Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb
18.02.2020 [09:27]
Regionlarda yaşayış məntəqələrinin, o cümlədən ucqar kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir
Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə müasir infrastruktur quruculuğu geniş vüsət alıb ki, bu da həm iqtisadi, həm də sosial əhəmiyyət kəsb edir. Ölkəmizdə yüksək səviyyəli infrastruktur quruculuğundan danışarkən qazlaşdırma sahəsində əldə edilən uğurları da xüsusi olaraq vurğulamaq yerinə düşər. Belə ki, bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Məhz bunun nəticəsində də regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır.
Yeri gəlmişkən, bu məqamda qeyd edək ki, ölkəmizdə qazlaşdırma ilə bağlı siyasətin həyata keçirilməsinə məsul olan “Azəriqaz” İstehsalat Birliyi bundan öncəki illər kimi, 2019-cu ili də uğurla başa vurub. Belə ki, ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb və regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb.
Eyni zamanda ölkəmizin regionlarında bu istiqamətdə işlər cari ildə də davam etdirilir. Verilən məlumata görə, əsasən 2020-ci ildə 80-dən çox kənd və 40-dan artıq yaşayış massivi qazlaşdırılacaq. Daha dəqiq desək, bu il ərzində Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün SOCAR-a dövlət büdcəsindən ayrılan 130 milyon manat vəsait hesabına bu günə qədər qaz almayan bir çox yaşayış məntəqəsi (kənd və yeni yaşayış massivləri) qazlaşdırılacaq. Hazırda həmin məntəqələr üzrə son dəqiqləşdirilmələr aparılır. Məsələn, Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da belə şəhərciklərin qazlaşdırılması başa çatacaq.
Eyni zamanda digər şəhər və rayonlarda da bu istiqamətdə işlər davam etdirilir. Buna misal olaraq bildirək ki, tezliklə Bərdənin Məşədi İbişli kəndinin sakinləri də təbii qazdan istifadə edəcəklər. Bu barədə verilən məlumatda qeyd edilir ki, indiyədək Bərdə şəhəri və rayonun 110 kəndindən 108-i “mavi yanacaq”la təmin edilib. Hazırda kənddə qaz xətlərinin çəkilişi aparılır. Layihəyə uyğun olaraq, kəndin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 6 min metrədək müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkiləcək, 60 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılacaq. İşlərin fevralın sonunadək başa çatdırılması nəzərdə tutulur.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası olaraq, son illər digər rayonlar kimi, Oğuzun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədilə zəruri işlər görülüb. Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən verilən məlumata görə, son 5 ildə Oğuzun 13 yaşayış məntəqəsi qazlaşdırılıb, 3696 abonent təbii qazla təmin olunub. Qazlaşdırma nəticəsində bu kəndlərdə yaşayan 21 min nəfərədək əhalinin məişət problemləri öz həllini tapıb. Hazırda rayonun 33 yaşayış məntəqəsindən 25-nin əhalisi “mavi yanacaq”dan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 77 faizə yaxındır.
Qurumdan onu da bildiriblər ki, hazırda rayonun 8 yaşayış məntəqəsi qazlaşdırılmayıb. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası olaraq, növbəti illərdə bu kəndlərin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, hazırda ölkəmizin demək olar ki, bütün yerlərində qazlaşdırma təmin edilib. Bu uğurdan Ağsu və digər ətraf rayonlara da pay düşüb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsindən verilən məlumata görə, idarə 7 inzibati rayonu əhatə edir. Bu rayonlara Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Göyçay və İsmayıllı bölgələri daxildir. Artıq Ağsu rayonu üzrə qazlaşmanın səviyyəsi 100 faizdir. Habelə Kürdəmirdə 99,4 faiz, Göyçayda 98,2 faiz, Qobustanda 97,7 faiz, Ucarda 97,3 faiz, Şamaxıda 96,8 faiz, İsmayıllıda isə 82,8 təşkil edir.
