Azərbaycanın regionlarında yeni qazlaşdırma layihələri uğurla həyata keçirilir
16.08.2018 [08:46]
2018-ci ilin əvvəlindən bəri respublikanın 42 rayonunun 83 yaşayış məntəqəsində müvafiq infrastruktur qurulması istiqamətində işlər davam etdirilib və 36 yaşayış məntəqəsinə “mavi yanacaq” verilib
Son illərdə Azərbaycanın bölgələrində müasir infrastruktur quruculuğu geniş vüsət alıb ki, bu da həm iqtisadi, həm də sosial mahiyyət daşıyır. Regionlarda dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan yüksək səviyyəli infrastrukturdan bəhrələnən investorlar iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə böyükhəcmli sərmayələr yönəldirlər. Bunun nəticəsidir ki, artıq bölgələrdə də yüksək iqtisadi aktivlik müşahidə edilir.
Eyni zamanda, regionlarda rahat yolların salınması, generasiya güclərinin artırılması, su layihələrinin icrası insanların həyat şəraitinin yaxşılaşmasına, kommunal xidmətlərə əlçatanlığın təmin olunmasına müsbət təsir göstərir. Beləliklə, yaşayış yerləri üzrə hər cür rahatlıqlarla təmin olunan sakinlər, ələlxüsus da gənclər doğma yurd yerlərinə daha möhkəm tellərlə bağlanırlar.
Regionlarda müasir infrastruktur quruculuğu qazlaşdırma sahəsində intensiv şəkildə davam etdirilir
Ölkə üzrə müasir infrastruktur quruculuğu qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Məlumdur ki, bir vaxtlar bölgələrdə qazlaşdırma sahəsində vəziyyət heç də ürəkaçan deyildi. Regionlarda çoxlu sayda yaşayış məntəqəsi “mavi yanacaq”la təmin edilmədiyinə görə insanlar gündəlik ehtiyaclarını ödəmək, qışda evlərini isitmək üçün adətən odundan istifadə edirdilər ki, bu da öz növbəsində yaşıllıqların, meşələrin qırılmasına səbəb olurdu.
Son 15 ildə regionların “mavi yanacaq” təminatında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır.
Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Növbəti hədəf isə belədir: 2018-ci ilin sonunadək respublika miqyasında qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq. Eyni zamanda, ucqar dağ kəndlərinin qazlaşdırılması da nəzərdə tutulub.
Qarşıya qoyulan məqsədə çatmaq üçün cari ilin əvvəlindən regionlarda yeni qazlaşdırma layihələrinin icrası uğurla davam etdirilir. 2018-ci ilin əvvəllərindən bəri yeni qazlaşdırma layihələri ilə bağlı işlər respublikanın 42 rayonunun 83 yaşayış məntəqəsində aparılıb. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-iyul ayları ərzində 1849,5 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 135,1 km qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 36 yaşayış məntəqəsinin qazlaşdırılması yüksək səviyyədə təmin edilib.
Ölkə üzrə abonent bazasının genişlənməsi müsbət haldır
Paralel şəkildə ölkə üzrə abonent bazasının genişlənməsi də müsbət haldır. 2018-ci ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 50 360 yeni abonent qeydiyyata alınıb ki, bunun da 31 202-si Bakı, Abşeron və Sumqayıt, 19 158-i isə regionlar üzrədir. İstehlakçıların sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində müvafiq işlərin aparılması, yeni yaşayış məntəqələrində zəruri infrastrukturun qurulması, həmçinin təbii qazla təmin edilmiş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub. Bundan başqa, Bakı şəhərində, həmçinin ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini verib. Bütövlükdə, reallaşdırılan yeni layihələr hesabına ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 144 476-ya çatıb.
Bölgələrdə sakinlər evlərinə ilk dəfə “mavi yanacaq” verilməsinin sevincini yaşayıblar
“Azəriqaz” İB tərəfindən respublika ərazisində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Şəmkir rayonunun Yeni Göyçə kəndinə təbii qazın verilməsini sakinlər böyük sevinc hissi ilə qarşılayıblar. Təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün ümumi uzunluğu 3 min 452 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 61 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış məntəqəsində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Şəmkir rayonunun Qaracəmirli kəndinin genişlənən hissəsində qaz xətlərinin tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə həmin əraziyə də təbii qazın verilişi təmin olunacaq.
Zərdab rayonunun 433 nəfər əhalisi olan Şıxbağı və 264 nəfərin yaşadığı Nəzəralılı kəndlərinin qazlaşdırılması işləri də yekunlaşıb. Kəndlərin qazlaşdırılması regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramına əsasən həyata keçirilib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər iki kənd üzrə ümumi uzunluğu 17 min 323 metr olan müxtəlif diametrli metal və polietilen borular çəkilib, 131 ədəd sayğac qoyulub, bir o qədər də fərdi qaztənzimləyici quraşdırılıb. Habelə, hər kəndə bir ədəd qaztənzimləyici şkaf qoyulub.
Ağcabədi rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Şotlanlı kəndi də əlavə olunub. 60 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 175 metr polietilen və uzunluğu 4044 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, hazırda Ağcabədi rayonunun Bilağan kəndində və Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qaz xətlərinin çəkilişi davam etdirilir.
“Azəriqaz” İB “ASAN xidmət” vasitəsilə 124 945 istehlakçıya xidmət göstərib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiqlənib. Bəhs olunan sənəddə ölkədə kommunal xidmətlər sektorunun yaxın, orta və uzunmüddətli dövrdə inkişaf hədəfləri müəyyənləşdirilib. Strateji Yol Xəritəsində qarşıya qoyulan mühüm hədəflərdən biri də müştəri məmnunluğunun təmin edilməsi ilə bağlıdır. Öz növbəsində “Azəriqaz” İB “mavi yanacaq” istehlakçılarına göstərilən xidmətin səviyyəsini yüksəltmək məqsədilə məqsədyönlü tədbirlər reallaşdırır. “Azəriqaz” İB ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığın dərinləşdirilməsi müştəri məmnunluğunun təmin edilməsi baxımından böyük aktuallıq daşıyır.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin istehlakçılara göstərdiyi bütün xidmətlər “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir. Birlik tərəfindən 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkə üzrə fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş abonentlərə müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.
Cari ilin yeddi ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə, Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 124 945 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
Bütövlükdə, “Azəriqaz”ın müştəri məmnunluğunu təmin etmək üçün həyata keçirdiyi tədbirlərin miqyası kifayət qədər genişdir. Cari il avqustun əvvəlindən “Səyyar ASAN” xidməti layihəsi çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Hövsan və Zabrat qəsəbəsində abonentlərə səyyar formada xidmətlər göstərilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir. Perspektivdə “Səyyar ASAN” xidmətinin əhatə dairəsi bütün respublikanı əhatə edəcək. İstehlakçılar bu layihə çərçivəsində ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

