Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir
04.07.2019 [09:35]
Regionlarda barama istehsalı ilə məşğul olan kümçülər iyulun 1-dək 633,2 ton yaş barama tədarük ediblər
(əvvəli ötən sayımızda)
Qeyd edək ki, Bərdə rayonunda xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, ötən il isə 24,5 ton barama istehsal olunub.
Bu il 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu bəsləyən Ağcabədi rayonunun kümçüləri hazırda barama tədarükünü davam etdirirlər. Artıq kümçülərin yetişdirdikləri 54 min 311 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Cari mövsümdə Ağcabədidə 60 tondan çox barama tədarük ediləcəyi gözlənilir.
Rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, ötən il isə 37 min 146 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 380 min 700 ədəddən çox tut tingi əkilib.
İsmayıllı rayonunda barama tədarükü davam edir və indiyədək “Şəki-İpək” ASC-yə 3 min 462,8 kiloqram yaş barama təhvil verilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 28 inzibati ərazi dairəsi üzrə 48 kümçü tərəfindən 150 qutu inkubasiya olunan baramaqurdu toxumu bəslənilib və mütəxəssislərin nəzarəti ilə bol barama yetişdirilib.
Barama tədarükündə Ruşan, Qurbanəfəndi, Gəraybəyli kəndlərinin kümçüləri daha yaxşı nəticələrə nail olublar. Belə ki, həmin kəndlərdə kümçülər proqnoz tapşırığa 100 faiz əməl ediblər. Ötən il 3 min 899,9 kiloqram barama tədarük olunan İsmayıllı rayonunda bu il daha yüksək nəticə gözlənilir.
Goranboy rayonu üzrə yaş barama tədarükü davam edir. Artıq kümçülər tərəfindən “Azəripək” MMC-yə 4 min 167 kiloqram yaş barama təhvil verilib.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 41 min ədəd tut tingi əkilib ki, onun da 31 min ədəddən çoxu Çindən gətirilib. Ötən il rayon kümçüləri tərəfindən ümumilikdə 9,8 ton yaş barama təhvil verilib. Bu il isə 20 tonadək yaş barama istehsalı proqnozlaşdırılır.
Zaqatala rayonunda barama tədarükü yekunlaşmaq üzrədir. İstehsalçılar bu günədək qəbul məntəqəsinə 52,8 ton yaş barama təhvil veriblər. Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari mövsümdə barama yetişdirilməsi ilə əlaqədar 283 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1500 qutu ipəkqurdu paylanılıb.
Maqov kəndindən Məmmədkamil Qardaşov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 820 kiloqram yaş barama təhvil verib. Muxax kənd sakini Şaban İbrahimov 582 kiloqram, Mosul kəndindən Musa Məmmədov 557 kiloqram, Yengiyan kəndindən Altay Qasımov 534 kiloqram, Lahıc kənd sakini Namiq Daşdəmirov isə 508 kiloqram yaş barama istehsal ediblər.
Balakən rayonunda istehsalçılardan barama tədarükü başa çatıb. Cari mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 13 ton artırılaraq 43 tona çatdırılması planlaşdırılırdı. Balakənli kümçülər barama tədarükünə dair nəzərdə tutulan plana artıqlaması ilə əməl edərək qəbul məntəqəsinə 44 ton 144 kiloqram yaş barama təhvil veriblər.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 315 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1075 qutu və ya 20 kiloqram 425 qram ipəkqurdu paylanılıb.
Qazma kəndindən Rəşad Əzizov builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 776 kiloqram yaş barama təhvil verib. Mahamalar kəndindən Aypara Dadayeva 617 kiloqram, Meşəşambul kəndindən Məhəmməd Cirinqov isə 475 kiloqram yaş barama istehsal ediblər.
Şəmkirdə də ötən il əldə edilən yüksək məhsuldarlıq kümçüləri bu il daha çox məhsul istehsal etməyə sövq edib. Bunun nəticəsidir ki, rayon kümçüləri arasında barama istehsalına görə rəqabət artıb. Rayonun müxtəlif kənd və qəsəbələrində kümçülər artıq məhsullarını təhvil verməyə başlayıblar. Cari ildə Mahmudlu kəndindən olan kümçülər plan üzrə yüz faizdən yuxarı nəticə göstərərək birinci olublar.
Dövlətimizin başçısı tərəfindən ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son 3 ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 79 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilir.
Rayon statistika idarəsindən bildirilib ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) barama qurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər, Qaraçala və digər kəndlərdən olan 52 kümçüyə paylanılıb.
Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdularından əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. İndiyədək rayon üzrə ümumilikdə 3 ton 188,8 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd və Dəlilər kəndlərinin baramaçıları istehsal edib.
Qaraçala kənd sakini Mehman Əhmədov üçüncü ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. “Bu il 5 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurdulara yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 200 kiloqram barama təhvil vermişəm. Hələ kümxanada məhsulum var. Bundan sonra daha 10-15 kiloqram məhsulum olacaq”, - deyə o bildirib.
2018-ci ildə Hacıqabulda 33 ailə barama istehsalı ilə məşğul olurdusa, bu mövsüm onların sayı 59-a çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda müqavilə bağlanılmış kümçülərə 120 qutu ipəkqurdu toxumu paylanılıb. İşə həvəslə başlayan kümçülər ipəkqurdularına nümunəvi qulluq etdiklərindən yaxşı nəticə əldə olunub. Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 3 ton 19 kiloqram barama təhvil verilib. Rayonun Abdullabad, Ələtli və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunub.
