Yerli təsərrüfatlarda 2020-ci ilin məhsulu üçün müvafiq işlər görülür
30.11.2019 [09:51]
Noyabrın 23-nə qədər regionlarda təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 867,7 min hektar sahədə şum qaldırılıb, gələn ilin məhsulu üçün 409,3 min hektar sahədə dən üçün payızlıqlar səpilib
Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanda həyata keçirilən siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Ümumiyyətlə, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə mühüm inkişaf göstəriciləri əldə olunub. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Xüsusilə, bu proqramların uğurlu icrası regionlarda kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, son 15 ildə ölkəmizdə kənd təsərrüfatı təxminən iki dəfəyə yaxın artıb. Bu, olduqca yüksək bir rəqəmdir və dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu rəqəm ildən-ilə daha da yüksələcək.
Qeyd edildiyi kimi, kənd təsərrüfatının inkişafına göstərilən diqqət nəticəsində bu gün bölgələrimizdə bu sahəyə diqqət də artıb. Eləcə də, aqrar sahə ilə məşğul olan fermerlər dövlətin hərtərəfli yardımları ilə təmin edilirlər. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, taxılçılıq, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlər sırasında yer alır.
Vurğulandığı kimi, ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində atılan tədbirlər davam etməkdədir. Etibarlı ərzaq təminatına nail olunmasında isə taxılçılıq strateji əhəmiyyət daşıyır. Bu gün qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdən sayılır. İntensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla ölkədə taxıl istehsalı əhəmiyyətli dərəcədə yüksəlir. Eləcə də respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.
Yeri gəlmişkən, hazırda təsərrüfatlarda 2020-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Dövlət Statistika Komitəsindən bildirilib ki, noyabrın 23-nə qədər təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 867,7 min hektar sahədə şum qaldırılıb. Həmçinin gələn ilin məhsulu üçün 409,3 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Bunun 225,8 min hektarını buğda, 183,2 min hektarını arpa və 0,3 min hektarını isə çovdar təşkil edir.
Qeyd edək ki, Ağsu rayonunda da payızlıq taxıl səpini kampaniyası davam edir və artıq 23 min 400 hektar sahədə əkin aparılıb. Əkilən sahələrin 11 min 460 hektarı arpa, qalanı isə buğdadır. Bu mühüm kampaniya üçün hər gün sahələrə 50-dək səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, o cümlədən daha çox taxıl əkilən Qaraqoyunlu, Gəgəli, Kəndoba, Rəhimli, Bozavand və bir çox digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər səpinin tezliklə başa çatdırılması üçün ciddi səy göstərirlər. Vurğulayaq ki, taxılçılıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Taxılçılar bu mühüm strateji məhsulun artırılmasında çox maraqlıdırlar. Ötən payızda 33 min 322,4 hektarda səpin aparan taxılçılar cari mövsümdə əkin sahələrini 35 min hektara çatdırmaq niyyətindədirlər.
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə isə gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 15 min 690 hektarı arpa, 34 min 290 hektarı buğda olmaqla, 49 min 980 hektara toxum səpiblər. Bildirilir ki, payızlıq dənlilərin əkiləcəyi sahələrdə şum artıq başa çatdırılıb. Əkin kampaniyasına 114 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib. Xatırladaq ki, cari mövsümdə rayonda 234,6 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb.
Sabirabad rayonunda da taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ilbəil artır. Sabirabadlı taxılçılar ötən ilin payızında 25 min 136 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 36 min 196, buğda zəmilərindən isə 63 min 912 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 100 min 108 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 39,8 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 16 min 732 hektar sahədə səpin aparıblar ki, bunun da 8 min 139 hektarı buğda, 8 min 593 hektarı isə arpadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.
