/ / Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır
Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır
27.11.2019 [09:08]
Regionlarda avtomobil yollarının tikintisi, yenidən qurulması müvəffəqiyyətlə davam etdirilir
Azərbaycanda həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu ölkəmizin sürətli iqtisadi inkişafını və insanların həyat səviyyəsinin daha da yüksəlməsini şərtləndirən əhəmiyyətli amil kimi çıxış edir. Ötən müddət ərzində paytaxt Bakıda və regionlarda həyata keçirilən çoxsaylı layihələr sayəsində respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə yüksək səviyyəli infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də çoxlu sayda böyük investisiya tutumuna malik layihələr reallaşdırılıb. Eyni zamanda, kənd yollarının yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Bütövlükdə, son 16 ildə respublikamızda yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə üzrə 15 min kilometr yol çəkilib, 443 körpü istifadəyə verilib.
Hazırda ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər müvəffəqiyyətlə davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev noyabrın 19-da “Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Bununla yanaşı, dövlətimizin başçısı noyabrın 22-də “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
Digər tərəfdən, respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay yolunun yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir. Tikinti işləri çərçivəsində yeni yol yatağı inşa edilib, 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi, 61 və 66 metr uzunluğunda 2 körpü tikilib. Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılıb. Hazırda sözügedən hissədə torpaq işləri görülür. Yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək. Həmçinin layihə üzrə sel sularının və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır. Yolun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasını xeyli yaxşılaşdıracaq.
Şəmkir rayonu ərazisindəki yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu da yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində yol əsasının tikintisi işləri aparılıb və asfaltlanma işlərinə başlanılıb. Bundan başqa, avtomobil yolunun 9-cu kilometrindəki 1989-cu ildə inşa edilən Şəmkir çayı üzərindəki 79 metr uzunluğunda olan körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpası işləri görülüb. Belə ki, körpünün dayaqları bərkidilib, hər iki tərəfdə su nizamlayıcı beton qurğular inşa edilib, konuslar və körpünün girişlərində keçid pilitələr bərpa olunub, səkilər təmir edilib, məhəccərlər dəyişdirilib. Tikinti norma və standartlarına uyğun olaraq, 2600 kvadratmetr sahədə yol birləşmələri təmir edilib, hərəkətin normal təşkili üçün 30 kilometr yolgöstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib. Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
İsmayıllı rayonu ərazisində isə cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb. Sözügedən layihələr başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu kilometrindən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci kilometrindən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edir. Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, yollar boyu müxtəlif diametrlərə malik 191 poqonmetr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 poqonmetr metal borular quraşdırılıb, yol əsasının inşası işləri aparılıb. Yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə isə, 150 min kvadratmetrədək sahədə tikinti işləri həyata keçirilib. Son mərhələdə zəruri olan yerlərdə 7 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb. Avtomobil yollarının yenidən qurulması 5 mindən çox əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, eləcə də bu bölgədə aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Tamamilə yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 35,9 kilometrdir. Avtomobil yolunu 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələri təşkil edir. Həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin ümumi uzunluğu 7,7 kilometr olan giriş yolları da yenidən qurulur. Torpaq və çınqıl örtüklü olan yollarda xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 8 yaşayış məntəqəsinin əhalisi tam yeni və yüksəkkeyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər. Layihəyə əsasən, sözügedən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. İki hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Buraya 6 metr enində hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb. Bundan başqa, sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib. Hazırda yolun 200 min kvadratmetrdən çox hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Layihəyə uyğun olaraq zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yolboyu 8 yaşayış məntəqəsində yaşayan 6 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Uzunluğu 11,4 kilometr olan Zərdab-Qaravəlli avtomobil yolu da yenidən qurulub. Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli Zərdab-Qaravəlli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, suların ötürülməsi məqsədilə 456 poqonmetr dəmir, həmçinin 72 poqonmetr dəmir-beton borular quraşdırılıb, eləcə də asfalt-beton örtüyü döşənib. Eyni zamanda, avtobus dayanacaqları tikilib, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 kilometr yolgöstəricisinin quraşdırılması, həmçinin xətlənmə işləri aparılıb.
Bütövlükdə, bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