Qeyd edək ki, Ağsu Regional Qaz İstismar İdarəsinin xidməti ərazisi üzrə bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması da nəzərdə tutulur. Göyçay, Şamaxı, İsmayıllı, Qobustan, Ucar rayonları üzrə cari ildə 22 yaşayış məntəqəsinin qazlaşdırılması planlaşdırılır. Nəzərdə tutulan işlərin icrasından sonra, ümumilikdə, regional qaz istismar idarəsi üzrə təbii qazla təmin edilən abonentlərin sayı təqribən 126000-ə, qazlaşdırmanın səviyyəsi isə 98,4 faizə çatdırılacaq.
Qazlaşdırma işlərinin aparıldığı Qəbələnin Nic qəsəbəsindəki 2 və 3 saylı, Yemişənli, Qəmərvan, Nohurqışlaq kənd tam orta, Yengicə, Dizaxlı və Ziring kənd ümumi orta məktəblərin qazanxana sistemləri indiyədək maye yanacaqla işləyib. Qazlaşdırma işləri başa çatdırıldıqdan sonra bu təhsil müəssisələrinin istiliklə təminatı daha da yaxşılaşacaq.
Qeyd edək ki, hazırda Qəbələ rayonunda fəaliyyət göstərən 68 təhsil müəssisəsindən 27-si qazanxana sistemi vasitəsi ilə təbii qaz və maye yanacaqla, 6 modul tipli məktəb elektriklə, 35 məktəb isə odun yanacağı ilə qızdırılır.
Daşkəsən rayonunda da 3 qəsəbədə ümumilikdə 284 fərdi yaşayış evinə “mavi yanacağın” verilməsi təmin olunub. Bu il bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair icra edilən Dövlət Proqramı çərçivəsində rayonun Daşkəsən qəsəbəsində 103, Quşçu körpüsü qəsəbəsində 82 və Quşçu qəsəbəsində 99 fərdi yaşayış evinə təbii qaz verilib.
Hər 3 qəsəbədə layihə-smeta sənədlərinə əsasən, “Tikinti norma və qaydaları”nın tələblərinə uyğun olaraq bir pilləli sistem əsasında ümumilikdə 14 min 170 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Evlərdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.
Eləcə də Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb. Qəsəbədə 109 fərdi yaşayış evi “mavi yanacaq”la təmin edilib. Ümumilikdə 8607 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.
Abşeron rayonunun Qobu qəsəbəsində də 1500 ailənin yaşadığı 3 yeni yaşayış massivinin qazlaşdırılmasına başlanılacaq.
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sözügedən istiqamətdə davamlı işlər görülür. Belə ki, Muxtar Respublikanın Qaz İstismar Xidməti istehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaztənzimləyicilərin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlərə nəzarəti daha da artırıb.
Cari ildə qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə nəzarət olunub, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülüb, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilib, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilib. Həmçinin təbii qaz istehlakçılarına əhali və qeyri-əhali qrupundan olan abonentlərə, müəssisə və təşkilatlara (özəl sektora) istehlak olunan təbii qazın dəyərinin ödənilməsi üzrə bildirişlərin, üzləşmə aktlarının və elektron vergi hesab-fakturalarının vaxtında verilməsi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin Qaz İstismar Xidmətinə verdiyi tapşırıqlara dair görüləcək işlər tədbirlər planı üzrə ardıcıl həyata keçirilib. Xidmət 2019-cu ilin oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmaq istiqamətində mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görüb, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmaqla istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlayıb. Qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işləri davam etdirilib. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülür, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilir. Qış mövsümü ilə əlaqədar işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan Şəhər Qaz Paylayıcı Stansiyasında yeni Qaz Kompressor Stansiyasının qurulması üçün texniki-iqtisadi göstəricilərin hazırlanması istiqamətində işləri davam etdirir.
Sonda onu da qeyd edək ki, ötən il ölkə üzrə 210 min qaz sayğacı dəyişdirilib, 2020-ci ildə isə 1484 sayğac yenisi ilə əvəz ediləcək. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

