/ / Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər görülür
Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər görülür
07.11.2019 [09:00]
Bu ilin 9 ayında muxtar respublikada 372 milyon 356 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət öz bəhrəsini verməkdədir. Bu istiqamətdə yüksək nəticələrin əldə olunması bunu deməyə əsas verir. Kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixracyönümlü məhsulların yetişdirilməsi istiqamətində atılan addımlar, o cümlədən regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanda kənd təsərrüfatının bir sıra sahələrinin yeni mərhələyə qədəm qoymasına imkan verib. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aqrar sektorun dinamik və sürətli inkişafını təmin etmək üçün bölgələrdə əsaslı tədbirlər görülür, yeni texnikalar alınır, sahibkarlığın inkişafına stimul verən addımlar atılır.
Yeri gəlmişkən, oktyabrın 15-də ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə çıxış edən dövlət başçısı bildirib ki, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir: “Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”.
Qeyd edək ki, aqrar sahənin inkişafı Naxçıvan Muxtar Respublikasında da mühüm prioritetlərdən biri kimi qəbul edilib. Muxtar respublikada son dövrlərdə bu sahəyə göstərilən diqqət və qayğı kənd təsərrüfatının yüksək inkişaf tempi əldə etməsinə yol açıb. Bunu rəqəmlərdə də görmək mümkündür. Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub. 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Cari ilin ötən 9 ayında muxtar respublikada 109 min 760 ton dənli və dənli-paxlalı, 4207 ton dən üçün qarğıdalı, 772 ton dən üçün günəbaxan, 74 min 934 ton tərəvəz, 49 min 139 ton kartof, 36 min 790 ton bostan məhsulları, 40 min 202 ton meyvə, 9869 ton üzüm istehsal olunub. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdəndir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Belə ki, son illər muxtar respublikada 4 min 135 hektar sahədə yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Hazırda Şahbuz rayonunun Türkeş kəndində bu işlər davam etdirilir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhali tələbatının ödənilməsi üçün geniş imkanlar açıb. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır.
Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 119 min 814-ə, xırdabuynuzlu heyvanların sayı isə 741 min 539 başa çatdırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara üzrə 1845 baş, xırdabuynuzlu heyvanlar üzrə 12 min 806 baş çoxdur. Cari ilin ötən dövründə 9 heyvandarlıq təsərrüfatı yaradılıb, 2 heyvandarlıq təsərrüfatı genişləndirilib. Ümumilikdə, yanvar-sentyabr aylarında kənd təsərrüfatı subyektlərinə 8 milyon 776 min 600 manat məbləğində kreditlər verilib ki, bunun da 7 milyon 23 min manatı heyvandarlığa yönəldilib.
Heyvandarlığın cins tərkibi yaxşılaşdırılır, məhsuldarlıq yüksəldilir
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb. Hazırda mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Heyvandarlıq təsərrüfatlarında 9 min 654 baş inək, düyə və camış süni yolla mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 6 min 383 baş sağlam bala alınıb. Həmçinin əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülüb. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsində 2019-cu ilin ötən 9 ayı ərzində diri çəkidə ət istehsalı 19 min 105 ton, süd istehsalı 72 min 451 ton, yun istehsalı 904 ton, yumurta istehsalı isə 76 milyon 634 min 800 ədəd olub.
Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti ilə birgə sistemli tədbirlər görülür, qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, mal-qara və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri uğurla davam etdirilir.
Muxtar respublikada 74 min 244 arı ailəsi mövcuddur. Bu sahə üzrə dövlət proqramının qəbul olunması, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları - bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olub.
Aqroservis xidməti günün tələbləri səviyyəsində həyata keçirilir
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz edilməsinin böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 2240-ı nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılıb. Alınmış texnika və aqreqatların 319-u 2019-cu ilin ötən 9 ayında gətirilib. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı hökumət tərəfindən güzəştlər müəyyən edilib.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilir. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunub. Muxtar respublikanın əsas toxumçuluq bazası olan bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışı da həyata keçirilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövrdə məhsul istehsalçıları 7 min 79 ton mineral gübrə ilə təmin edilib. I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilməsi təmin olunur.
Əhalinin ilboyu meyvə-tərəvəz məhsulları ilə təminatı aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir
Muxtar respublikada iritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda Naxçıvanda ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbar və sahəsi 131 min 162 kvadratmetr olan 23 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması cari ildə belə təsərrüfatların daha da genişləndirilməsinə, əhalinin kənd təsərrüfatına olan marağının artmasına və maddi rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunub, daxili bazarda məhsul bolluğu yaradılıb. Ötən dövrdə muxtar respublikada 372 milyon 356 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

