Azərbaycanda yol tikintisi ilə bağlı işlər davamlı xarakter daşıyır
24.08.2016 [09:49]
Dövlət proqramları çərçivəsində ölkəmizin yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilib
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Məlumat üçün bildirək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda isə əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir. Və təbii ki, bu Dövlət proqramlarından respublikamızın yol-infrastrukturuna da pay düşüb. Eyni zamanda, istər ötən illər, istərsə də bu ilin arxada qalan ayları ərzində ölkənin ayrı-ayrı regionlarında həyata keçirilən layihələr, həmçinin dövlət başçısı tərəfindən imzalanan sərəncamlar bu istiqamətdəki işlərin də davamlı xarakter aldığını təsdiqləyir.
Məsələn, istismar müddəti bitdiyi üçün uzun müddətdir yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qaraməryəm-İsmayıllı hissəsi qısa müddət ərzində əsaslı şəkildə yenidən qurulub. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən bildiriblər ki, yolun yenidən qurulması “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Üçüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 28 kilometr, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni isə 6 metr idi. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilib. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə 2,5 metr enində yeni çiyinlər yaradılıb. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılıb.
Bundan başqa, yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərə hamarlayıcı qatın döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 200 min kvadratmetrdən çox ərazisi asfaltlanıb. Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, köhnələri bərpa edilib, giriş-çıxış hissələri də təmizlənib. Yolun ayrı-ayrı hissələrində ümumi uzunluqları 364 metr olan 26 ədəd müxtəlif diametrdə və ölçüdə suötürücü boru tikilib və təmir olunub.
Təmir-bərpa işləri çərçivəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 2-ci kilometrində Mehmanlı çayı üzərində normadan artıq yüklənmiş ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşası aparılıb. Bir aşırımlı körpünün uzunluğu 30 metr, eni isə 10 metrdir. Eyni ölçüdə daha bir körpü yolun 9-cu kilometrində Kürdmaşı çayı üzərində inşa olunub. Körpülərdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də qurulub.
Aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə 38 ədəd yol nişanı və 60 ədəd məlumatverici tablo quraşdırılıb, 14,5 min kvadratmetr piyada zolaqları, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Bundan başqa, yol boyu 12 ünvanda yeni avtobus dayanacaqları da inşa edilib.
Yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 34-ə yaxın yaşayış məntəqəsinin 27 mindən çox əhalisinin gediş-gəlişinin xeyli rahatlaşmasına, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək. Bundan başqa, aparılan işlər kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq. Qeyd edək ki, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu 1970-ci illərdə tikilib istifadəyə verilib.
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin ərazisindən keçən hissəsində isə genişləndirmə və abadlıq işləri davam etdirilir. Zaqatala rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Fərman Əhmədov AZƏRTAC-a bildirib ki, avtomobil yolunun bu hissəsində nəqliyyatın hərəkətində həmişə sıxlıq müşahidə olunurdu. Avtomobil yolunun yenidən qurulmasına 2015-ci ildə başlanılıb. Yolun genişləndiriləcək hissəsinin ümumi uzunluğu 2 kilometrdir. Birinci mərhələdə Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Yolun kənarına 2 kilometr uzunluğunda istinad divarı çəkilib. İstinad divarı milli memarlıq üslubunda qaya daşı və kərpiclə üzlənib. Yol üzərində iki avtobus dayanacağı tikilib, yeni işıqlandırma sistemi quraşdırılıb.
Hazırda yolun qalan 1 kilometrlik hissəsinin ikitərəfli yola keçid üçün genişləndirilməsi işləri aparılır. Yolun bu hissəsində də iki dayanacaq tikiləcək, istinad divarları çəkiləcək, səkilər inşa ediləcək. Tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilir. Avtomobil yolunun bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Bu məqamda bir daha vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində respublikamızın yol infrastrukturunda da mühüm irəliləyişlər əldə edilib. Və eyni zamanda, yol tikintisi ilə bağlı işlər hazırda da dövlət başçısının diqqət mərkəzindədi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də “Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.
Eyni zamanda, Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı “Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,1 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin avqustun 22-də “Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən isə, 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Digər tərəfdən, dövlət başçısı aramsız yağan yağışlar nəticəsində yararsız vəziyyətə düşmüş körpülərin bərpası məqsədilə də müvafiq sərəncamlar imzalayıb. Məsələn, Prezident İlham Əliyev avqustun 17-də imzaladığı “Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında” Sərəncama əsasən 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb. Qeyd edək ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.
Eyni zamanda, Prezident İlham Əliyev avqustun 18-də imzaladığı “Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında” Sərəncamla Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb. Məlumat üçün bildirək ki, cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Sonda bir daha qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Eyni zamanda, bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Daha dəqiq desək, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Bu siyasət hazırda da davam etdirilir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

