/ / 2018-ci ilin 9 ayında Azərbaycanın bölgələrində sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə olunub
2018-ci ilin 9 ayında Azərbaycanın bölgələrində sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə olunub
13.11.2018 [09:18]
Cənub bölgəsində yeni infrastruktur layihələrinin istifadəyə verilməsi, aqrar sektorda istehsal imkanlarının genişlənməsi bunu bir daha təsdiqləyir
(əvvəli ötən sayımızda)
Dövlət başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 11 yaşayış məntəqəsini birləşdirən 18000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 7,5 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və eyni zamanda, 11 yaşayış məntəqəsini birləşdirən 14000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 17,2 km olan Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi işləri başa çatdırılıb. Bundan əlavə, uzunluğu 3,6 km olan Masallı-Təzəkənd yolunun da yenidənqurulmasına başlanılıb. Artıq yolun 1,6 km-lik hissəsinə asfalt örtük döşənib. Uzunluğu 3,0 km olan Gəyəçöl yolunun təmirinə də başlanılıb.
Rayonda dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 çoxmənzilli yaşayış binasının fasadlarının təmiri işləri yekunlaşdırılıb. 2016-cı ildə inşasına başlanılan və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
Onu da qeyd edək ki, rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 542,0 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 42,4 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 1,1 faiz artaraq 98,7 milyon manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,4 faiz artaraq 64,2 milyon manat olub. Hesabat dövründə adambaşına düşən pul gəlirləri 2704 manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 306,0 manat olub.
Rayonda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 4826,5 ha sahədə şum vurulub, hazırda sahələrin şumlanması davam etdirilir. Rayonun ayrı-ayrı əraziləri üzrə 21 ha üzüm, 17 ha feyxoa və 29 ha sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 ha sahədə yeni sitrus (naringi) bağları, Güllütəpə ərazisində isə 3,2 ha yeni fındıq bağları salınıb.
Rayonda çayçılığın inkişafı ilə bağlı da müəyyən işlər görülüb. Belə ki, rayonun Kolatan inzibati ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə “Azərsun Holdinq” tərəfindən işlər tam başa çatdırılıb. Hazırda Kolatan kəndi ərazisində 1,0 ha yeni çay plantasiyası salınıb və əvvəlcədən saxlanılan 4 ha çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılıb.
Hesabat dövrü Cəlilabad rayonu üçün də uğurlu olub. Cəlilabad rayon İcra Hakimiyyəti başçısı yanında geniş Şura iclasındakı çıxışında rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun bildirdiyi kimi, bəhs edilən dövrdə aqrar bölmənin əsasını təşkil edən taxılçılıqda yüksək məhsuldarlığa nail olunub, zəmilər qısa müddətdə və heç bir itkiyə yol verilmədən biçilib. Nəticədə, rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilib. Həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 480 ton günəbaxan, 480 ton qarğıdalı, 8,4 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 9,9 min ton üzüm, 4,0 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunub. Əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılıb. Kənd əməkçiləri 102,5 min ton yüksək keyfiyyətli kartof istehsal ediblər ki, onun da 80,0 faizi xarici ölkələrə ixrac olunub. Ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılıb, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülüb. Bu il rayonda 505 hektar sahədə pambıq əkilib, indiyədək 545 ton məhsul istehsal edilib. Barama becərilməsi məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tingi əkilib. Cari ildə 1172 kiloqram yaş barama istehsal edilib.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında suvarma suyunun mühüm əhəmiyyət daşıdığı nəzərə alınaraq hesabat dövründə 26,0 min hektar əkin sahəsi suvarılıb. Bundan başqa, 26 hidrotexniki qurğu təmir edilib, 424 kubmetr kanal lildən təmizlənib. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən bu il rayonda 20 subartezian quyusunun qazılması plana salınıb və dövlət başçısının 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılıb. Eyni zamanda, “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 4643 ton gübrə və 14180 litr herbisid satılıb. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının yaxşılaşdırılması nəticəsində 12,7 min ton ət, 65,3 min ton süd, 23,3 milyon ədəd yumurta istehsal edilib. Həmçinin lizinq yolu ilə rayona 619 baş cins mal-qara gətirilib, 3701 baş qaramal süni mayalandırılıb və 1839 baş cins buzov alınıb. Hazırda şəxsi təsərrüfatlarda 98,3 min baş qaramal, 122,6 min baş davar və 879,3 min baş quş var.
