Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ötən il regionlarımız sosial-iqtisadi inkişafını uğurla davam etdirib

Ötən il regionlarımız sosial-iqtisadi inkişafını uğurla davam etdirib

27.02.2020 [09:14]

Bu inkişaf respublikamızın Şəki, Zaqatala, Balakən və Qax rayonlarının göstəricilərində də özünü əyani şəkildə ifadə edib
(əvvəli ötən sayımızda)

Hesabat ilində Zaqatala şəhərində çörək və qənnadı məhsulları istehsalı müəssisəsi, şəhərin şimal-qərb yaşayış massivində və Əliabad qəsəbəsində yem emalı, Aşağı Tala kəndində və Muxax bələdiyyəsi ərazisində ət kəsimi məntəqələri tikilib. “Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun tikintisinə başlanılıb.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən il rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb.
Müşavirədə həmçinin 2019-cu ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.
Hesabat ili ərzində səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb. Müşavirənin sonunda Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən kümçü Mahmud Mahmudova orden təqdim olunub.
Balakəndə aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 8,2 faiz artıb
Balakən rayonuna gəlincə, 2019-cu ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 1,2 faiz artaraq 226 milyon manat olub. Hesabat dövründə rayonda 48,2 milyon manatlıq sənaye, 79 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 16,6 milyon manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 8,2 faiz artıb. Ötən il rayonun sənaye müəssisələri 20 milyon manat dəyərində quru meyvə və tərəvəz ixrac ediblər. Özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması üçün sahibkarlara 3 layihə üzrə 4 milyon 540 min manat güzəştli kredit verilib. Bu barədə Balakəndə 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin hesabat məruzəsində bildirilib ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2019-cu ildə mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin, baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, ötənilki mövsümdə 311 kümçü tərəfindən 44,1 ton yaş barama istehsal edilərək proqnoz tapşırığa 102,6 faiz əməl olunub. Bu il yaş barama istehsalının 50 tona çatdırılması proqnozlaşdırılır.
2019-cu ildə rayonda 450 hektar sahədə tütün əkilib, 512,3 ton quru tütün istehsal edilib. Hesabat ilində 772 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 10 min 716,1 hektara çatdırılıb.
Diqqətə çatdırılıb ki, ötən il rayonda 44 min 173 ton qarğıdalı, 28 min 845 ton tərəvəz, 5 min 596 ton kartof, 3 min 628 ton bostan məhsulları istehsal edilib. Bitkiçiliklə yanaşı, heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, ət, süd, yumurta, yun istehsalı əvvəlki illə müqayisədə artıb. Bal istehsalında isə 27,7 faizlik artım qeydə alınıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 939,2 min manat məbləğində dövlət yardımı göstərilib. Bu, əvvəlki illə müqayisədə 320,1 min manat çoxdur.
Məruzədə 2019-cu ildə rayonda həyata keçirilən tikinti-quraşdırma və təmir işləri barədə də məlumat verilib. Bildirilib ki, hesabat ilində Balakən şəhərində Uşaq İncəsənət Məktəbi üçün 320 şagird yerlik yeni binanın tikintisi başa çatdırılıb. “ASAN xidmət” mərkəzinin inzibati binasının, Balakən paylayıcı elektrik şəbəkəsinin inzibati binası və idarəetmə mərkəzinin tikintisi davam etdirilib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin rayon şöbəsinin inzibati binası tikilərək istifadəyə verilib. Eyni zamanda, Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi layihəsi üzrə 29 kilometr, Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi layihəsi üzrə 24,5 kilometr uzunluğunda yola ikiqat asfalt-beton örtük çəkilib. Yevlax-Balakən-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex kəndi ərazisindən keçən hissəsində yeni körpü inşa edilib.
Müşavirədə həmçinin 2019-cu ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən söz açılıb.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.
Müşavirənin sonunda Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan Ayparə Dadayevaya orden təqdim olunub.
2019-cu il Qax rayonu üçün də uğurlu olub
2019-cu il Qax rayonu üçün də uğurlu olub. Belə ki, ötən il Qax rayonunda 29,8 ton yüksəkkeyfiyyətli yaş barama istehsal olunub. Barama istehsalı əvvəlki illə müqayisədə 4,5 ton artıb. Ötən ildən etibarən rayonda damazlıq barama istehsalına da başlanılıb və mövsüm ərzində 2,5 ton damazlıq məhsul istehsal olunub. Kümçülərə damazlıq barama istehsalına görə 50,5 min manat, sənaye növlü baramaya görə isə 107,4 min manat vəsait ödənilib. Eyni zamanda, kümçülərə təhvil verdikləri sənaye növlü baramanın hər kiloqramına 5 manat olmaqla, ümumilikdə 134,3 min manat subsidiya verilib. Qax Damazlıq İpəkçilik Stansiyasında builki mövsümdə kümçülərə paylanılması üçün 146 kiloqram ipəkqurdu toxumu hazırlanıb. Bu haqda fevralın 20-də Qax rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2019-cu il rayon iqtisadiyyatı üçün uğurlu olub. Ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə 160 milyon 23 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Hesabat dövründə rayonda 20 milyon 6 min manatlıq sənaye, 58 milyon 50 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 435-i daimi olmaqla, 679 yeni iş yeri açılıb. Sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 57 sahibkara 7 milyon 926 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 149 yeni iş yeri yaradılıb.
Bildirilib ki, aqrar sektorda həyata keçirilən davamlı tədbirlər nəticəsində 2019-cu ildə Qax rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 7,8 faiz artıb. Ötənilki mövsümdə qaxlı fermerlər 491,6 hektar sahədə tütün yetişdirib, 552,7 ton quru tütün istehsal ediblər. Tütünçülüklə məşğul olan fermerlərə 16,9 min manat subsidiya verilib. Rayon ərazisində 267,8 hektar sahədə yeni fındıq bağları salınıb. Kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsi çərçivəsində Turaclı kəndində 96 ailəni birləşdirən və ümumi ərazisi 350 hektar olan “Ata-baba Fındıq İstehsalı” Kooperativi yaradılıb. Yeni yaradılan aqroparkın ərazisində ötən il 136 hektar sahədə badam, 36 hektarda qoz, 138 hektarda üzüm bağları salınıb.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda bütün maliyyə mənbələri hesabına 35 milyon 844 min manat həcmində tikinti-təmir işləri həyata keçirilib. Ötən il Tasmalı və Əlibəyli kəndlərində tam orta məktəblərin yeni binalarının, həmçinin kəndlərdə modul tipli 7 məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Ləkit kəndində bal məhsullarının qablaşdırılması məntəqəsi açılıb. Ağçay, Əmircan, Meşəbaş, Turaclı və Qarameşə kəndlərinin giriş yolları əsaslı təmir olunub, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi - Qax-İlisu avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb.
Hesabat dövründə Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib, şəhər ərazisində inşa edilən 48 mənzilli yaşayış binasında son tamamlama işləri aparılıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon şöbəsinin inzibati binasının tikintisi başa çatdırılıb.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən il rayonun kəndlərində daha 14 ədəd subartezian quyusu qazılıb.
Müşavirədə həmçinin 2019-cu ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildirib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30