Azərbaycanın regionlarında arıçılığın inkişafı diqqət mərkəzində saxlanılır
23.09.2020 [08:55]
Davamlı dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər bu sahəyə olan marağı daha da artırıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 17 ildə aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində yüksək nəticələr əldə olunub. Azərbaycanda əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, məşğulluğun təşviq edilməsi sahəsində genişmiqyaslı işlər uğurla davam etdirilməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Artıq indiyə qədər regionların sosial-iqtisadi inkişafı üzrə üç Dövlət Proqramı həyata keçirilib. Sayca dördüncü olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası isə uğurla davam etdirilir.
Xatırladaq ki, bu tədbirlər çərçivəsində kənd təəsrrüfatının inkişafını, o cümlədən heyvandarlıq sahəsində məhsul istehsalının artırılmasını nəzərdə tutan layihələrə geniş yer ayrılıb. Onu da qeyd edək ki, heyvandarlığın xüsusi sahələrindən olan arıçılığın inkişaf etdirilməsi Azərbaycanda prioritet istiqamətlərindən biri hesab olunur. Ölkədə arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Eyni zamanda, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətlərdə məqsədyönlü tədbirlər görülür.
Vurğulamaq yerinə düşər ki, bu sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması və məhsulların bazara çıxarılmasının təmin edilməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli müvafiq Sərəncamına uyğun olaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi müəyyən olunub. Bu Sərəncamın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli müvafiq qərarı ilə “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” təsdiq edilib.
Qeyd edək ki, hər il olduğu kimi bu il də regionlarda arıçılıq təsərrüfatlarında olan arı ailələrinin (pətəyinin) identikləşdirilməsi aparılır, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınır və mərhələli şəkildə arıçılara subsidiyalar ödənilir. Dövlətin bu sahəyə göstərdiyi qayğı, o cümlədən hər arı pətəyinə görə subsidiya ayrılması arıçılığa marağı daha da artırıb. Yeri gəlmişkən, Gəncə Arıçılıq Assosiasiyasının sədri Füzuli Verdiyev KİV-ə açıqlamasında bildirib ki, hazırda Gəncə şəhəri üzrə subsidiya almaq üçün 89 arıçı qeydiyyatdan keçib. F.Verdiyevin sözlərinə görə, arıçılar bol məhsul götürmək üçün arıxanalarında əsasən müxtəlif xəstəliklərə davamlı, yüksək məhsuldarlığa malik cins arılara üstünlük verməli, profilaktiki tədbirləri vaxtlı-vaxtında yerinə yetirməli, ənənələrə əsaslanan təcrübələri ilə yanaşı, elmi-nəzəri biliklərini artırmalı və daha çox innovativ yenilikləri dəstəkləməlidirlər. Balın satışına da toxunan F.Verdiyev bildirib ki, bu vaxtadək arıçılar məhsullarını həm yerli alıcılara, həm də xarici turistlərə daha çox ölkə üzrə təşkil olunmuş bal-sərgi yarmarkasında satıblar. Lakin pandemiya ilə əlaqədar ölkədə ərazisində tətbiq olunan xüsusi karantin rejimi balın satışında da məhdudiyyət yaradıb. Digər tərəfdən, pandemiya dövründə əhalinin immuniteti artıran məhsul kimi arı məhsullarına, eləcə də bala üstünlük verməsi bu məhsulun fərdi alıcılar tərəfindən pərakəndə alışını artırıb. Artıq bal süzümünə başlayan Gəncə arıçısı Rüstəm Musayev isə hesab edir ki, arıçılar arıları süni nektarinlə deyil, təbii yolla bəsləməyə üstünlük verməlidirlər. Çünki arının toplamış olduğu bu cür balın ümumi çəkisi az olsa da, keyfiyyəti yüksək olur.
İsmayıllı rayonunda da bal süzümü davam edir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda 17758 arı ailəsi qeydiyyata alınıb. Bu ailələr 720 arıçı tərəfindən saxlanılır. Peşəkarlar tərəfindən aparılan qulluq nəticəsində bölgədə hər arı ailəsindən ildə orta hesabla 15 kiloqramdan çox bal götürülür. Cari ildə bal istehsalının 60 tona çatdırılması gözlənilir ki, bu da keçən illə müqayisədə çoxdur.
Qax rayonunun arıçılıq təsərrüfatlarında isə arı ailələrinin (pətəyinin) identikləşdirilməsi işləri başa çatıb. Hazırda rayonda arıçılıqla məşğul olan 897 arıçının təsərrüfatında 26 min 846 arı ailəsi saxlanılır. Bu il rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 268 min 460 manat subsidiyanın verilməsi nəzərdə tutulur. Arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınıb. Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nurlan Həsənov bildirib ki, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində bu il rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 100 təsərrüfat, arı ailələrinin sayı isə 5162 ailə artıb.
