/ / Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib
Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib
24.06.2020 [08:24]
Bu istiqamətdə atılan ardıcıl addımlar bölgələrin simasını əsaslı dərəcədə dəyişdirib
(əvvəli ötən sayımızda)
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Qaradağlı kəndindəki həkim məntəqəsi isə əsaslı təmir olunub. Təmir işləri zamanı ikimərtəbəli binanın dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib, elektrik xətti çəkilib, istilik sistemi quraşdırılıb. Həkim məntəqəsinin həyətində abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib. Əsaslı təmir edilən həkim məntəqəsi Qaradağlı kəndinin, eləcə də Qaradağlı inzibati ərazisinə daxil olan Evoğlu və Rzalar kəndlərinin sakinlərinə xidmət edəcək.
Gəncəyə gəlincə, verilən məlumata əsasən, şəhərin mərkəzi küçə və prospektlərinin işıqlandırılması yenidən qurulur. Müasir işıq dirəkləri gecələr hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərin estetik görünüşünü də gözəlləşdirir. İşlər, əsasən şəhərin kommunal infrastrukturunun yenilənməsi başa çatmış ərazilərində aparılır.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu vaxtadək Gəncənin 50-dən çox küçə və prospektində 2 min 64 ədəd dirək quraşdırılıb.Həmin dirəklərdən 1177-si tək lampalı, 887-si isə cüt lampalıdır. Burada istismar dövrü uzunmüddətli olan müasir LED işıqlandırıcılardan istifadə olunub.
Qeyd edilib ki, həmin işıqlandırıcıların sayəsində 50 faizədək enerjiyə qənaət edilir. Məhz bunun sayəsində əlavə 6 küçənin 28 kilometr uzunluğunda yeni işıqlandırma sistemi quraşdırılıb. İlyarım ərzində Gəncədə 5 min 170 ədəd LED tipli işıqlandırıcı quraşdırılıb, 1211 DRL və DNaT tipli işıqlandırıcı yenisi ilə əvəzlənib. Həmçinin 76 ədəd paylayıcı şkaf, qənaət rejiminin təmin edilməsi üçün 46 ədəd elektron və 30 ədəd yeni zaman relesi quraşdırılıb.
Vurğulanıb ki, şəhərin mərkəzi küçə və prospektlərində quraşdırılan müasir, beynəlxalq standartlara uyğun olan, habelə istismar müddətinə zəmanət verilən işıqlandırma sistemləri yerli müəssisədə - “Gəncə Cihazqayırma Zavodu” ASC-də istehsal olunur. Əvvəllər bu işlər Türkiyə və Rusiyadan alınan materiallar hesabına aparılırdısa, artıq keyfiyyət və qiymət baxımından daha sərfəli olan yerli istehsal hesabına həyata keçirilir. Son olaraq Gəncə-Göygöl yolunun işıqlandırma sistemi yenidən qurularaq istifadəyə verilib. İlin sonunadək enerji sərfiyatına qənaət etməklə, Gəncənin daha 20 küçəsində müasir işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulub.
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Şərur rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri uğurla davam etdirilir. Muxtar respublikanın Şərur rayonunda hazırda 20-dək ünvanda müxtəlif istiqamətli yenidənqurma və ya tikinti işləri həyata keçirilir. Rayonda həyata keçirilən quruculuq tədbirləri çərçivəsində burada Bayraq Meydanı inşa olunur.
Naxçıvan-Sədərək magistral yolunun sağ tərəfində inşa olunan Şərur Bayraq Meydanının ümumi ərazisi 3 min kvadratmetrdir. Bayrağın ümumi hündürlüyü 36,5 metr olacaq.Hazırda ərazidə istinad divarları tikilir, su xətləri çəkilir, ağac və gül kollarının əkiləcəyi yerlər hazırlanır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən bölgədə Şərur Sənaye Məhəlləsinin inşası həyata keçirlir. Sənaye Məhəlləsində yerli tikinti materiallarından istifadəyə üstünlük verilir.
Qeyd edək ki, burada ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələri yaradılacaq. Məqsəd tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək, əhalinin məşğulluq səviyyəsini artırmaqdır. Tikinti işlərinin keyfiyyətlə aparılması, obyektlərin vaxtlı-vaxtında təhvil verilməsi üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. Texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İnşaat işləri başlanandan əhalinin məşğulluğunun artırılmasına da imkan yaranıb.
Şərur şəhərinin bir neçə ünvanında istirahət guşələrinin yenidən qurulması və genişləndirilməsi işləri də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin sahə rəisi Mirabdulla Seyidovun verdiyi məlumata görə, rayon mərkəzinin dəmir yolu stansiyası ərazisində 6 min 250, inşası aparılan bazar ərazisində 3 min 80, şəhər univermağının yaxınlığında 1369, Təqaüdçülər Klubu ərazisində 2 min 350 kvadratmetr ərazidə həmin tədbirlər davam etdirilir. Klubun qarşısında musiqili fəvvarə də inşa olunur.
Rayondakı inşaat obyektləri müxtəlif təyinatlıdır. Belə ki, “N” hərbi hissə üçün infrastruktur obyektlərinin, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, Şərur şəhərində zirzəmisi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, Dizə kəndi ərazisində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğu və 27 min kubmetr həcmində 3 ədəd su anbarının, rayon mədəniyyət sarayının, Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının, Avtovağzal binasının tikintisi, 7 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda yolda inşaat işləri davam etdirilir.
