/ / Qədim ənənələrə malik baramaçılığın və tütünçülüyün dirçəldilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub
Qədim ənənələrə malik baramaçılığın və tütünçülüyün dirçəldilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub
14.02.2020 [09:14]
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın və tütünçülüyün inkişaf etdirilməsi istiqamətində regionlarda davamlı işlər görülür
(əvvəli ötən sayımızda)
Seminar-müşavirədə Qax rayon Damazlıq İpəkçilik Stansiyasının baş mühəndisi Nemət Süleymanov çıxış edərək ipəkqurdunun bəslənmə texnologiyası, yemləmə prosesi, keyfiyyətli barama alınması üçün zəruri olan qulluq qaydaları barədə geniş bilgilər verib. Vurğulayıb ki, ipəkqurdunun bəslənmə dövründə xəstəliklərə yoluxmaması üçün kümxanalar fevral ayından təmizlənməli, mart ayının sonundan aprelin birinci yarısınadək dezinfeksiya olunmalıdır.
Sonda barama istehsalçılarını maraqlandıran suallar cavablandırılıb.
İmişlidə də baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 9 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, İmişlidə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 4 ildə ayrı-ayrı yaşayış məntəqələrində 88 min tut tingi əkilib, həmçinin ipəkqurdu bəslənməsi üçün yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür. Ötən il rayonda 120 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 9 min 434 kiloqram məhsul istehsal olunub. Baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi görüşlər keçirilir. Bu isə kümçülərin sayının getdikcə artmasına səbəb olur. Artıq rayonda ipəkqrudu bəsləmək istəyən 188-dən çox ailə qeydə alınıb.
Qeyd edək ki, aprel ayından başalayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.
Yuxarıda da vurğulandığı kimi, baramaçılıqla yanaşı, tütünçülüyün inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Belə ki, strateji sahə olaraq tütünçülüyün inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir. Göründüyü kimi, ixrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən inkişaf etməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb.
Beləliklə, son illərdə ölkəmizdə tütün istehsalında artım qeydə alınır. Buna səbəb dövlət dəstəyi hesabına qurutma kameralarının quraşdırılması, subsidiyaların verilməsi və digər bu kimi tədbirlərdir. İndi əsas məsələ son məhsulun əldə edilməsidir. Məlum olduğu kimi, siqaret ən böyük idxal həcmi olan məhsullar qrupuna aiddir. Hər il ölkəmizdə 100 milyon dollarlarla vəsait məhsul idxalına sərf edilir.
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışarkən bildirib ki, keçən il Azərbaycanda böyük siqaret fabriki açılıb: “Biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik, mövcud olan siqaret fabriki yenidən qurulub. Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir”.
Öz növbəsində məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib ki, ölkədə tütün xammalı bazasının genişləndirilməsi, tütün sahələrinin artırılması ilə bağlı mühüm işlər görülür: “Azərbaycanda bu sahədə kifayət qədər potensial var. Tütünün ilkin emalı üzrə infrastruktur formalaşdırılıb, tütünün fermentasiyası zavodları fəaliyyət göstərir, həmçinin hazır siqaret istehsalı potensialı formalaşdırılır. Lakin bizim problemimiz son məhsul istehsal edən, yəni siqaret fabriklərinin tələbatı ilə ilkin emal müəssisələri arasındakı inteqrasiyanın zəif olmasıdır. Çünki son məhsul istehsalında ən müxtəlif çeşidlərdə tütün xammalından istifadə olunur. Ölkəmizdə tütün xammalının bir neçə növü mövcuddur. Əsas vəzifəmiz son məhsulun emalı ilə məşğul olan fabriklərdə ilkin emalın inteqrasiyasını təmin etməkdir. İlkin emal müəssisələri istehsal olunan tütünün çeşidləri, keyfiyyəti ilə bağlı tələbləri müəyyənləşdirib bu istiqamətdə fermerlərlə əməkdaşlıq etməlidirlər”.
