Bu gün artıq qürurla deyə bilərik ki, Azərbaycanda din və dövlət münasibətləri model halına gəlib. Bu model həm bölgə, həm də dünya üçün müsbət nümunə sayılır”.
R.Həsənov ölkəmizdə dinlər və məzhəblər arasında heç bir qarşıdurma və ya ayrı-seçkiliyin olmadığına diqqət çəkib: “Əksinə, Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərlə fəaliyyət göstərirlər. Bu, yalnız dinlərarası dialoqun nümunəsi deyil, həmçinin Azərbaycanda formalaşmış din və dövlət münasibətlərinin sağlam mahiyyətinin göstəricisidir. Multikulturalizmə və dinlərarası harmoniya siyasətinə Azərbaycanda verilən dəyər dövlət səviyyəsində qəbul olunmuş ideoloji xətdir. Bu, təkcə siyasi və sosial seçim deyil, xalqımızın əsrlərlə formalaşmış mədəni və mənəvi irsinin təbii davamıdır. Biz bu modelin yaşaması və daha da möhkəmlənməsi üçün həm təhsil sistemində, həm də ictimai həyatın bütün sahələrində mənəvi dəyərlərin, qarşılıqlı anlayışın və dinlərarası əməkdaşlığın gücləndirilməsinə böyük önəm veririk. Bu mənada, simpoziumun çox dəyərli platforma olduğunu düşünürəm və inanıram ki, burada aparılacaq müzakirələr din təhsili və din-dövlət münasibətləri sahəsində yeni ideyaların yaranmasına mühüm töhfə verəcək”.
Din təhsili daim axtarışda olmalıdır
Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bildirib ki, müasir din təhsili modellərinin müzakirə olunduğu beynəlxalq simpoziumun keçirilməsində məqsəd yalnız elmi bilik mübadiləsi aparmaq deyil: “Məqsədimiz mənəvi dəyərlərlə çağdaş dünyanın tələblərini uzlaşdırmaq, din təhsilinin həm mahiyyətinə, həm də müasir dövrün reallıqlarına cavab verən modellərini formalaşdırmaqdır”.
O, qeyd edib ki, peşəkar səviyyədə təşkil edilən din təhsili yalnız din xadimləri üçün deyil, bütöv cəmiyyətin dini savadlılığı üçün də mühüm rol oynayır: “Dinin ən etibarlı dayaqlarından olan din təhsili daim axtarışda olmalı, öz məqsədlərinə çatmaq üçün yeni metodlar tapmalıdır. Çünki mənəvi dəyərlərin qorunması və cəmiyyətdə nizamın saxlanması məhz bu təhsilin səviyyəsindən asılıdır. Bu gün dünya texnoloji inqilab dövrünü yaşayır. Əvvəllər bir çox yeniliklər “şeytan əməli” kimi qəbul edilirdi. Lakin ağılla və məqsədyönlü şəkildə istifadə ediləndə həmin texnologiyalar insanlığa xidmət edən “mələk qüvvəsinə” çevrilib”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

