2018-ci ildə respublikanın bölgələrində 15 aqropark istifadəyə veriləcək
03.03.2018 [00:56]
Bu il sahibkarlara ilkin olaraq 170 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur
Məlum olduğu kimi, həyata keçirilən siyasət və göstərilən hərtərəfli dövlət dəstəyi sayəsində ölkəmizdə bütün sahələr inkişaf edib. Bu inkişafdan paytaxt Bakı ilə yanaşı, regionlara da pay düşüb. Regionların sosial-iqtisadi inkişafından söz açarkən onu da vurğulamaq yerinə düşər ki, bu prosesdə dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, sahibkarlara göstərilən dövlət dəstəyi öz növbəsində regionların inkişafında da mühüm rol oynayıb. Belə ki, göstərilən dövlət dəstəyi nəticəsində sahibkarlar ölkəmizin, o cümlədən regionların sosial-iqtisadi inkişafında fəal iştirak edirlər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə davamlı olaraq sahibkarlara güzəştli kreditlər verilir. Fondun tarixində ilk dəfə olaraq ötən il dövlət büdcəsindən vəsait ayrılmadan investisiya layihələri maliyyələşdirilib. Belə ki, 2017-ci ildə Fond tərəfindən 1953 sahibkara geri qaytarılan vəsaitlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 min 600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Verilmiş kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə daha 40 layihənin başa çatdırılması nəzərdə tutulur.
Eləcə də ötən il sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 2017-ci ildə 3 min 800 sahibkarın iştirakı ilə 40 işgüzar forum keçirilib. Ümumilikdə, indiyədək layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 min 600 sahibkara 2,1 milyard manat güzəştli kredit verilib.
Onu da vurğulayaq ki, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə də davam etdiriləcək. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlıq subyektlərinə aqroparkların, ətlik və südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, texniki bitkiçilik, idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə ilkin olaraq 170 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur.
Artıq bu ilin əvvəlindən bölgələrdə sahibkarlara güzəştli kreditlərin verilməsi ilə əlaqədar tədbirlər keçirilir. Belə ki, İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun fevralın 16-da Salyan rayonunda keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 343 min manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. İşgüzar forumda sahibkarlara fond tərəfindən Salyan rayonunun iqtisadi potensialına uyğun olaraq, istixana kompleksinin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, bu tədbirdə verilən kreditlər də daxil olmaqla Salyan rayonunda indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda və istixana kompleksində aparılan işlərə baxış keçirilib. Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Belə aqroparklardan biri də Salyan rayonunda yaradılır. 3000 hektar ərazidə iri fermer təsərrüfatının və 2000 başlıq ətlik istiqamətli cins heyvandarlıq kompleksinın daxil olduğu aqroparkda hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Qax rayonunda keçirdiyi işgüzar forumda isə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqroparkın yaradılmasına, heyvandarlıq və sair sahələrin inkişafına yönəldiləcək. Bu layihələr çərçivəsində 100-ə yaxın yeni iş yeri açılacaq. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,9 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, bağçılıq, tütünçülük, arıçılıq təsərrüfatlarının, bal emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin, quru tütün saxlanılması üçün anbarın yaradılması və otel tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin ümumi dəyəri 155 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 19 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, Qax rayonunda balın emalı və sənaye üsulu ilə qablaşdırılması üzrə müasir müəssisənin yaradılması planlaşdırılır. Bu müəssisədə emal olunan bal “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxarılacaq. Ümumilikdə, arıçılığın inkişafı ilə bağlı indiyədək 430-dək sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda aparılan işlərə baxış keçirilib. Qax rayonunda yaradılacaq aqroparkda, 2100 hektar ərazidə iri fermer təsərrüfatının və 2400 başlıq cins heyvandarlıq kompleksinın daxil olduğu aqroparkda hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fevralın 28-də İsmayıllı rayonunun Qalınçaq kəndində keçirdiyi işgüzar forumda da müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 220 min manat güzəştli kredit verilib. Güzəştli kreditlər heyvandarlıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. İşgüzar forumda rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, tərəvəzçilik, arıçılıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması, startap və kənd turizmi üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. Qeyd edilib ki, bu tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək İsmayıllı rayonunda 500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 22,8 milyon manat güzəştli kredit ayrılıb. Əlverişli təbii coğrafi şəraitə, zəngin təbiətə malik olan ölkəmizdə turizmin inkişafı üçün böyük imkanlar mövcuddur. Bununla bağlı “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib və konkret hədəflər müəyyən olunub. Belə sahələrdən biri də müalicə turizmidir ki, hazırda İsmayıllı rayonunda 114 otaqlı beynəlxalq tələblərə uyğun müalicə-sağlamlıq kompleksi yaradılır.
Bildirilib ki, turizmin inkişafı ilə əlaqədar indiyədək ümumilikdə 190-a yaxın sahibkara 41,4 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 4500-dək yeni iş yerinin açılmasına imkan yaradır.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılmış müalicə-sağlamlıq kompleksində, 300 başlıq cins heyvandarlıq təsərrüfatında aparılan işlərə və 602 hektar ərazidə aqroparka baxış keçirilib.
Qeyd olunduğu kimi, güzəştli kreditlərin bir hissəsi bölgələrdə aqroparkların yaradılmasına yönəldilir. 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin verdiyi məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 28 rayonu üzrə qeyri-səmərəli və istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarda 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Aqroparkların yaradılmasına 251 milyon manat, o cümlədən infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və 102 milyon manat güzəştli kredit ayrılıb, 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilib, kompleks aqrolizinq xidmətləri göstərilib: “Aqroparkların 3-də birinci mərhələ başa çatdırılıb, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

