Regionlarda özəl bölmənin inkişafına hərtərəfli dəstək göstərilir
20.06.2017 [09:23]
2017-ci ilin əvvəlindən bəri 653 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit yönəldilib
Son 13 ildə özəl bölmənin davamlı şəkildə dəstəklənməsi və güclü milli sahibkarlar ordusunun formalaşdırılması Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi inkişaf strategiyasının mühüm istiqamətini təşkil edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sahibkarlara qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Belə ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq özəl bölmə təmsilçilərinə həm siyasi cəhətdən, həm də maddi baxımdan hərtərəfli kömək göstərilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bu günə qədər respublikamızda sahibkarlara təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb.
Biznes mühitinin optimallaşdırılması regionların inkişafına müsbət təsir göstərir
Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Yeri gəlmişkən, beynəlxalq reytinq agentlikləri də Azərbaycanda biznes mühitinin optimallaşdırılması istiqamətində həyata keçirilən davamlı islahatları yüksək dəyərləndirirlər. Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu bir müddət əvvəl Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdü. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının belə yüksək qiymət alması çox böyük nəticədir. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.
Ölkədə sahibkarlığın güclü şəkildə dəstəklənməsi öz növbəsində regionlarda iqtisadi aktivliyin artmasına güclü təkan verib. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub.
Hazırda Azərbaycanın bütün regionlarında sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Təkcə son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Eyni zamanda, bölgələrdə sahibkarların fəal iştirakı ilə bütün istehsal dövriyyəsini özündə birləşdirən aqroparkların yaradılmasına başlanılıb.
Özəl təsərrüfatlarda ölkənin yeni ixrac imkanlarının yaradılması böyük nailiyyətdir
Başqa bir önəmli cəhəti də xüsusi qeyd etmək lazımdır. Bu da ondan ibarətdir ki, artıq respublikanın bölgələrində özəl sektorda buraxılan yüksək rəqabət qabiliyyətinə malik müxtəlif növ məhsullar xarici bazarlara çıxarılır. Özəl təsərrüfatlarda ölkənin yeni ixrac imkanlarının yaranması böyük nailiyyətdir. İxrac coğrafiyasına isə ənənəvi bazarlarla yanaşı, yeni satış bazarları da daxil olur. Cari ilin əvvəlindən bəri Azərbaycanın regionlarında istehsal olunan şərab məhsullarının, nar şirəsinin, fındığın, ətin, çayın, süd və süd məhsullarının Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Pakistana, Əfqanıstana və digər ölkələrə ixracına dair müqavilələr bağlanılıb.
Bir qədər bundan əvvəl isə İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilmış görüşdə Azərbaycandan, xüsusilə Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsinə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə və ölkələrimiz arasında ticarət məsələlərinə dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb. 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 88%, o cümlədən ixrac 4 dəfə, idxal isə 18% artıb. Görüşdə vurğulanıb ki, Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracının artırılması üçün imkanlar böyükdür.
Regionlardan xarici bazarlara məhsul ixracının genişlənməsinə ayrı-ayrı ölkələrdə Azərbaycanın ticarət nümayəndəliklərinin açılması, loqistik mərkəzlərin yaradılması da öz töhfəsini verəcək. Qazaxıstanın Aktau şəhərində respublikamızın ən müasir tələblər səviyyəsində loqistika mərkəzi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası istiqamətində Rusiya Federasiyasına Azərbaycanın ticarət nümayəndəsi təyin edilib. Bu günlərdə isə Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin olunub.
Regionlarda özəl bölməyə dəstək tədbirləri davam etdirilir
Respublikanın regionlarında özəl bölməyə dəstək tədbirləri davam etdirilir. İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vüsalə Quliyevanın “Yeni Azərbaycan”a verdiyi məlumata əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin maarifləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində növbəti işgüzar forumunu Göygöl rayonunun Xəqani kəndində keçirib.
Forumda Sahibkarlığa Kömək Milli Fondunun özəl bölmənin inkişafında, xüsusən də, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində respublika üzrə 653 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6300-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 233 milyon manatdan çox güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 709 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək və 50-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Sabirabad rayonunda quşçuluq və pambıqçılıq təsərrüfatları maliyyələşdirilib
Bir neçə gün bundan əvvəl isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Bu barədə qəzetimizə İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, forum çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması, soya, mərci və noxud əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 524,4 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, bəhs olunan forumda Sabirabad rayonunda ildə 109 milyon ədəd əmtəəlik yumurta və 1,4 min ton quş əti istehsal etmək gücündə olacaq müəssisənin tikintisinə güzəştli kredit ayrılıb. Müəssisə istifadəyə verildikdən sonra burada 130-a yaxın yeni iş yeri yaradılacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

