Respublikanın müxtəlif bölgələrində meyvəçiliyin inkişafı üçün zəruri tədbirlər görülür
12.12.2019 [09:16]
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin son 10 ayı ərzində 908,2 min ton, yəni ötənilki göstəricidən 12,9 faiz çox meyvə və giləmeyvə məhsulu yığılıb
Son 16 ildə Azərbaycan Respublikasında bütün sahələrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı əldə edilib. Bu da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına təkan verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yöndə aparılan siyasət aqrar sektora da müsbət təsir göstərir. Aqrar siyasətin əsasını ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu sahədə məşğulluğun genişlənməsi və ixracın artırılması təşkil edir. Onu da vurğulamaq gərəkdir ki, ölkəmizdə ənənəvi və ixrac potensialı yüksək sahələrin inkişafı istiqamətində davamlı tədbirlər görülür. Belə ki, aqrar sahənin prioritet istiqamətlərindən biri olan meyvəçilik, o cümlədən sitrus meyvəçiliyinin və çayçılığın inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında konkret hədəflər müəyyən edilib. Proqramların əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır.
Yeri gəlmişkən qeyd edək ki, AMEA-nın Lənkəran Regional Elm Mərkəzində çay və sitrus bitkiləri üzərində elmi-tədqiqat işləri davam etdirilir. Son illər bu sahədə bir sıra uğurlar əldə edən mərkəzin əməkdaşları ənənəvi sitrus sortları ilə yanaşı, region üçün yeni olan sitrus meyvələrinin də yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sitrus sortlarının yaradılması ilə bağlı tədqiqat işləri aparır. Mərkəzin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev tədqiqat işləri ilə bağlı bildirib ki, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda sitrusçuluğun elmi əsaslar üzərində inkişafı məqsədilə müəyyən edilən vəzifələri yerinə yetirmək üçün müştərək müqaviləyə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının bazasında “Sitrus kolleksiya bağı” salınıb.
Burada Yaponiya, İran İslam Respublikası, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən müxtəlif növ sitrus bitkisi, o cümlədən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort-formaları üzərində elmi-tədqiqat işləri aparılır. Bu müddət ərzində aparılan elmi-tədqiqat işləri öz bəhrəsini verir. Belə ki, yeni yaradılan 2 yeni - “Lənkəran meyeri” limon və “Karlik tezyetişən” naringi sortu 2019-cu ildə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən qəbul edilib. Hər iki sortun dövlət sort sınağından uğurla keçəcəyi gözlənilir. Bundan əlavə, öz müalicəvi xüsusiyyətləri ilə fərqlənən və bölgəmiz üçün yeni olan quayava tropik-subtropik bitkisi ilə bağlı bir sıra uğurlu nəticələr əldə olunub.
Mərkəzdən bildirilib ki, İran İslam Respublikasından gətirilən quayava bitkisinin introduksiya olunması, həm otaq, həm də açıq sahə şəraitində yetişdirilməsi və artırılması ilə bağlı aparılan təcrübə işlərinin nəticələri sevindiricidir. Gələcəkdə bu bitkinin dövlət sort sınağına təqdim edilməsi nəzərdə tutulub.
Bu məqamda onu da xatırladaq ki, respublikanın müxtəlif bölgələrində meyvəçilyin inkişafı üçün digər zəruri tədbirlər də görülür. Məsələn, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Xaçmaz rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Ağacəkmə aksiyaları zamanı Xaçmaz rayonunda 2 hektar ərazidə 1248 ədəd fındıq kolu əkilib. Salınan meyvə bağları rayonda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Xaçmaz rayonunda meyvə bağlarının salınması aksiyasında 200 nəfərdən çox yerli gənc könüllü iştirak edib. Qeyd edək ki, aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.
Bununla yanaşı, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Göyçay rayonunda da aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gənclər qarşısında çıxış edərək IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın sosial-iqtisadi əhəmiyyətindən danışıb.
Ağacəkmə aksiyası zamanı rayonun Çaxırlı kəndi ərazisində ayrılan 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr salınan nar bağlarına qulluq edib onlardan gəlir götürmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar. Göyçay rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub.
Xatırladaq ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz, Yevlax, Astara və Şabran rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək. Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, badam növlərindən olmaqla ümumilikdə 26368 meyvə ağacı əkilib və 81 aztəminatlı ailə meyvə bağı ilə təmin edilib.
Xatırladaq ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları ölkənin digər rayonlarında da təşkil olunacaq.
