Azərbaycanın regionlarında özəl bölmənin inkişafına hərtərəfli dəstək göstərilir
05.10.2018 [08:44]
Dövlətin ölkə üzrə sahibkarlara ayırdığı güzəştli kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür
Ölkə üzrə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi Azərbaycanın konseptual yanaşmalarla hazırlanan və uğurla reallaşdırılan regional inkişaf strategiyasında mühüm istiqamətlərdən birini təşkil edir. Respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən çoxsaylı layihələr, o cümlədən genişmiqyaslı infrastruktur quruculuğu bölgələrdə özəl bölmənin inkişafına güclü impuls verib. Sahibkarlar regionlarda dövlət əsaslı vəsait qoyuluşu hesabına su, qaz, enerji təminatının yaxşılaşmasından, kənd və qəsəbələrdə salınan müasir yollardan bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər.
Regionlarda fərdi sahibkarların sayının artması məmnunluq doğurur
Özəl bölmənin inkişafına dövlət tərəfindən hərtərəfli siyasi və maddi dəstək göstərilməsinin nəticəsidir ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb. Bu barədə KİV-ə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov bildirib. Onun verdiyi məlumata əsasən, bəhs olunan dövrdə ölkə üzrə sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb.
Respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayının artması da məmnunluq doğurur. Respublikamızda son 15 ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5,1 dəfə artıb və iyulun 1-i vəziyyətinə onların sayı 815 minə yaxınlaşıb.
Əlamətdar haldır ki, Azərbaycanın regionlarında da fərdi sahibkarların sayının artım tendensiyası müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin birinci yarısında hər beş fərdi sahibkardan dördü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların 30,1 faizi Bakıda, 20,7 faizi Aran, 13,9 faizi Gəncə-Qazax və 10,0 faizi Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınıb.
O cümlədən fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26,9 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,5 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.
Bundan sonra sahibkarlar dövlətin ayırdığı kreditlərdən daha güzəştli şərtlərlə bəhrələnəcəklər
Respublikamızda bundan sonra sahibkarlar dövlətin ayırdığı kreditlərdən daha güzəştli şərtlərlə bəhrələnəcəklər. Bu barədə oktyabrın 2-də sahibkarlar və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalar” mövzusunda keçirilən tədbirdə məlumat verilib.
Tədbirdə bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 113,1 milyon manat güzəştli kredit verilib.
Tədbirdə qeyd edilib ki, özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov fondun vəsaitlərindən istifadə qaydası, eləcə də güzəştli kreditin verilməsi mexanizmi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.
Yeni qaydaların tətbiqi ölkə üzrə sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara bütün ölkə üzrə zəruri səyyar xidmətlər göstərəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ölkə üzrə sahibkarlara zəruri səyyar xidmətlər göstərəcək. Bu xidmətlər qurumun nəzdində yaradılacaq “KOB evləri”, “KOB dostları” şəbəkəsi və “KOB könüllüləri” vasitəsilə reallaşdırılacaq. Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı da yaradılacaq: “Plana əsasən, yeni “E-KOB evi” portalında “Sahibkarın elektron kabineti” bölməsi və “Elektron sahibkar” sistemi “KOB e-şəbəkəsi”nə daxil edilməklə elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bununla yanaşı, biz göstərilən hər bir xidməti təhlil edib qiymətləndirəcək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcəyik”.
O.Məmmədov qeyd edib ki, bu fəaliyyətlərin məntiqi nəticəsi olaraq, KOB-lar üçün “bir pəncərə” sistemi formalaşacaq. Sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər bunun sayəsində lazım olan xidmətləri və zəruri dəstəyi vahid məkandan ala biləcəklər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmisi bildirib ki, respublikada yaradılacaq biznes evləri dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq. Yeni yaradılan biznes evləri biznes mühitində “ASAN xidmət” modeli kimi olacaq, sahibkarlar və dövlət orqanları üçün “bir pəncərə” sistemi ilə fəaliyyət göstərəcək.
Fermerlərin satışla bağlı problemlərinin aradan qaldırılmasına dəstək göstərilir
Regionlarda fəaliyyət göstərən sahibkarların satışla bağlı üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Son illərdə sahibkarlara ixracın təşviqi sənədinin verilməsi, həmçinin onların müxtəlif beynəlxalq sərgilərə vahid ölkə stendi ilə çıxış imkanlarının genişləndirilməsi fermerlərdə yetişdirdikləri rəqabətqabiliyyətli məhsulları xarici bazarlara çıxartmağa böyük maraq yaradıb. Bu yaxınlarda başa çatan “Worldfood Moscow 2018” Sərgisi çərçivəsində Azərbaycan məhsullarının ixracı üçün yeni müqavilələr bağlanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Moskvada keçirilən “Worldfood Moscow 2018” Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 35 Azərbaycan şirkətinin istehsal etdiyi qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları sərgi ziyarətçilərinə və xarici şirkətlərə təqdim olunub.
Cari il oktyabrın 2-də isə Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Nar istehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin layihəsi olan “Kənddən şəhərə” şəbəkələrində assosiasiyanın üzvü olan fermerlərin məhsullarının satışını həyata keçirmək və birgə maarifləndirmə işlərinin reallaşdırılmasıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

