/ / Regionlarda avtomobil yollarının tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir
Regionlarda avtomobil yollarının tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir
25.07.2019 [09:19]
Dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu bölgələrdə sənaye, kənd təsərrüfatı və turizmin inkişafına da öz müsbət təsirini göstərir
(əvvəli ötən sayımızda)
Yeni yol yatağı inşa edilib, həmçinin hər birinin uzunluğu 800 poqonmetr olan “U” şəkilli arx və dəmir-beton küvetlər inşa olunur, bundan başqa, lazımi qalınlıqda yol əsasının inşası işləri görülür. Bunun ardınca isə yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 6 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkili üçün 42 yol nişanının, 960 siqnal dirəyinin və 31 kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.
Quba-Qonaqkənd avtomobil yolunun tikintisi rayonda turizmin inkişafına təkan verəcək
İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşır. AAYDA tərəfindən icra olunan layihələr üzrə yolların ümumi uzunluğu 15 kilometr təşkil edir.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bunlar başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu kilometrindən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci kilometrindən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarıdır. Layihələrə uyğun olaraq, yeni yol yatağı inşa edilib, yollar boyu müxtəlif diametrlərə malik 191 poqonmetr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 poqonmetr metal boruların quraşdırılması işləri icra edilib. Hazırda yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə, 150 min kvadratmetr sahədə tikinti işləri görülüb.
Layihənin sonuncu mərhələsində, zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, eləcə də piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin son mərhələsi həyata keçirilir. Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində aparılır. Yolun bu hissəsinin asfaltlanması yaxın günlərdə başa çatdırılacaq.
46 kilometrlik yolun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən 40 kilometrinə artıq birinci qat asfalt döşənib. Vəlvələçay çayı üzərində qurulan 3 körpüdən ikisinin inşası da başa çatıb. Çayqovuşan adlanan ərazidə tikilən sonuncu körpüdə isə işlər tamamlanmaq üzrədir.
AAYDA tərəfindən 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, lazımi yerlərdə yeni su boruları tikilib.
Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.
Zərdab-Qaravəlli avtomobil yolu yenidən qurulur
Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min poqonmetr uzunluğunda küvetlərin açılması, müxtəlif diametrlərə malik 264 poqonmetrlik suötürücü dəmir-beton boruların quraşdırılması və izolyasiyası aparılır. Daha sonra yol əsasının tikintisi işləri görüləcək və yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində tikinti işləri 200 min kvadratmetr sahəni əhatə edir.
Yolboyu 69 yol nişanı və məlumatverici lövhə, 42 ədəd kilometr göstəricisi, 320 siqnal dirəyi quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu Lerikin şəhər mərkəzinə çıxışı təmin etməklə 4 min nəfərədək əhalinin yaşadığı 4 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Zərdab rayonunda 11,4 kilometrlik Zərdab-Qaravəlli avtomobil yolu yenidən qurulur. AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən çox əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, yolboyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların ötürülməsi məqsədilə müxtəlif diametrli 456 poqonmetr dəmir, həmçinin 72 poqonmetr dəmir-beton borular quraşdırılıb. Tikinti layihəsinə uyğun olaraq, yola 2 laydan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənir.
Sonuncu mərhələdə yolun çiyin hissələri dağıldığından çiyinlərin bərkidilməsi, avtobus dayanacağının tikintisi, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 kilometr göstəricisinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 31 kilometr olan Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 47-ci kilometridir.
Layihə çərçivəsində torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası və asfaltlanma işləri aparılır. Yolboyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı üçün yenilərinin inşası aparılır. Bunun üçün yola müxtəlif diametrlərə malik 29 ədəd suötürücü dəmir-beton borular quraşdırılır, yolun 15,4-cü kilometrində suötürücü qurğu inşa edilir.
Bundan başqa, tikinti işləri çərçivəsində avtobus dayanacaqları inşa ediləcək, yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi və siqnal dirəyi quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Bununla yanaşı, Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Qazanbulaq hissəsində yeni yolun çəkilişi sürətlə davam etdirilir. Hazırda avtomobil yolunun bu hissəsində asfaltlanma işləri aparılır.
Qeyd edək ki, rayonda yol infrastrukturunun müasirləşdirilməsi məqsədilə cari ilin ikinci rübündə ümumilikdə 40 kilometrlik yeni yol çəkilib.
Gədəbəy rayonunda 23,5 kilometrlik Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 kilometr)-İsalı-Zamanlı avtomobil yolu yenidən qurulur. AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, IV texniki dərəcəli yerli əhəmiyyətli İsalı-Zamanlı avtomobil yolu başlanğıcını Gədəbəy-Novosaratovka-Qaravəlilər yolundan götürür. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yeni torpaq yatağı inşa edilib, mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün yolboyu 11 yerdə müxtəlif diametrlərə malik 143 poqonmetr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa, 3 yerdə 39 poqonmetr uzunluğunda dördbucaqlı su keçidi, həmçinin monolit dəmir-beton istinad divarı inşa edilib. Hazırda yolun 140 min kvadratmetrdən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, 18 yol birləşməsinin təmiri, 8 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol kənarında 800 poqonmetr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün 325 yol nişanı, 540 siqnal dirəkləri qoyulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Uzunluğu 72 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır. AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yolun 37 kilometrlik hissəsi tam yeni və müasir görkəmdə istifadəyə verilib. Altmış mindən çox əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Hazırda həmin avtomobil yolunun Cəlilabad rayonu ərazisinə düşən 35 kilometrlik hissəsində təmir işləri görülür.
Bu hissədə yol profilə salınıb, ümumilikdə isə təmir işlərinin aparıldığı ərazi 300 min kvadratmetrdən çox sahəni əhatə edib. Yolda asfaltlanma işlərinə başlanılıb. Tikinti işləri başa çatdıqdan sonra 38 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 280 yol nişanı və məlumatverici lövhə, 35 kilometr göstəricisi və 1610 siqnal dirəyi quraşdırılacaq, yol-cızgi və yolgöstərici xətlər çəkiləcək.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

