Regionlarda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir
19.03.2020 [09:04]
Azərbaycanın bir çox rayonunda damazlıq barama istehsalı və intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilir
Son 16 ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında ciddi uğurlar əldə olunub. Kənd təsərrüfatının inkişafından danışarkən, buraya baramaçılığa göstərilən diqqət və qayğını da əlavə etmək yerinə düşər. Belə ki, son illər ərzində respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər bu sahənin inkişafına xüsusi töhfə verib.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari ilin fevral ayının 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində bu məqama da toxunub: “Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür. Baramaçılıq da həmçinin. Çünki burada da zəncir yaradılır - kümçüdən ta Şəki ipək kombinatına qədər. Orada da artıq yüzlərlə adam işlə təmin edilib. Kəndlərdə də minlərlə adam işlə təmin olunub və 30-40 gün ərzində böyük vəsait əldə edir, özü də az əziyyət çəkməklə”.
Şübhəsiz ki, ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı, məhsuldarlığın yüksəldilməsi Kənd Təsərrüfatı Nazirliyinin (KTN) diqqət mərkəzindədir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, bu məqsədlə respublikanın barama istehsalı ilə məşğul olan 40 rayonunun Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib. Yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xidmət edən təlimlərdə, ümumilikdə, 73 DAİM əməkdaşı iştirak edib. İştirakçılara “Çəkil bağlarına qulluq”, “Kümxanaların hazırlanması və dezinfeksiya işlərinin aparılması”, “Tut ipəkqurdunun yemləndirilməsi qaydası”, “Tut ipəkqurdunun xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” və “Yaş baramanın tədarük prosesinin təşkili” mövzularında ətraflı məlumat verilib.
Ölkəmizin şimal regionunda yerləşən Balakən rayonunda da kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. Dövlət başçısının ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq, son illər rayon əhalisi arasında bu gəlirli sahələrə maraq xeyli artıb.
2020-ci ildə Balakən rayonunda yaş barama istehsalının artırılaraq 50 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar artıq kəndlər üzrə kümçülərin siyahısı da tərtib edilib. Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli KİV-ə açıqlamasında bildirib ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi balakənli fermerlərin də bu gəlirli sahəyə marağını artırıb. Ötənilki mövsümdə rayonda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb. Rayon üzrə 311 istehsalçıya təhvil verdikləri yaş baramaya görə 218 min manatdan çox vəsait ödənilib.
Sektor müdirinin sözlərinə görə, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 492 mindən çox tut tingi əkilib.
Onu da qeyd edək ki, rayonda tütünçülük və baramaçılıq sahələri üzrə ixtisaslaşan yeni-yeni fermer təsərrüfatları yaradılır. Belə təsərrüfatlardan biri də Qazbinə kəndində fəaliyyət göstərir. Xanım fermer Ayparə Dadayevanın rəhbərlik etdiyi bu təsərrüfat qısa müddətdə çox böyük uğurlar qazanıb: “Ailəm uzun illər fərdi təsərrüfatla məşğul olub. Mən də bu ənənəni davam etdirmək qərarına gəldim. Ötən il rəhbərlik etdiyim təsərrüfatda tütünçülük sahəsində 73 nəfər, baramaçılıqda isə 12 nəfər mövsümi işlə təmin edilib”.
Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında ötən ildən etibarən tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir. 2019-cu ildə müəssisədə 146 kiloqram (5034 qutu) sağlam ipəkqurdu toxumu istehsal olunub. Hazırlanan toxum builki mövsümdə kümçülərə paylanılacaq.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, ötən il damazlıq barama yetişdirmək üçün Qum, Ləkit və Güllük kəndlərindən olan 86 kümçü ilə müqavilə bağlanılıb və onlara 200 qutu elit toxum paylanılıb. Mövsüm ərzində həmin damazlıq təsərrüfatlarda 7236,7 kiloqram yaş barama istehsal olunub. Məhsulun 4709,9 kiloqramı sənaye baraması kimi “Azəripək” MMC-yə təhvil verilib, 2526,8 kiloqramı isə stansiya tərəfindən toxum istehsalı üçün seçilib. Qəbul olunmuş damazlıq baramanın hər kiloqramı üçün kümçülərə 20 manat, sənaye baraması üçün isə 9 manat ödənilib. Stansiyada damazlıq baramadan 18 kiloqram (620 qutu) elit və 128 kiloqram hibrid (4414 qutu) toxum istehsal olunub.
