Azərbaycanın regionlarında yeni yol layihələrinin icrası uğurla tamamlanıb
14.11.2019 [09:27]
Bütövlükdə son 16 ildə ölkə üzrə 15 min kilometr yol çəkilib, 443 körpü istifadəyə verilib
(əvvəli ötən sayımızda)
Digər sakin Kamal Hümbətov isə deyib: “Kəndimiz rayon mərkəzindən uzaqda, cəbhə xəttinə yaxın məsafədə yerləşsə də, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Kənd qazlaşdırılıb, elektrik, içməli su, rabitə ilə təmin edilib. Kəndin küçələri də gecələr işıqlı olur. İndi isə yollarımız asfaltlanıb. Bütün bunlara görə kənd sakinləri adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Tovuzda dağların partladılması üsulu ilə yeni yol salınır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən KİV-ə bildirilib ki, Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunda yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Bir neçə istiqamət üzrə yenidən qurulan 52 kilometrlik yolun 15 kilometrlik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Tikinti layihəsi çərçivəsində yolun 820 metrlik hissəsi birinci, qalan hissəsi isə üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 metr, eni 9,5 metr olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Sözügedən yolun qalan 37 kilometrlik hissəsinin isə IV və V texniki dərəcəyə uyğun yenidən qurulması aparılaraq yekunlaşdırılır. 37 kilometrlik yolun 13,9 kilometri asfalt-beton, qalan 23,1 kilometrlik hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilir.
Bu çərçivədə Alakol-İbrahimhacılı, Qoçdərə-Çobansığnaq, Çobansığnaq-Sarıtala, Çobansığnaq-Yoğunbulaq, Sarıtala-Dondarlı, Sarıtala-Haçaqaya (ziyarətgah) və Ağacqala-Yanıqlı yolları, həmçinin Əyyublu, Qaraboyunlar, Dönük Qırıqlı və Qırıqlı kəndlərinin giriş yolları çınqıl və asfalt örtüklü olmaqla əsaslı şəkildə təmir olunur.
Layihənin yalnız Ağacqala-Yanıqlı hissəsinin yenidən qurulması qalıb ki, bu işlər də yekunlaşmaq üzrədir. Belə ki, 8 kilometr uzunluğa malik bu hissədə ümumiyyətlə yol olmayıb və hazırda yeni yolun tikintisi aparılır. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. Artıq yolun 7 kilometrlik hissəsində bu işlər yekunlaşdırılıb.
Ümumilikdə layihə üzrə atmosfer sularının təsirindən və hərəkətin intensivliyi nəticəsində yolların torpaq yatağında aşınma və dağılmalar əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə maneə yaradırdı. Artıq bu problem, demək olar ki, geridə qalıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu aparılan yenidənqurma işlərinin ardıcıllığı bundan ibarətdir. İlk növbədə, yollar boyu yolun normativ eninin alınması üçün yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və texniki dərəcəyə uyğun yeni yol yatağı və küvet hissələr inşa edilib. İstismar nəticəsində sıradan çıxmış suötürücü borular sökülərək kənarlaşdırılıb, əvəzinə yeni, standartlara uyğun 298 poqonmetr uzunluğunda suötürücü borular quraşdırılıb.
Bunun ardınca isə yeni yol əsası inşa edilib. Bunun üçün qum-çınqıl və optimal-çınqıl qarışığından əsasın hamarlayıcı, alt və üst layı salınıb. Daha sonra layihədə nəzərdə tutulmuş yollara əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-betonla örtüyün alt və üst layı inşa edilib, çiyin hissələr lazımi qarışıqdan istifadə edilərək bərkidilib, yol birləşmələri təmir olunub.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkilib. Bununla da Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunda yeni yol infrastrukturu yaradılmaqla vətəndaşların istifadəsinə verilir. Əlli min nəfərədək əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldıracaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxaracaq.
Qax-İlisu yolunun yenidən qurulması dağ turizminin inkişafına müsbət təsir göstərəcək
Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qax-İlisu marşrutu üzrə 35,5 kilometr uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13,2 kilometr olan Qorağan-Qax şəhəri hissəsi, 6,3 kilometr uzunluğa malik Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, uzunluğu 7,9 kilometr olan Qax şəhərinin mərkəzi hissəsi - Heydər Əliyev prospekti və 8,1 kilometrlik Qax şəhəri-İlisu kənd hissəsi daxildir.
Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlmişdi. Sözügedən problemlərin aradan qaldırılması üçün agentlik tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri aparılıb. Layihəyə uyğun olaraq, yeni yol yatağı inşa edilib, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən yolboyu müxtəlif diametrlərə malik 1085 poqonmetr metal və dəmir-beton suötürücü borular quraşdırılıb, düzbucaqlı su keçidləri inşa edilib, həmçinin yol keçidlərində və kommunikasiya xətlərinin keçirilməsi üçün 1280 poqonmetr uzunluğunda azbest və dəmir-beton boruların quraşdırılması işləri də aparılıb.
Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsündə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb. Eyni zamanda, 10 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.
Yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yolboyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, dağ turizminin inkişafına müsbət təsir göstərəcək.
Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun asfaltlanmasına başlanıb
Altı minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun asfaltlanmasına başlanılıb. Ümumi uzunluğu 35,9 kilometr olan yol “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tamamilə yenidən qurulur.
Avtomobil yolu bir neçə istiqamət üzrə 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir. Tikinti işləri 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq, 7,7 kilometrlik Qarğalıq kənd hissəsi, həmçinin Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarında aparılır. Giriş yollarının ümumi uzunluğu 7,7 kilometrdir.
Əvvəlcə yeni yol yatağı inşa olunub. Sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.
Artıq 20 kilometrə yaxın hissəyə asfalt döşənib. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir.
Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunda yenidənqurma işləri tamamlanıb
Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurma işləri yekunlaşıb. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrindən ayrılan və 11,5 kilometr uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11-ci kilometrindən ayrılan və 4,5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.
Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranıb.
Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, təqribən 36 min kubmetr həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.
Yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən müxtəlif diametrlərə malik 9 ədəd 120 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub, avtoqreyderlə 9300 poqon-metr küvetlərin açılması işləri görülüb.
Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 santimetr hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 180 min kvadratmetr sahədə tikintisi işləri görülüb. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 santimetr, üst layı isə 5 santimetr qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınması, çiyin hissələrin 14 min kvadratmetr sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri aparılıb, 22 yol birləşməsi təmir edilib.
Layihənin sonuncu mərhələsi çərçivəsində 5 yerdə avtobus dayanacağı qoyulub, hərəkətin normal təşkili üçün 42 kilometr göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılıb, 48 kilometr yolcizgi və yolgöstərici xətləri çəkilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

