Regionlarda meyvə istehsalı artıb
19.11.2019 [09:58]
Fermerlərə göstərilən diqqət və qayğı, həmçinin yeni meyvə bağlarının salınması meyvəçilikdə məhsuldarlığın artmasına təkan verib
(əvvəli ötən sayımızda)
Çürümə xəstəliklərinin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir. Bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur. Ona görə də, yuxarıda adları çəkilən xəstəlik və zərərvericilərin inkişaf dinamikası izlənilməli, diaqnostikası düzgün təyin edilməli və onlara qarşı aqrotexniki, kimyəvi mübarizə tədbirləri vaxtında həyata keçirilməlidir.
Fermer təsərrüfatının sahibi Maisə İsayeva gələcəkdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcəyini vurğulayaraq, alim və mütəxəssislərin aqroməsləhətləri əsasında becərmə və mühafizə işlərinin həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılmış Məsləhət Xidmət Qrupu tərəfindən analoji maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçiriləcək.
Məlum olduğu kimi, ölkəmizin ayrı-ayrı rayonlarında keçirilən məhsul bayramları və meyvə festivalları da aqrar sahənin inkişafına dəstək olur. Bu baxımdan noyabrın 9-da Göyçayda keçirilən Nar bayramını da xüsusi qeyd etmək yerinə düşər. 30 mindən çox iştirakçının qatıldığı bu təntənəli bayramda Dövlət Bayrağı Günü və XIV Nar festivalı öz rəngarəngliyi, möhtəşəmliyi ilə yerli və xarici qonaqların, ümumən hər kəsin böyük marağına səbəb olub. Şənliklərdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.
Heydər Əliyev prospektinin başlanğıcında Nar festivalının açılışı olub. Milli geyimli qızlar qonaqlara nar şirəsi və döş nişanları təqdim ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tədbir iştirakçılarını salamlayıb, Göyçayda bayramın bayrama qarışdığını, Dövlət Bayrağı Gününün qeyd olunduğunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq ənənəyə çevrilən Nar festivalının keçirildiyini söyləyərək, əlamətdar günlər münasibətilə hər kəsi təbrik edib. Vurğulayıb ki, bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılığın inkişafı uğurla reallaşdırılır.
Qeyd edək ki, Göyçayda nar bayramı artıq 14-cü dəfədir ki, təşkil edilir. Bu məhsul bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığının bir nümunəsidir. Hazırda rayonda 3627 hektar nar bağı vardır ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.
Ölkəmizdə meyvəçiliyin inkişafına göstərilən dəstəkdən danışarkən İDEA İctimai Birliyinin fəaliyyətini də xüsusi qeyd etməliyik. Belə ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması bu kateqoriyadan olan ailələrə dəstək verməklə yanaşı, meyvəçiliyin inkişafı istiqamətində həyata keçirilən siyasətə də dəstək xarakteri daşıyır. Bu kontekstdə noyabrın 1-də də Oğuz rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Aksiya zamanı rayon ərazisində ayrılmış 2 hektar sahədə 312 ədəd qoz ağacı əkilib. Yeni salınan bağ rayonda yaşayan 3 aztəminatlı ailə arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr qoz bağına qulluq göstərərək, məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprelində başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən və Ağsu rayonlarında salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.
Yuxarıda da vurğulandığı kimi, layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, meyvəçiliyin inkişafına və ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 22 min 120 meyvə ağacı əkilib və 69 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.
Oğuz rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. IDEA İctimai Birliyinin təmsilçiləri aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək verən qurumlara təşəkkürünü bildiriblər.
Noyabrın 8-də isə bu layihə çərçivəsində Yevlax rayonunda meyvə bağları salınıb. Rayonun Balçılı kəndi ərazisində keçirilən mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək, respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışıb.
Sonra ağacəkmə aksiyasına start verilib. Meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya könüllü olaraq 200-dən çox yerli gənc qoşulub. Aksiya zamanı 2 hektar sahədə 1500 ədəd alma, ərik və xurma ağacı əkilib. Yeni salınan bağ rayonda yaşayan 3 aztəminatlı ailə arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib.
Bu məqamda bildirmək yerinə düşər ki, yuxarıda bəhs olunan aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil olunacaq.