Regionlarda görüləcək işlərə gəlincə, builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 500 hektar sahədə tütün əkini nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən artıq sadə şitilxanaların hazırlanması işlərinə başlanılıb və fevralın ortalarında şitilxanalara toxum səpiləcək.
Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Onun sözlərinə görə, tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən 8500 kvadratmetr sahədə şitilxanaların hazırlanması planlaşdırılır. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək. Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 491,6 hektar sahədən 552,7 ton quru tütün əldə ediblər.
Balakən rayonunun fermerləri isə ötənilki mövsümdə 512,3 ton quru tütün istehsal ediblər. “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsində qurudulan tütünün 60,1 faizi birinci növ kimi qəbul edilib. 2018-ci təsərrüfat ilində isə müəssisədə istehsal edilən quru tütünün yalnız 40,8 faizi birinci növ olub. Bu barədə rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, balakənli fermerlər ötənilki mövsümdə 346 hektar sahədə “Virciniya botaniki”, 19 hektarda “Berley” və 85 hektarda yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə azalsa da, uyğun torpaqların seçilməsi nəticəsində istehsal edilən tütünün keyfiyyəti və məhsuldarlığı xeyli artıb.
Onu da bildirək ki, ötənilki mövsümdə Balakən tütün istehsalı və emalı məntəqəsi 46 fermerlə müqavilə bağlayıb və mövsüm ərzində istehsalçılardan 1769 ton “Virciniya botaniki” növlü yaşıl tütün kütləsi qəbul edib. Balakən rayonunda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb və qısa müddətdə 470 belə istixana yaradılıb. Builki mövsümdə istehsalçıların tütün şitillərinə olan tələbatının tam ödənilməsi üçün təsərrüfatlarda 950-dək sadə istixananın yaradılması nəzərdə tutulur.
Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib. Qeyd olunub ki, istixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.
2020-ci ildə Şəki rayonunun təsərrüfatlarında 1065 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 850 hektarına “Virciniya botaniki” növlü, 215 hektarına isə yerli tütün sortları əkiləcək. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Keçən il rayonda tütünün əkini, becərilməsi və yığılması işlərinə 2200-dən çox kənd sakini cəlb olunub. Tütünçülüklə məşğul olan 189 fermerə ötən il istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 112 min 347 manat məbləğində subsidiya ödənilib.
O bildirib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması işlərinə başlanılıb. Toxum səpiləcək sahələr şumlanır, hamarlanır. Ümumiyyətlə, tütün şitillərinin yetişdirilməsi üçün fevral ayı ərzində təsərrüfatlarda 53 min kvadratmetr sahədə şitilxanaların hazırlanması planlaşdırılır.
İsmayıllı rayonunda isə tütünçülüklə məşğul olan fermerlərlə görüş keçirilib. Rayonun Qurbanəfəndi kəndində təşkil olunan görüşdə 11 fermer iştirak edib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilən görüşdə cari mövsümdə tütün əkininə hazırlıq işləri geniş müzakirə olunub.
Bildirilib ki, artıq tütün əkiləcək sahələrdə şum çıxarılır, şitil üçün yerlər hazırlanır. Fevral ayının sonundan etibarən şitilliklərə toxum səpininə başlanacaq. Şumun mütəxəssis nəzarəti altında keyfiyyətli çıxarılması, şitilliklərin aqrotexniki tələblər səviyyəsində qurulması üçün lazımi tapşırıqlar verilib.
Qeyd edək ki, ötən il rayonda 30 hektarda tütün əkilib, sahələrdən 60 ton məhsul götürülüb. Cari ildə əkin sahələrinin 34 hektara çatdırılması nəzərdə tutulub. Rayonun tütünçülüklə daha çox məşğul olunan Qurbanəfəndi, Topçu, Talıstan, Diyallı, Qalınçaq ərazi dairələrində fermerlər əkinə hazırlıq işlərini daha mütəşəkkil aparırlar.
Sonda bir daha vurğulayaq ki, ixrac potensialı yüksək olan bu sahələr uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən inkişaf etməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

