Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində mühüm addımlar atılır

Regionlarda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində mühüm addımlar atılır

30.11.2018 [10:16]

Əvvəlki illərdə olduğu kimi cari ilin ötən dövrü ərzində də həm şəhər və rayon mərkəzlərində, həm də kəndlərdə elektrik yarımstansiyalarının qurulması işləri davam etdirilib
Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam etdirilir. Qeyd edilməlidir ki, son 15 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda sözügedən sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Əgər 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idisə, son 15 ildə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Eyni zamanda, ötən 12 ildə “Azərişıq” ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib. Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır. 2006-2018-ci illərdə 5322 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 759580 dayaq quraşdırılıb, 47650 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq” ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2018-ci ilin 9 ayının yekununa görə 10 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12900 meqavoltamperə çatdırılacaq.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə əhalinin fasiləsiz enerji ilə təminatı baxımından cari ilin 9 ayı ərzində və ondan sonrakı dövrdə də əhəmiyyətli işlər görülüb. Elə bəhs edilən dövrdə regionlarda qurulan yeni infrastruktur da bunu deməyə əsas verir. Məsələn, verilən məlumata əsasən, bu ilin 9 ayında Bərdə rayonunda 35/10 kv-luq Şirvanlı yarımstansiyasında 4 MVA transformator yenisi ilə əvəz edilib, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılıb, şəbəkədə 4 ədəd 35 kv-luq, 72 ədəd 10 kv-luq və 129 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılıb, 650 ədəd 10 kv-luq zədəli izolyator və 4203 ədəd qüsurlu sayğac yenisi ilə əvəz edilib, 421 ədəd yeni sayğac quraşdırılıb, 85,2 km SİP kabel çəkilib, 15,6 km qüsurlu naqillər yenisi ilə əvəz edilib. 35/10 kv-luq yarımstansiyalarda 40 ədəd 10 kv-luq hava xətlərinin yağ açarları təmir edilib. Eləcə də 29 kəndin 53 qidalandırıcı transformatorunun elektrik şəbəkəsi tam, 31 kəndin 54 qidalandırıcı transformatorunun şəbəkəsi qismən kabelləşdirilib.
Bəhs edilən dövrdə Hacıqabul rayonunda da sözügedən istiqamətdə əsaslı işlər görülüb. Belə ki, 2018-ci ilin doqquz ayı ərzində Qarasu kəndində yeni inşa edilmiş 110/35/10 Kv-luq Qarasu yarımstansiyasında 2 ədəd 50,0 mVa, Pirsaat qəsəbəsində yeni inşa edilmiş 35/6 kV-luq 752 saylı yarımstansiyada isə 2 ədəd 10,0 mVa gücündə transformator quraşdırılıb. Eyni zamanda, Pirsaat qəsəbəsində 7, Navahı kəndində isə 8 ədəd müasir tipli komplekt transformator məntəqələri (KTM) quraşdırılıb.
Bu barədə verilən məlumatda o da qeyd edilir ki, Muğan qəsəbəsində 35 kV-luq Udullu hava xəttinin 1 saylı qapalı paylayıcı qurğuya qoşulmasında 2 ədəd 35 kV-luq dəmir konstruksiyalı aknker dayaq, 8 ədəd 35 kV-luq aralıq beton dayaqlar istifadə olunmaqla 1,4 km məsafədə 35 kV-luq hava xətti çəkilib. Abonentlərə 198 ədəd PAUD smart kart tipli sayğac quraşdırılıb. İlin ilk 9 ayında Navahı kəndində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 270 ədəd dəmir-beton dayaq basdırılmaqla 13,5 km məsafəyə 6 kV-luq hava xətti çəkilib. Birinci Udullu kəndində 6 ədəd komplekt transformator məntəqələri (KTM) quraşdırılıb, Pirsaat qəsəbəsində 0,4 kV-luq elektrik veriliş xətlərində 824 ədəd metal dayaqlar basdırılıb və 20 km məsafədə açıq naqillər özünü daşıyan izolyasiyalı (ÖİN) naqillərlə əvəz olunaraq istehlakçıların istifadəsinə verilib. Udullu massivində 22 ədəd Komplekt Transformator məntəqələri quraşdırılıb, 6 km 0,4 Kv-luq xətt çəkilib. Atbulaq kəndində 35/6 Kv-luq 751 saylı Atbulaq yarımstansiyasında 4,0 mVa transformator 6,3 mVa transformatorla əvəz olunub. Atbulaq kəndi ərazisində 4 ədəd KTM auraşdırılıb, 670 ədəd 6 kv-luq dayaq basdırılmaqla 21,1 km uzunluqda 6 kv-luq EVX çəkilib. Abonentlərə 296 ədəd PAUD smart kart tipli sayğac quraşdırılıb.