Onu da qeyd edək ki, meyvəçiliyin inkişafı ilə yanaşı, respublikanın müxtəlif rayonlarından mövsümə uyğun olaraq meyvələrin istehsalında və tədarükündə də xeyli işlər görülüb.
Məsələn, İsmayıllı rayonunda meyvə bağlarından 8500 ton məhsul tədarük olunub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, meyvəçilik bölgədə ənənəvi sahədir. Hazırda bağların sahəsi 3669,6 hektara çatıb ki, bunun da 851 hektarı bar verəndir. Son illərdə sahibkarlar yeni meyvə bağları salarkən məhsuldar, rəqabətqabiliyyətli sortların əkininə, müasir suvarma sistemlərinin tətbiqinə üstünlük verirlər. Təkcə Qalınçaq kəndində bu il 245,6 hektarda yeni bağ salınıb ki, bunun 27,2 hektarı intensiv meyvə bağlarıdır.
İsmayıllı rayonunda fındıq bağlarının sahəsi də sürətlə artır. Hazırda mövcud bağların 2091 hektarı fındıq bağlarıdır. Bu bağların 87 hektarı bar verir. Son məlumatlara görə, rayonda fındıq yığımı başa çatıb, sahələrdən 281 ton məhsul götürülüb. Cari ildə fındıq istehsalı ötən ildəkindən çoxdur.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə, aqrar sektorda aparılan islahatlara əsasən rayonda bağların 601,2 hektarı son illərdə salınıb. Hazırda məhsuldar bağlar əsasən İsmayıllı şəhərinin, Topçu, Qurbanəfəndi, Quşencə, Tircan, Talıstan, Diyallı ərazi vahidlərinin torpaq sahələrindədir. Verilən məlumata görə, İsmayıllı rayonunda yığılan meyvələr nəinki yerli və ətraf rayonların, habelə respublikamızın iri şəhərlərinin bazarlarına çıxarılır. Mütəxəssislərin qənaətinə görə, məhsul verən bağların sahəsi artdıqca rayonda fındıq istehsalı da intensiv olaraq çoxalacaq.
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində rayonda hər il yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1470,6 hektar meyvə bağı var. Cari təsərrüfat ilinin ötən ayları ərzində bu bağlardan 12 min 623 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1138 hektar nar sahəsindən bu günə kimi 7 min 264 ton məhsul yığıblar. Mütəxəssislərin hesablamalarına görə, mövsümün son günlərində nar bağlarından daha 150 tondan çox məhsul yığmaq mümkün olacaq.
Şamaxı rayonunda cari ildə 1792,3 ton meyvə istehsal olunub və bu göstərici ötən ildəkindən 150,1 ton çoxdur. Rayon statistika idarəsindən bildirilib ki, hazırda Şamaxıda 605,7 hektar meyvə bağı var. Bağlarda əsasən alma, armud, qoz, fındıq və xurma yetişdirilir.
Qeyd edək ki, son illər rayonda bağların sahəsi 50 hektaradək artıb. İstehsal olunan məhsullar yerli və ətraf rayonların, habelə respublikanın iri şəhərlərinin bazarlarına göndərilir.
Ağsu rayonunda cari ildə 12 min 105 ton meyvə istehsal olunub. Bu, ötənilki məhsuldan 684,4 ton çoxdur. Rayon statistika idarəsindən bildirilib ki, Ağsuda 3282 hektar meyvə bağı vardır. Təkcə bu il 126 hektarda yeni bağlar salınıb.
Qeyd edək ki, zəngin təbiəti olan, dağlıq, dağətəyi və aran zonalarından ibarət Ağsuda 20-dək meyvə növü yetişdirilir. Təkcə bu il bağbanlar 9 min 176 ton nar, 25 ton gavalı, 53 ton qoz, 36 ton fındıq, xeyli alma, armud, şaftalı, alça, xurma və sair meyvələr tədarük ediblər. Yığılan məhsul rayon, eləcə də respublika bazarlarına çıxarılır.
Sonda vurğulamaq yerinə düşər ki, bu ilin 10 ayı ərzində aqrar sahədə məhsuldarlıq ötənilkinə nisbətən daha çox olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin müddət ərzində 447,6 min ton (11,4 faiz çox) bostan məhsulları, 190,5 min ton (30,2 faiz çox) üzüm, 894,3 ton (5,8 faiz çox) yaşıl çay yarpağı, 34,3 min ton (42,2 faiz çox) dən üçün günəbaxan, 908,2 min ton (12,9 faiz çox) meyvə və giləmeyvə toplanıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxElanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21

