Ədalət və mərhəmətin vəhdəti...
19.12.2025 [10:35]
İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi hər zaman dövlət siyasətimizin əsas istiqamətini təşkil edib. Demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın atdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdir edilir. İnsan amilinə dəyər bu günümüzə və gələcəyimizə hesablanmış siyasətin əsasını təşkil edir.
Məlum olduğu kimi, dekabrın 15-də Prezident İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin bu gün - 19 dekabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, bu amnistiya aktı miqyasına görə ölkə başçısının 22 illik hakimiyyəti dövründə irəli sürülmüş 7-ci və ən geniş əhatəli hüquqi sənəddir.
Humanizm və mərhəmət prinsipi
Hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Prezidentin amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsi olduqca humanist bir addımdır: “Ümumiyyətlə, Prezidentin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun əsas istiqamətlərindən biridir. Amnistiya və əfv anlayışlarını dəqiq ayırmaq lazımdır. Belə ki, amnistiya Milli Məclisin qəbul etdiyi normativ hüquqi aktdır, geniş şəxslər dairəsinə şamil olunur və kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi səlahiyyətidir və konkret şəxslərə münasibətdə tətbiq edilir. Hazırda söhbət əfvdən deyil, məhz amnistiya təşəbbüsündən gedir.
Amnistiya aktı qəbul edilərsə, ona aşağıdakı kateqoriyadan olan şəxslər daxil edilə və onlara şamil oluna bilər:
Dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, o cümlədən Vətən müharibəsində iştirak edənlər;
2023-cü il 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarında iştirak edən şəxslər;
Həmin əməliyyatlar zamanı həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumları;
Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslər;
Mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində zərər görmüş şəxslər;
Sosial baxımdan həssas qruplar-qadınlar, 60 yaşına çatmış və daha yuxarı yaşda olan şəxslər;
Yetkinlik yaşına çatmayanlar və digər humanitar əsaslı kateqoriyalar”.
Əvvəlki amnistiya aktları ilə müqayisədə...
Ə.Nuriyev bir qayda olaraq, amnistiya aktının böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə şamil edildiyini bildirib: “Buraya az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər daxildir. Bu kateqoriyaya aid olan şəxslər ya tam azad edilə, ya cəza müddəti azaldıla, ya da cinayət məsuliyyətindən ümumiyyətlə azad edilə bilərlər. Eyni zamanda, ümumi hüquqi praktikaya əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlərə - terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətlərinə adətən şamil edilmir. Bu məsələlər amnistiya aktının yekun mətnində açıq şəkildə göstəriləcəkdir. Amnistiya aktının gözlənilən miqyasına gəlincə, nəzərə alsaq ki, bu təşəbbüs Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından və Konstitusiyanın bütün ərazilərdə tətbiqindən sonra irəli sürülüb, onun miqyasının geniş olacağı ehtimal edilir. Mətbuatda yayılan məlumatlar da bunu deməyə əsas verir. Xatırladaq ki, 2021-ci ildə qəbul edilmiş Zəfər amnistiyası 17 min 200-dən artıq şəxsə şamil edildi. Hazırkı amnistiya aktı da minlərlə şəxsə şamil oluna bilər. Təxminən 5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var. Bu, əvvəlki amnistiya aktları ilə müqayisədə kifayət qədər geniş miqyaslı ola bilər”.
Konstitusiyanın bütün ərazilərdə tətbiqi yüksək qiymətləndirilir
Ə.Nuriyev vurğulayıb ki, bu təşəbbüs hüquq, dövlətçilik, humanizm və mərhəmət prinsipləri, postmüharibə dövründə sosial reinteqrasiya və Konstitusiyanın bütün ərazilərdə tətbiqi kontekstində yüksək qiymətləndirilməlidir: “Təsadüfi deyil ki, amnistiya aktı Konstitusiyanın qəbulunun və onun bütün ölkə ərazisində tam tətbiqinin rəmzi davamı kimi dəyərləndirilir. Bütün bunlar ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması üçün atılan mühüm addım kimi qəbul olunur. Belə bir humanist addıma görə cənab Prezidentə minnətdarlığımızı bildirir və bu təşəbbüsü bir daha alqışlayırıq”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