Əkrəm Fətəliyevin sözlərinə görə, Qax Damazlıq İpəkçilik Stansiyası cari təsərrüfat ilində 450-500 kiloqram (15 min qutu), yəni ötən ildəkindən 3 dəfə çox ipəkqurdu toxumu hazırlamağı öhdəsinə götürüb. Toxum istehsalının ilbəil artması növbəti illərdə respublikamızın ipəkqurdu toxumuna olan tələbatının tam şəkildə ödənilməsinə imkan yaradacaq, daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq. Buna nail olmaq üçün kümçülər onlara paylanacaq damazlıq ipəkqurduna yüksək səviyyədə qulluq göstərməli, bol və keyfiyyətli damazlıq barama istehsal etməlidirlər.
Stansiyanın direktoru barama yetişdirəcək kümçülərə öz tövsiyəsini də bildirib: “Baramanın damazlıq tələblərə cavab verməməsini yemləmə zamanı yol verilən bəzi nöqsanlarla izah etmək olar. Yemləməyə nəzarət həyata keçirilərkən məlum oldu ki, ipəkqurdunun paylanılması zamanı siyahıda kümçülərin sayı çox olmasına baxmayaraq, yemləmə aparılan yerlərin sayı xeyli azdır. Belə ki, ipəkqurdu paylandıqdan sonra bəzi kümçülər təsərrüfatlarını birləşdirərək yemləməni ictimai kümxanalarda aparırlar. Bu zaman yemləmə sahəsinin az olması ipəkqurdlarında sıxlığın yaranmasına, yemin çatdırılmamasına, bəzi hallarda xəstəliklərin əmələ gəlməsinə, son nəticədə isə məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də, baramanın keyfiyyətli olması və damazlıq tələblərə cavab verməsi üçün hər kümçüyə 1-2 qutu ipəkqurdu toxumu verilməli, kümxanalar əvvəlcədən hazırlanmalı, dezinfeksiya edilməli, təsərrüfatlar birləşdirilməməli, ipəkqurdu müntəzəm surətdə yemlə təmin olunmalıdır”.
Qeyd edək ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər stansiyanın ərazisində 5 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb. Ötənilki mövsümdə ipəkqurdunun yemlənməsi prosesi zamanı ilk dəfə bağdakı ağacların yarpağından da istifadə olunub. Hazırda tut bağına yaz becərmə işləri davam etdirilir, ərazi suvarılır, gübrə verilir, alaq otlarından təmizlənir.
Zərdab rayonunda ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyətindən bildirilib ki, təkcə 2020-ci ilin ötən iki ayında rayon ərazisində 140 min ədəd tut tingi əkilib. Hazırda əkilən tinglərə aqrotexniki qulluq göstərilir.
Qeyd edək ki, baramaçılıq Zərdab rayonunda iqtisadiyyatın ənənəvi sahəsidir və son illər bu sahə sürətlə inkişaf edir. Belə ki, 2016-cı ildə rayonda cəmi 5710 kiloqram barama tədarük olunmuşdusa, 2019-cu ildə bu göstərici 12,5 dəfə artaraq 71 ton 539 kiloqrama çatıb.
2019-cu ildə Zaqatala rayonunda yaş barama istehsalı əvvəlki illə müqayisədə 10,4 faiz artaraq 53 tona çatıb. Ötən il rayon üzrə 275 nəfər barama istehsalçısına “Azəripək” MMC-yə təhvil verdikləri 52 ton 297,5 kiloqram yaş baramaya görə hər kiloqramına 5 manat hesabı ilə 261 min 487,5 manat subsidiya verilib. Builki mövsümdə rayonda yaş barama istehsalının artırılaraq 55 tona çatdırılması proqnozlaşdırılır.
Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildirilib ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Zaqatala rayonunda intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 557 min ədəd tut tingi əkilib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