Hesabat dövründə eyni zamanda Cəlilabad şəhərində 34 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, Heydər Əliyev seyrəngahı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları isə əsaslı təmir olunub. Cəlilabad şəhərinin Mehdi Hüseyn, Azərtürk, Fərid Əhmədov, Qüdrət İsmayılov və Nizami küçələrinə, habelə Cavadxan küçəsinin bir hissəsinə asfalt vurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 35 kilometrlik Maşlıq-Muğan - Kazımabad - Göytəpə - Privolnoye - Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilib, Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilib. Hazırda 9,4 kilometrlik Cəlilabad-Uzuntəpə avtomobil yolunda, Cavadxan və Qurtuluş küçələrində yenidənqurma işləri görülür.
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə rayonda 8046 iş yeri açılıb ki, onun da 756-sı daimidir. Sentyabrın 28-də keçirilən əmək yarmarkasında 22 idarə tərəfindən əhaliyə 654 vakant iş yeri təklif olunub, onlardan 74-nə göndəriş verilib. Eyni zamanda özünüməşğulluq proqramına 193 nəfər cəlb edilib. Sahibkarlığın inkişaf etdirilməsi məqsədilə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 10398 nəfərə 21 milyon manat, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 19 nəfərə 186 min manat məbləğində kredit verilib.
Hesabat dövründə rayonda elektrik enerjisi ilə təminat istiqamətində görülən işlərə gəlincə, ötən müddətdə 32 transformator təmir olunub, 10 transformator yenisi ilə əvəz edilib, 503 ədəd dəmir dayaq basdırılmışdır. Bundan başqa, Göytəpə şəhərində, Seyidbazar və Günəşli kəndlərində SİP kabellər çəkilib, Smart tipli elektrik sayğacları quraşdırılıb. Tikintisi yenicə başa çatmış yarımstansiyanın istifadəyə verilməsi əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq.
Ölkə başçısının tapşırığına əsasən rayon üzrə 45360 ev təsərrüfatının 30858-i və ya 68,0 faizi qazlaşdırılıb. Bu il 681 abonenti olan Xəlilabad kəndinə və 130 abonenti olan Cəlayir kəndinə ilk dəfə təbii qazın verilməsi əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.
Cənub bölgəsinə daxil olan Lerik rayonu üçün də bu ilin 9 ayı uğurlu olub. Bu məsələyə həsr olunmuş iclasdakı çıxışında rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixində Lerikə səfərinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, cənab Prezidentin rayona tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə 9,2 milyon manat, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə 3 milyon manat və Orand kəndində məktəbin tikintisinə 1 milyon manat, cəmi 13,2 milyon manat vəsaitin ayrılması Lerikin gələcək inkişafından xəbər verir. Rövşən Bağırov həmçinin dövlət başçısının iştirakı ilə açılışı həyata keçirilən Piran-Hamarat-Vıjaker avtomobil yolunun, 16,5 MVT-lıq elektrik stansiyasının istifadəyə verilməsinin, həmçinin Lerik şəhərinə içməli suyun verilməsinin, Bayraq Muzeyi və Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının tikilməsinin rayon əhalisinə göstərilən diqqət və qayğının növbəti əyani təzahürü olduğunu bildirib. Lerikin aqrar rayon olduğunu, əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı bildirib ki, rayon üzrə əkin sahələrinin dövriyyəsi xeyli artıb. 3158,91 hektar sahədən 6828,6 ton, keçən ilə nisbətən 178,5 ton çox taxıl və digər dənli-paxlalı məhsul tədarük edilib, 1655 hektar sahədə herik şumu aparılıb, 481 hektar sahədə buğda səpini həyata keçirilib. Həmçinin 19 kənd inzibati ərazi dairəsi üzrə 27,0 hektar sahədə “Virciniya” və “İmmuna” tütün sortları əkilib. Hal-hazırda məhsulun yığımı və qurudulması işləri davam etdirilir.
Hesabat dövründə əldə edilən uğurlardan Yardımlı rayonuna da pay düşüb. Belə ki, rayonda 2018-ci ilin doqquz ayı ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək və sahibkarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana tikintisi, kommunal yaşayış evlərinin, həyətlərin, küçə və xiyabanlarının təmiri və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