Meyvə ağaclarının əkilməsi istiqamətində növbəti addım isə Qəbələdə atılıb. Belə ki, dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən təşkil edilən ağacəkmə aksiyası zamanı Nohur gölü ərazisində 300-dən çox gilas, alça və digər növ meyvə ağacları əkilib. Aksiyada idarənin 100-dən çox işçisi iştirak edib.
İdarə tərəfindən davamlı olaraq keçirilən ağacəkmə aksiyaları su hövzələrində ekoloji durumun daha da yaxşılaşdırılması, ətraf mühitin qorunması, ekoloji balansın bərpası, yaşıllıqların artırılması və ağac əkininin təşviqi məqsədi daşıyır. Yeni yaşıllıqların salınması atmosferin oksigenlə zənginləşdirilməsinə öz töhfəsini verəcək.
Aksiya zamanı ərazi kollardan təmizlənib, gölün mühafizə zolağındakı qurumuş ağaclar və tullantılar götürülüb.
Masallıda isə çiyələk əkininə başlanılıb. Rayonun Şərəfə kəndində sahələr şumlandıqdan sonra ərazidə çiyələk şitillərinin əkilməsi üçün xüsusi kanallar çəkilib. Təsərrüfat sahibləri hər il bu sahədən kifayət qədər gəlir götürdükləri üçün çiyələk əkininə geniş yer verirlər.
Şərəfə kəndində əsasən yerli iqlimə uyğun çiyələk sortları əkilir. Şitillər daha çox Türkiyə və İsraildən gətirilir. İlk olaraq torpağa aqrotexniki qulluq göstərilir. Sahələr gübrələndikdən sonra əkinə başlanılır. Fermer Rafət Abbasov bu mövsüm məhsuldarlığın bol olacağına əmindir: “Çiyələk sahəsini tam hazırlamışıq. Bu gün də əkinə çıxmışıq. Üç hektara yaxın sahədir və təxminən 250 minədək şitil əkiləcək. Damcı üsulunda da bu il müəyyən qədər dəyişikliklərimiz olub. Əvvəl 1-2 cərgə çəkilirdisə, indi 3 cərgə üsuluna keçmişik. Bu da yay fəslində, 40 dərəcə istilərdə suvarma sistemini tez quraşdıra bilmək üçün nəzərdə tutulub”.
Əkində işçi qüvvəsinə tələbat yarandığından yerli sakinlərin də köməyindən istifadə olunur. Çiyələk sahəsində hazırda 15-dən çox işçi çalışır. Hətta qonşu kəndlərdən də bura işçilər cəlb edilib.
Onlardan biri də Həmidə Nəzərovadır: “Biz qonşu kənddən gəlirik burada işləməyə. Sağ olsunlar, işləyib qazancımızı götürürük. Şitilləri əkməklə gündəlik pulumuzu alırıq. Mən özüm Boradigah qəsəbəsində yaşayıram. İstərdim ki, kəndimizdə də fermerlər belə sahələr əksinlər, biz də gedək işləyək”.
Digər işçi Samirə Nəsirova isə bildirib ki, 10 ildir bu təsərrüfatda işləyir: “Xocavardan gəlmişik bu kəndə. Gördüyünüz kimi, bu gün əkin aparırıq. Mindən çox şitil əkmişik. Yenə də əkəcəyik. Hər gün təxminən axşam 5-də işimizi yekunlaşdırıb evə gedirik. Şükür olsun, qazancımızdan da razıyıq”.
Rafət Abbasov illərdir bu sahədə əmək sərf edən təsərrüfatçılardandır. O, çiyələkdən yaxşı gəlir əldə etdiyini deyir. Onun sözlərinə görə, Türkiyədən gətirilən çiyələk sortu davamlılığı, uzaq məsafəyə daşınmasına görə daha əlverişli hesab olunur: “Ötənilki sortlarla fərq ondadır ki, bunun məhsuldarlığı boldur. Əkin zamanı sahələrdə 20-yə yaxın işçi çalışır. Hər fəhlə gündə minimum 3000-4000 min şitil əkir”.
Ötən il Rafət Abbasovun çiyələk sahəsindən 70 tona yaxın məhsul toplanıb ki, bunun da 60 faizi Rusiya bazarlarına çıxarılıb. Bu il də xaricə ixrac istisna edilmir. İndi əkilən çiyələyin yığımına aprelin sonlarında başlanılacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