Saatlı rayonunda da taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ilbəil artır. Qeyd edək ki, saatlılı taxılçılar ötən ilin payızında 24 min 866 hektar sahələrdə taxıl əkiblər. Bunun 5 min 822 hektarını arpa, 19 min 44 hektarını isə buğda sahələri təşkil edib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 21 min 751, buğda zəmilərindən isə 81 min 699 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 102 min 744 ton taxıl götürərək, hər hektarın məhsuldarlığını 41,3 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazimi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 5 min 444 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 436 hektarı buğda, 3 min 8 hektarı arpadır. Fermerlər səpin zamanı daha çox rayonlaşdırılmış məhsuldar sortlara üstünlük verirlər. Əkinçilər gün ərzində 200-250 hektar sahəyə toxum səpirlər. Qeyd edək ki, saatlılı taxılçılar bu il 23 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırırlar.
Biləsuvarda da payızlıq taxıl əkini uğurla davam edir. Səpin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri işi optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Biləsuvarlı fermerlər ötən ilin payızında 30 min 194 hektar sahədə taxıl əkib və cari ildə zəmilərdən 94 min 222 ton məhsul yığıblar. Biçin aparılmış sahələrin hər hektarının məhsuldarlığı 31,2 sentner olub. Əkinçilər növbəti təsərrüfat ilində də yüksək məhsuldarlığa nail olmaq üçün səpinə vaxtında başlayıblar. İşin yaxşı təşkili nəticəsində fermerlər qısa müddətdə 21 min 600 hektar sahəyə toxum səpiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 305 hektar çoxdur. Səpin aparılmış sahələrin 13 min 200 hektarını arpa, 7 min 800 hektarını isə buğda sahəsi təşkil edir. Bu il Biləsuvarda 30 min hektar sahədə payızlıq taxıl əkini aparmaq planlaşdırılıb.
Qobustan rayonunun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri payızlıq səpin kampaniyasını başa çatdırıblar. Cari mövsümdə 31,5 min hektarda əkin aparılıb. Bu göstərici ötən ildəkindən 300 hektar çoxdur. Qeyd edək ki, taxılçılıq bölgədə kənd təsərrüfatının aparıcı sahələrindəndir. Taxılçılar bu mühüm strateji məhsulun intensiv artımı üçün ciddi səy göstərirlər. Belə ki, əkin sahələri ildən-ilə artırılır, məhsuldarlığın yüksəldilməsi üçün ardıcıl tədbirlər görülür. Bu mövsümdə də rayonda əsasən yerli şərait üçün daha əlverişli olan “Qobustan”, “Bezostiya” buğda, “Cəlilabad”, “Dəyanətli” arpa sortlarından istifadə edilib.
Neftçala rayonunda da gələn ilin məhsulu üçün payızlıq taxıl səpini uğurla davam edir. Cari ildə zəmilərdən 111 min 603 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpinə ciddi hazırlaşıblar. Bu məqsədlə 37 min 583 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları, maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 28 min 526 hektar sahəyə toxum səpiblər ki, bunun da 27 min 518 hektarı arpa, 1800 hektarı isə buğda sahələridir.
Rayonun Sarıqamış, Xolqaraqaşlı, Xolqarabucaq və Xəzərkənd kəndlərində səpin kampaniyası daha nümunəvi təşkil olunub. Bu kəndlərdə fəaliyyət göstərən fermerlər gün ərzində 150-200 hektar sahədə səpin aparırlar. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Qeyd edək ki, bu il Neftçalada 40 min 500 hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər də payız səpinini davam etdirirlər. Noyabr ayının 16-na kimi Taxtakörpü ərazisində 1238,5 hektarda payız şumu qaldırılıb. 841 hektar sahədə payızlıq səpin həyata keçirilib ki, onun da 776 hektarı arpa, 65 hektarı buğdadır. Taxtakörpüdə payızlıq taxıl üçün 1300 hektar sahədə səpin aparılacağı gözlənilir. Məcburi köçkünlər taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında səpilən 1100,5 hektar taxıl sahəsindən bu il 2557 ton məhsul götürüblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