Cəlilkənddə içməli su xəttinin, Şərur şəhəri ilə Naxçıvan-Sədərək magistral yolunu birləşdirən avtomobil yolunun çəkilişi aparılır. Şərur şəhərinin Nizami küçəsində isə 35/10 kilovoltluq “Subartezian” yarımstansiyasının qurulması rayonun quruculuq xəritəsini daha da genişləndirib.
Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri elm və təhsil sahələrini də əhatə edir, tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün geniş imkanlara malik müəssisələr tikilərək, yenidən qurularaq və ya təmir-bərpa edilərək istifadəyə verilir. Hazırda Ordubad şəhər 1 nömrəli tam orta məktəbin binasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “GəmiqayaHoldinq”in inşaatçıları tərəfindən təmir və yenidənqurma işləri həyata keçirilir. 358 şagird yerlik olacaq təhsil ocağında müasir sinif otaqları, hərbi kabinə, kimya, biologiya, fizika laboratoriyaları, şahmat sinfi, kitabxana və idman zalı yerləşəcək. Məktəbdə internetə çıxışı olan kompüter və elektron lövhə quraşdırılacaq, kitabxana fondu zənginləşdiriləcək. Binanın həyətində abadlıq işləri aparılacaq.
Bu gün muxtar respublikada həm də çoxəsrlik tarixi keçmişimizin və dini-mənəvi dəyərlərimizin ifadəsi olan abidələrin, ziyarətgahların tikinti və bərpası da diqqətdə saxlanılır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidində bərpa işləri aparılır. Sahəsi 890 kvadratmetr olacaq məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək.
Rayonun digər quruculuq ünvanları Nüsnüs və Əndəmic kəndləridir. Nüsnüs kəndində kənd və xidmət mərkəzləri tikilir, məktəb binası əsaslı şəkildə yenidən qurulur. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq məktəb binası 416 şagird yerlik nəzərdə tutulub. Məktəbdə kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otaqları, kitabxana, idman zalı və bufet fəaliyyət göstərəcək. Kənd mərkəzində isə icra nümayəndəliyi, ATS, poçt, bələdiyyə, Yeni Azərbaycan Partiyası Nüsnüs kənd ərazi ilk təşkilatı, baytarlıq məntəqəsi, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi və həkim ambulatoriyası üçün müasir şərait yaradılır. Bu obyektdə binanın özülünün dəmir-beton işləri tamamlanıb.
Əhaliyə nümunəvi ticarət və məişət xidmətləri göstərilməsi üçün kənddə xidmət mərkəzi də inşa olunur. Yuxarı Əndəmic kəndindən Nüsnüsədək olan kəndarası, həmçinin kənddaxili avtomobil yollarının da əsaslı surətdə yenidən qurulması işləri davam etdirilir. Rayonu əhatə edən genişmiqyaslı quruculuq tədbirlərindən Əndəmic kəndinə də pay düşüb. Bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilir. Üç mərtəbədən ibarət olacaq kənd mərkəzində hazırda beton-qəlib işləri görülür. Qeyd edək ki, Ordubad şəhərinin daxili avtomobil yolları da yenidən qurulur.
Bundan başqa, son illər ərzində muxtar respublikanın Culfa rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib. Hazırda rayonda aparılan kompleks quruculuq tədbirləri davam etdirilir. Belə ki, rayonun yeni quruculuq ünvanlarından biri Heydər Əliyev prospektində inşa edilən Təhsil Şöbəsinin inzibati binasıdır. Tikintisinə ötən il noyabr ayının ikinci yarısından başlanan inzibati bina 2 mərtəbədən və 3 korpusdan ibarət olacaq.Birinci mərtəbədə rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəbdənkənar müəssisələr, texniki yaradıcılıq və uşaq yaradıcılıq mərkəzləri, ikinci mərtəbədə isə Təhsil Şöbəsinin iş otaqları yerləşəcək.
Binada son tamamlama işləri görülür, həyətyanı sahədə abadlıq işləri aparılır. Bundan əlavə, binanın həyətində də digər yardımçı binalar tikilib. Həmçinin burada işıqlandırma sistemi, yaşıllıq zolağı və gülkarlıq yaradılır. Tikintidə, əsasən, yerli materiallardan istifadə olunur. İnşaatçılar obyekti nəzərdə tutulmuş vaxtda başa çatdırmaq üçün səylə çalışırlar.
Rayonda digər quruculuq ünvanlarından biri də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa Yük və Sərnişindaşımaları İdarəsidir. Rayonun dəmiryol təşkilatlarını birləşdirən bu idarədə vaqon təmiri sexi və həmin sexin inzibati binası “Naxçıvan Dəmir Yolları” MMC-nin Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsi tərəfindən əsaslı şəkildə yenidən qurulur. İdarənin iş icraçısı Aydın Mərdanovun verdiyi məlumata görə, lokomotiv deposu üçün hər birinin uzunluğu 66 metr olan iki dəmir yolu xətti yenilənir. Burada təkər cütü sexi və mexanik üçün otaq nəzərdə tutulub. Hazırda burada konstruksiyaların rəngləndirilməsi və döşəməyə betonun verilməsi işi həyata keçirilir. Təmir sexində vaqon təmiri üçün qaldırıcı kranlar quraşdırılıb, elektrik xətləri yenilənib, sexin işıqlandırılması işləri yekunlaşdırılıb. Tezliklə inşası başa çatacaq təmir sexində yük və sərnişin vaqonları təmir olunaraq istismara buraxılacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

