Azərbaycanın regionlarında məktəb tikintisi geniş vüsət alıb
07.09.2016 [09:25]
Respublikada mövcud olan təqribən 5 minə yaxın məktəbin 3 mini son 12 ildə tikilib ki, bunun da sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası, ilk növbədə, sosial məzmunu ilə fərqlənir. Düşünülmüş səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması sosialyönümlü layihələrin və proqramların həyata keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə son 12 ildə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən paytaxt Bakıda və regionlarda mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması, yenilərinin tikilməsi isə xüsusilə diqqətəlayiqdir.
Bütün ölkə boyu təhsil infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır
Son 12 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı dövlət proqramlarında məktəb tikintisi ilə bağlı geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.
Yuxarıda qeyd olunan Dövlət proqramlarının icrası nəticəsində son 12 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond da ölkəmizdə təhsillə bağlı önəmli layihələr həyata keçirir. Belə ki, son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri uğurla reallaşdırılmaqdadır. Fond tərəfindən 2005-ci ildən uğurla həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində indiyədək ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dən çox məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir.
Qəzalı məktəblərin təmiri proqramı çərçivəsində də böyük iş həcmi yerinə yetirilib
Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 12 ildə çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib.
Regionlarda şagirdlər növbəti dərs ilini yeni məktəblərdə qarşılayacaqlar
Regionlarda çoxlu sayda şagird növbəti dərs ilini yeni məktəblərdə qarşılayacaq. Sabirabadın Moranlı kənd tam orta məktəbi üçün inşa olunan 432 yerlik binanın tikintisi yeni dərs ili ərəfəsində başa çatıb. Məktəbin tikintisinə 2014-cü ilin sonlarında başlanılıb. 25 sinif otağından ibarət binada havalandırma sistemi qurulub. Məktəb bütün lazımi avadanlıq və inventarlarla təchiz olunub. Təhsil ocağında fənn kabinələri, laboratoriya, kompüter otaqları, konfrans və idman zalı fəaliyyət göstərəcək. Məktəbə ayrıca su və işıq xətti çəkilib, həyəti abadlaşdırılıb.
Xaçmaz rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində diqqətəlayiq işlər görülür. Son illər rayonda 40-dək məktəb binası tikilib. Xaçmaz şəhərindəki Abumüslüm Səlimov adına 7 nömrəli tam orta məktəbin iki mərtəbəli, 360 yerlik müasir binası yeni dərs ili ərəfəsində qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Dövlət vəsaiti hesabına inşa olunan yeni təhsil ocağında şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Burada fizika və kimya laboratoriyaları, informatika kabineti, idman və akt zalı, kitabxana, tibb otağı fəaliyyət göstərəcək. Məktəbin ərazisində inşa olunan futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edəcək. Müasir istilik sistemi ilə təchiz edilən yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub.
Qeyd etdiyimiz kimi, təhsil infrastrukturunun müasir səviyyədə qurulması respublikanın bütün bölgələrini əhatə edir. Lənkəran rayonunda yeni tədris ilinə hazırlıq işləri çərçivəsində bəzi məktəblərdə mövsümi təmir işləri aparılıb, bir təhsil ocağı üçün isə əlavə tədris korpusu tikilib.
Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırov bildirib ki, rayonun Kənarmeşə kənd tam orta məktəbinin dam örtüyü tamamilə dəyişdirilib. Hazırda şəhər 7 nömrəli tam orta məktəbdə təmir işləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Ağentliyi tərəfindən həyata keçirilən “Azərbaycan Kənd İkinci İnvestisiya” (AzKİL) layihəsi çərçivəsində Səpnəkəran kənd tam orta məktəbi üçün əlavə korpusun tikildiyini vurğulayan G.Bağırov Viravul kənd 1 nömrəli tam orta məktəbinin təmir edildiyini deyib. O həmçinin Moğonojoba kənd tam orta məktəbi üçün isə əlavə sinif otaqlarının tikiləcəyini diqqətə çatdırıb. Məktəblərdə payız-qış mövsümünə hazırlıq işlərinin də davam etdirildiyi diqqətə çatdırılıb.
Qonşu Astara rayonunda da yeni dərs ilinə ciddi hazırlıq görülür. “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2015-ci il 13 aprel tarixli Sərəncamı ilə ayrılmış 2,5 milyon vəsait hesabına əsaslı təmir edilən akademik Ziya Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəb binasında son tamamlama işləri görülür. Üçmərtəbəli və 4 korpusdan ibarət, 860 şagird yerlik məktəbdə əsaslı təmir işlərinə ötən ilin may ayında başlanılıb. Tikintidə “Dördlər” MMC-nin 50-yə yaxın inşaatçısı çalışır.
Respublika üzrə təhsildə keyfiyyətin yüksəlməsi görülən işlərin nəticəsidir
Bu günlərdə respublikanın müxtəlif bölgələrində 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan ənənəvi konfranslar keçirilir. Bu konfranslarda xüsusi olaraq vurğulanır ki, bütün ölkədə təhsil infrastrukturunun yenilənməsi və həyata keçirilən digər davamlı tədbirlər, öz növbəsində, təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərib.
Yeni dərs ili ərəfəsində Salyan şəhərində keçirilən müəllimlərin sentyabr konfransında son illərdə rayonda təhsilin keyfiyyətinin yüksəlməsinə təsir göstərən amillər sırasında təhsil infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb. Vurğulanıb ki, son 3 ildə rayonda 6 yeni məktəb binası və əlavə korpuslar tikilib, 3 məktəb isə əsaslı təmir edilib. Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Bildirilib ki, 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim 2015-2016-cı tədris ilini, ümumilikdə, müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 700 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 370 nəfər tələbə adını qazanıb. Məzunlardan 26 nəfəri 600-dən çox, 68 nəfəri isə 500-600 arası bal toplayıb.
Şirvan şəhərində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında bildirilib ki, respublikada uğurla həyata keçirilən təhsil islahatı pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub və hamı bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməyə səy göstərir. Konfransda qeyd olunub ki, şəhər üzrə 16 təhsil ocağı mövcuddur. Bu məktəblərdə 11 min 444 şagird təhsil alır, şagirdlərin təlim-tərbiyəsi ilə 907 müəllim məşğul olur. Bu il ümumtəhsil məktəblərini bitirən 708 şagirddən 410 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 225 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Məzunlardan 25 nəfəri 600-dən yuxarı, 34 nəfəri isə 500-600 arası bal toplayaraq tələbə adını qazanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

