Azərbaycanın regionlarında yol infrastrukturu quruculuğu uğurla davam edir
31.08.2019 [09:41]
Bölgələrdə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
(Əvvəli ötən sayımızda)
Hazırda şəhərin Əttarlar küçəsində və Nəriman Nərimanov prospekti boyunca işlər davam edir. Belə ki, prospektdə, şəhərdaxili küçələrin yollarında köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur.
Şabran rayonuna gəlincə, burada uzunluğu 25 kilometr olan Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq, marşrut boyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton borunun yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılır. Bundan başqa, 2 yerdə düzbucaqlı su keçidinin, 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihədə nəzərdə tutulub. Asfaltlanma işləri yolun 150 min kvadratmetrdən çox sahəsini əhatə edəcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minə yaxın vətəndaşın rayon mərkəzinə, eləcə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə, yeni turizm marşrutların yaranmasına şərait yaradacaq.
Şabran rayonunun ərazisində, həmçinin dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən “Çıraqqala” abidəsinin bərpası işləri çərçivəsində qalaya gedən yol abadlaşdırılır. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılır. İlk növbədə, “Çıraqqala” Tarixi Qoruğunun ərazisində qalayadək yalnız piyada və ya atla getmək olan dar cığır genişləndirilir. Çətin relyefli dağlıq və meşəlik ərazidən keçən təxminən 500 metr uzunluğundakı çığırın eni ərazidən aslı olaraq 1,5-2,5 metrədək artırılır. Qaya parçalarından təmizlənərək hamarlandıqdan sonra həmin yol təbii daşlarla döşənəcək. Bundan sonra yolda turistlər qrup halında rahat hərəkət edə biləcəklər. Yol genişləndirilərkən ərazidəki ağaclara ziyan dəyməməsi üçün qabaqlayıcı tədbirlər görülüb.
Daha bir yenilik ondan ibarətdir ki, bu yolla qalaya gələn turistlər “Çıraqqala”nın baş bürcünə çatmaq üçün ərazidə tikiləcək yeni körpüdən istifadə edəcəklər. Dayaqlar üzərində qurulacaq taxta körpünün uzunluğu 20-25 metr olacaq. Bu ərazidə qədim dövrlərdə “dəvə körpüsü” adlanan körpü mövcud olub.
İş icraçısı bildirib ki, hazırda “Çıraqqala”ya gedən yolun abadlaşdırılması ilə yanaşı, ərazidə tikinti meydançasının qurulmasına, qalanın bərpasını həyata keçirəcək işçi heyət üçün ofis binasının tikintisinə hazırlıq işləri görülür. Həmçinin elektrik və su xətlərinin çəkilişi də planlaşdırılır.
Şabran və Siyəzən rayonlarından “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə kimi yeni yol çəkilib. Buradan “Çıraqqala” abidəsinin yerləşdiyi qayanın ətəyinə kimi dağlıq relyefli ərazidən keçən 3 kilometrlik yolda hazırda xüsusi yolsuzluq avtomobilləri ilə hərəkət etmək mümkündür. Möhkəmləndirmə, bərpa-konservasiya işləri başa çatdıqdan sonra “Çıraqqala” Tarixi Qoruğunu ziyarət edən həm yerli, həm də xarici turistlərin sayının dəfələrlə artacağı gözlənilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun yenidənqurma işləri həyata keçirilir. Agentlikdən bildirilib ki, Cibir-Həzrə-Mucuq-Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir. Bu avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir. Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidənqurma işləri mövcud problemləri aradan qaldırır.
Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Bu çərçivədə sözügedən yolboyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, normativ eninin alınması üçün torpaq yatağı genişləndirilir.
Texnoloji ardıcıllığa uyğun olaraq, yol əsasının alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kvadratmetr sahəni əhatə edəcək. Bundan başqa, optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri də nəzərdə tutulur.
Yolboyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 46 dairəvi dəmir-beton suötürücü boru, iki yerdə düzbucaqlı su keçidinin və 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi layihədə nəzərdə tutulmuş işlərdəndir.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu yol nişanları və məlumatverici lövhə, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında və bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Qobustan rayonunda isə Ərəbqədim-Göydərə avtomobil yolu yenidən qurulur. Başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 88-ci kilometrindən götürən Ərəbqədim-Göydərə yolu 4-cü texniki dərəcəlidir. Məlumata əsasən, yolun ümumi uzunluğu 13 kilometrdir. Layihə çərçivəsində yolun normativliyinin təmini üçün eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kvadratmetrdən çoxdur.
Hazırda yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra 2 laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla 78 min kvadratmetr sahəni əhatə edəcək.
Layihə çərçivəsində müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.
Bundan başqa, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Avtomobil yolu 2 mindən artıq əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Onu da bildirək ki, Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri aparılır. Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 115-ci kilometrindən götürən yerli əhəmiyyətli Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı yolunun uzunluğu 26,1 kilometr olmaqla IV texniki dərəcəlidir.
Layihə çərçivəsində yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılır. Tikintinin aparıldığı ərazi 250 min kvadratmetrdən çoxdur.
Şamaxı rayonunun sözügedən avtomobil yolunun yenidən qurulması ilə 5 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılacaq, yolboyu yaşayan 4 minə yaxın əhali rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcəklər.
Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi isə yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bir neçə istiqamət üzrə yenidən qurulan 51 kilometrlik yolun 15 kilometrlik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Layihə çərçivəsində yolun 820 metrlik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 metr, eni 9,5 metr olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Sözügedən yolun qalan 36 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Həmçinin 36 kilometrlik yolun 15,1 kilometri asfalt-beton, 20,9 kilometri isə çınqıl örtüklü olmaqla inşa edilir.
Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun digər 17,3 kilometrlik hissəsində isə hazırda yenidənqurma işləri aparılır. Son mərhələdə isə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkiləcək. Bununla da, Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunda müasir yol infrastrukturu yaradılacaq. Eyni zamanda, 50 minədək əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması sakinlərin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq.
Bu məqamda qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun da müxtəlif hissələrində tikinti işləri davam etdirilir. Layihəyə əsasən, Culfa-Ordubad avtomobil yolunun Culfa-Yaycı hissəsi dörd, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı olacaq. Yolun Culfa rayonu ərazisindən keçən hissəsində torpaqbərkitmə işləri yekunlaşdırılıb, asfalt örtük vurulub. Hazırda yolun Düylün-Dəstə kəndləri ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir, digər hissələrində torpaq işləri aparılır. Ümumi uzunluğu 48 kilometr olan yolun keçdiyi yerlərdə 120 su keçidi və 6 körpü salınacaq. Asfalt örtüyünü yağış sularından qorumaq üçün yol kənarlarında 28 kilometr uzunluğunda su kanalı tikiləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb və yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