Bunlarla yanaşı, cari il Ağdam rayonunda arıçılıqla məşğul olan 265 arıçıya saxladıqları 4629 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 46 min 290 manat subsidiyanın verilməsi nəzərdə tutulur. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Şahlar Orucov bildirib ki, arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınaraq təsdiq edilib.
Ağcabədi rayonunda isə arıçılıqla məşğul olan 272 arıçıya saxladıqları 4982 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 49 min 820 manat subsidiyanın verilməsi nəzərdə tutulur.
Bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1445 arıçıya saxladıqları 32 min 17 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 320 min 170 manat subsidiyanın verilməsi nəzərdə tutulur. Bunu isə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov isə bildirib. Sektor müdirinin sözlərinə görə, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində bu il rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 195 təsərrüfat, arı ailələrinin sayı isə 3192 ailə artıb. Rayonun arıçılıq təsərrüfatlarında il ərzində 300 tonadək bal, 40 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur.
Yeri gəlmişkən, xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, artıq Ağsu rayonunda arıçılara bəslədikləri arı ailələrinə görə subsidiyalar verilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il 977 arıçı 18787 arı ailəsinə görə 187 min 870 manat subsidiya alacaq. Bəslədikləri hər arı ailəsinə görə 5 il müddətinə ildə 10 manat məbləğində subsidiyanın verilməsi arıçıların bu sahəyə marağını artırıb. Təsadüfi deyil ki, bu il arıçılıqla məşğul olanların sayı ötən ildəki 820 nəfərdən 977 nəfərə, arı ailələrinin sayı isə 15036-dan 18787-yə çatıb.
Bunlarla yanaşı, Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonun işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da inkişaf edir. Rayonda arıçılıqla məşğul olan 135 arıçıya saxladıqları 2211 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 22 min 110 manat subsidiya verilib.
Qubada isə artıq arıçılara subsidiyaların verilməsi prosesi yekunlaşıb. İl ərzində rayon təsərrüfatlarında 841 arıçı dövlət dəstəyindən faydalanıb.Bu il qubalı arıçılara, ümumilikdə, 22 min 400-dən çox arı ailəsinə görə subsidiya ödənilib. Arıçı Təvəkkül Allahverdiyev bildirir ki, son illər Qubada arıçılıq inkişaf edir: “Biz dədə-babadan arıçılıqla məşğuluq. Təsərrüfatımızda 50-dən çox arı ailəsi saxlayırıq. 2018-ci ildən başlayaraq hər arı ailəsinə görə 10 manat subsidiya alıram. Subsidiyaların verilməsi təsərrüfatçılara arı ailələrinin sayının artırılmasına da maraq yaradıb. Dövlətimizin bizə olan böyük dəstəyi arıçılığın inkişafına təkan verəcək”.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev isə bildirib ki, rayondakı arıçıların təsərrüfatındakı arı ailələrinin hamısı pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib. Bu il rayonda 3 mindən çox yeni arı ailəsi qeydiyyata alınıb. Son illər Qubada arıçılıq təsərrüfatlarının sayında 10 faiz, arı ailələrinin sayında isə 15 faiz artım olub. Hər il rayonda 100-120 ton bal əldə edilir.
Qobustan rayonunda da arıcılığın inkişafı istiqamətində mühüm nəticələr əldə olunur. Arıçılar bu mövsümdə bəslədikləri arı ailələrindən 18 ton bal götürüblər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə süzülən bal ötənilki göstəricidən 4,6 ton çox olub. Ən çox məhsulu Təklə, Xilmilli, Nabır kənd, Qobustan şəhər ərazi dairələrindəki arıçılar əldə ediblər. Hazırda Qobustanda 3500 arı ailəsi var ki, bu da ötən ildəkindən 100 ailə çoxdur. Qeyd edək ki, bu gün rayonda onlarca peşəkar arıçı var və onlar ailə təsərrüfatında arıçılığın inkişafına xüsusi maraq göstərirlər. Təklə kəndindən olan peşəkar arıçı Ramiz Qaçayev arıçılıq sahəsinin inkişafına göstərilən dövlət dəstəyindən danışaraq bildirib ki, hər arı ailəsinə verilən subsidiya onları arıçılığı inkişaf etdirməyə, eləcə də bu sahəyə marağı olanları yeni təsərrüfat yaratmağa həvəsləndirir.
Bütövlükdə, regionlarda arıçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Qeyd etdiyimiz kimi, arıçılığın inkişafına yönəlik dövlət dəstəyi ardıcıl xarakter daşıyır və stimullaşdırıcı tədbirlər bu sahəyə olan marağı daha da artırıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