İmişli rayonunda da 2018-cı ilin ilk 9 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılıb, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib, yeni güc mərkəzləri yaradılıb. Bu müddətdə 250 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 150 ədəd transformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsi istiqamətində müvafiq işlər aparılıb. Belə ki, rayonun Xəlfəli və Telişli kəndlərində yararsız elektrik xətlərində təmir işləri aparılıb. Bundan əlavə Aranlı, Qızılkənd, Hacırüstəmli, Çaxırlı, Məzrəli kəndlərinin elektrik təsərrüfatlarında müvafiq təmir işləri aparılıb və əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
Hesabat dövründə Oğuz rayonunda da elektrik enerjisinin təminatı işində mühüm irəliləyişlər qeydə alınıb. Belə ki, Oğuz şəhərində, Xaçmaz, Xalxal, Baş Daşağıl, Muxas, Bucaq kəndlərində 10 və 0.4 kv-luq kabel çəkilib, 93 ədəd yeni KTM sxemə qoşulub. 13 ədəd 10/04 kv-luq yarımstansiya cari təmir edilib, 35/10 kv-luq 20 MVA gücündə yeni Oğuz yarımstansiyası tikilərək istismara verilib. 4373 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunub.
Yeri gəlmişkən, 2013-cü ildə Oğuz royanu Muxas kəndi ərazisində Daşağıl çayı üzərində təməli qoyulmuş kiçik su elektrik stansiyalarının (KSES) tikinti altı sahəsi 7,22 hektardır. Layihə üzrə burada 1 ədəd hidroqovşaq, 3 ədəd SES binası, 3 ədəd basqılı boru və 1 ədəd aparıcı kanal tikintisi nəzərdə tutulub. Hazırda tikinti işləri davam etdirilir, yaxın vaxtlarda 1,5 meqovat gücündə 1 kiçik su elektrik stansiyasının (KSES) tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Cənub bölgəsinə daxil olan Astara rayonunda da istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam edib. Rayon ərazisində 10 kilovoltluq və 0,4 kilovoltluq hava xətlərində 196 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılıb, 225 izolyator dəyişdirilib, 7840 metr yeni naqil çəkilib. Sərək kəndində əhalinin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə 1 ədəd 160 kilovat gücündə transformator quraşdırılıb, 1.3 km məsafədə yeni 10 kilovoltluq hava xətti çəkilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti də istehlakçıların elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Soyuq keçən aylarda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb. Bundan başqa, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması işləri də görülüb. Müxtəlifgərginlikli elektrik verilişi xətləri çəkilib, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəzlənib. Bu məqsədlə Naxçıvan Modul Elektrik Stansiyasında 5 aqreqat üçün ehtiyat hissələri alınıb və ilin sonunadək həmin aqreqatlarda təmir işlərinin başa çatdırılması nəzərdə tutulur. Görülən işlər çərçivəsində Naxçıvan şəhərində 6 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası təmir edilib, müxtəlif gücdə 9 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb. 3,3 kilometr uzunluqlu 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəzlənib.
Bu istiqamətdəki tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilib. Dövlət Energetika Xidməti tərəfindən 2018-ci ilin on ayı ərzində muxtar respublikanın şəhər və kəndlərində 25 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 32,7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib. 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib. 2018-ci ilin on ayı ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 92 ədəd 10/0,4 kilovoltluq transformator təmir olunub.
Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhəri və Babək qəsəbəsində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların sayı 22 min 580-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.
Dövlət Energetika Xidmətinin müvafiq strukturları tərəfindən elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülüb. 2018-ci ilin on ayı ərzində işlədicilərə dəyəri 27734,2 min manat təşkil edən 331816 min kilovat-saat elektrik enerjisi verilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 841 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30