Ələtli kənd sakini Bilal Bağırov bu il ilk dəfə olaraq ipəkqurdu bəsləyib və yaxşı məhsul götürüb. “Rayonda barama istehsalına yenidən başlanması mənim də ürəyincə olub. Bu il 1 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Sovet dönəmində də baramaçılıqla məşğul olduğumdan heç bir çətinlik çəkmədən 62 kiloqram barama istehsal edib, qəbul məntəqəsinə vermişəm. İlk ilin müvəffəqiyyəti məni gələcəkdə daha çox ipəkqurdu toxumu bəsləməyə həvəsləndirib”, - deyə kümçü bildirib. Qeyd edək ki, bu il Hacıqabulda 4 ton 800 kiloqram barama istehsalı nəzərdə tutulub.
Zərdab rayonunda barama tədarükü başa çatıb. Kümçülər “Azəripək” MMC-yə 65 min 310,8 kiloqram yaş barama təhvil verərək ötən ildəki kimi bu il də respublika üzrə ən yüksək göstəriciyə nail olublar. Zərdab Rayon İcra Hakimiyyətindən bildirilib ki, təhvil verilən yaş barama keçən ildəkindən 11 min 430 kiloqram çoxdur. Kümçülər tərəfindən bu ilin məhsulu üçün 33 min 250 qram inkubasiya olunmuş ipəkqurdu toxumu bəslənilib.
Bölgədə ənənəvi, həm də gəlirli sahə olan baramaçılığa maraq ildən-ilə artır. Təsadüfi deyildir ki, cari mövsümdə kümçülərin sayı 104 nəfər artaraq 645 nəfərə çatıb.
Rayonda ən yüksək göstəriciyə Şıxbağı inzibati ərazi dairəsindən olan kümçülər nail olublar. Belə ki, burada 2370 qram baramaqurdu toxumundan 5 ton 796 kiloqram barama tədarük edilib. Şahhüseynli və Əlvənd kümçüləri də müvafiq olaraq 2324 qram baramaqurdu toxumundan 4 min 581 kiloqram və 1732 qram toxumdan 3 min 814 kiloqram yaş barama əldə edərək yaxşı nəticə qazanıblar.
Onlarca təcrübəli kümçünün də zəhməti gözəl nəticə verib. Məsələn, Gəlmə kəndindən Teymur Teymurzadə 757 kiloqram, Alıcanlıdan Ərşah Cavadov 700 kiloqram, Gödəkqobudan Kapitay İxtiyarov 369 kiloqram məhsul yetişdiriblər.
Ağsu rayonunda da barama tədarükü başa çatıb. Kümçülər “Şəki-İpək” MMC-yə 9 min 942,8 kiloqram yaş barama təhvil veriblər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 103 kümçü tərəfindən 40 qutu (7600 qram) inkubasiya olunan baramaqurdu toxumu bəslənilib. Bir sıra ərazilərdə, xüsusilə daha peşəkar kümçülərin olduğu Ərəbuşağı, Qaraqoyunlu, Padar, Bozavand ərazi dairələrində yüksək göstəriciyə nail olunub. Belə ki, Ərəbuşağıdan təkcə Pəri Əliyeva 824 kiloqram barama yetişdirib. Habelə, Qaraqoyunludan Azad İsgəndərov 529 kiloqram, Nurlan Muradzadə 390 kiloqram məhsul satıblar.
Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatında barama tədarükü başa çatıb. Fermer təsərrüfatının rəhbəri Araz Yağubov bildirib ki, təsərrüfatda barama istehsalı məqsədilə kifayət qədər yem bazasının və kümxananın yaradılması üçün lazımi tədbirlər görülüb. Bu məqsədlə 2016-cı ildə Çindən ölkəmizə gətirilən tut tinglərindən ibarət intensiv tut plantasiyası salınıb. Ötən il isə müasir Yapon-Çin texnologiyası əsasında 495 kvadratkilometrlik kümxana istifadəyə verilib. Kümxanada kümçülərin işini asanlaşdırmaq üçün müasir tikililər inşa edilib. Binada istilik və rütubət rejimini ölçmək üçün cihazlar quraşdırılıb.
Bu ilin mayında fermer təsərrüfatına 10 qutu ipəkqurdu verilib. İlk gündən təcrübəli kümçülər bu işə cəlb edilib. Barama sarınması üçün isə ötən il İrandan gətirilən 1500 metr uzunluğunda xüsusi tordan istifadə edilərək barama saxlanan rəflərə qoyulub.
Görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Öz keyfiyyətli təbii çayı ilə tanınan “Yaşıl çay”çılar indi də baramaçılıqda böyük uğur qazanıblar. Kümçülər 685 kiloqram keyfiyyətli yaş barama tədarük edərək məntəqəyə təhvil veriblər.
Sonda qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ölkə üzrə yaş barama tədarükü davam edir. İyunun 30-na qədər kümçülər tərəfindən “Azəripək” MMC-yə 633,2 ton yaş barama təhvil verilib.
Barama tədarükünə görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Şəki, Balakən, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Tərtər və Ağdam rayonları öndədir.
Qeyd olunan tarixə qədər Zərdabda 65,32 ton, Ağcabədidə 54,46 ton, Zaqatalada 52,95 ton, Füzulidə 49,54 ton, Şəkidə 47,89 ton, Balakəndə 44,14 ton, Bərdədə 36,6 ton, Qaxda 27,29 ton, Kürdəmirdə 22,62 ton, Ağdaşda 17,62 ton, Tərtərdə 17,33 ton, Ağdamda 16,38 ton, Göyçayda 16,53 ton, Sabirabadda 14,20 ton, Ucarda 12,22 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

