Regionlarda heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır
29.12.2020 [09:08]
Dövlətin davamlı dəstəyi, bu istiqamətdə atılan addımlar yüksək göstəricilərin əldə olunmasını şərtləndirir
(əvvəli ötən sayımızda)
Mərkəzi Aran regionuna daxil olan Kürdəmir rayonunun heyvandarları da cari ilin on bir ayını uğurlu göstəricilərlə başa vurublar. Bununla bağlı verilən məlumata görə, əsas sahələr üzrə məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, bu ilin on bir ayı ərzində rayonda diri çəkidə 8672,7 ton ət istehsal edilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 207,4 ton çoxdur. Bundan başqa bu ilin yanvar-noyabr ayları ərzində rayonda süd istehsalı 286,8 ton artıb və 41846,5 tona çatıb. Yumurta istehsalı isə 834 min ədəd çoxalaraq 27 milyon 635 min ədəd olub. Bəhs edilən dövrdə Kürdəmir rayonunda, həmçinin 28,5 ton yun istehsal edilib və bu göstərici ötənilki səviyyədədir.
Heyvandarlığa olan maraq rayonlarda yeni təsərrüfatların yaranmasında əhəmiyyətli rol oynayır
Bu məqamda qeyd edək ki, Mərkəzi Aran bölgəsində yerləşən Sabirabad rayonunda da heyvandarlıq aqrar sektorun mühüm sahələrindən biridir. Rayonda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Daha dəqiq desək, bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə rayonda mühüm tədbirlər həyata keçirilir.
Beləliklə, verilən məlumata əsasən, rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində isə rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır. Məsələn, statistik məlumatlara əsasən, hazırda Sabirabad rayonunun heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 828 baş mal-qara və 232 min 688 baş qoyun-keçi bəslənilir. Bundan başqa, cari ilin on bir ayında rayonda 13 min 796 ton ət (diri çəkidə), 89 min 962 ton süd, 74 milyon 982 min ədəd yumurta və 596 ton yun istehsal olunub. Bu da ötən ilin on bir ayı ərzində istehsal olunan ətdən 741 ton, süddən 4 min 433 ton , yumurtadan 16 milyon 302 min ədəd, yundan isə 31 ton çoxdur. Heyvandarlığın inkişafından söz düşmüşkən, son illər digər rayonlar kimi Sabirabad rayonunda da mal-qaranın cins tərkibinin yaxşılaşdırlması istiqamətində də mühüm işlər görülür ki, bu barədə bir qədər sonra daha ətraflı məlumat verəcəyik.
Hələlik isə bildirək ki, əsasən, kənd təsərrüfatı rayonu olan Saatlıda da heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır. Statistik məlumatlara əsasən, hazırda Saatlı rayonunun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 15 baş iribuynuzlu mal-qara, 114 min 467 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin on bir ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 7 min 52.1 ton ət (diri çəkidə), 39 min 542.8 ton süd, 209.5 ton yun, 13 milyon 170 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 4.9 ton, süddən 5.8 ton, yundan 15 ton, yumurtadan isə 188 min ədəd çoxdur.
Rayonlarda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də davamlı addımlar atılır
Ölkəmizdə heyvandarlığın inkişafından söz açarkən yeni innovativ vasitələrdən istifadə, o cümlədən yeni texnoloji inkişafdan bəhrələnərək atılan addımları mütləq şəkildə qeyd etmək gərəkir. Belə ki, artıq bir neçə ildir ölkəmizdə mal-qaranın cins tərkibinin yenilənməsi yönündə davamlı addımlar atılmaqdadır. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları ilə yanaşı, konkret olaraq heyvandarlığın inkişafını özündə əks etdirən “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi məhz ölkədə heyvandarlıq sahəsində yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır. Bu mənada artıq rayonlarda süni mayalanma yolu ilə heyvanların cins tərkibinin daha da təkmilləşdirilməsi yönündə əməli addımlar atılır. Əksər ekspertlərin də vurğuladıqları kimi, məhz dövlət tərəfindən bu məqsədlə stimullaşdırıcı addımların atılması, subsidiyaların ayrılması kənd təsərrüfatının gəlirli sahələrindən sayılan heyvandarlıqla məşğul olmağa müsbət mənada təsirini göstərir.
Beləliklə, bildirmək yerinə düşər ki, Aran iqtisadi rayonuna daxil olan Neftçala rayonunda da aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu barədə verilən məlumatda da vurğulandığı kimi, rayonda sözügedən sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur. Ümumiyyətlə, son illər Neftçala rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyə gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi rayondakı təsərrüfat sahiblərində heyvandarlığın inkişafı üçün bu üsuldan geniş istifadəyə marağı daha da artırıb. Məlumat üçün bildirək ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir, ötən il və bu ilin yanvar ayı ərzində bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 4 min 588 baş inək və düyədən 2 min 339 baş buzov alınıb. Hər 100 baş inəyə 50 baş bala düşür. Doğulan buzovlara görə maldarlara ümumilikdə 233 min 900 manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda Neftçalanın heyvandarlıq təsərrüfatlarında 42 min 800 başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış məhsuldar heyvanlardır.
İmişli rayonu da heyvandarlığın inkişaf etdiyi rayonlarımızdandır. Bu sahə rayonda əsas təsərrüfat sahələrindən biri sayılır. Qeyd edilməlidir ki, dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahəyə marağı artırıb, onun inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub. Vurğulamaq yerinə düşər ki, son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyə gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi İmişlidə də təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadəyə marağı daha da artırıb. Hazırda rayonda 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2 min 960 baş inək və düyədən 1715 baş buzov alınıb. Hər 100 inəyə 57 bala düşür. Doğulan buzovlara görə maldarlara ümumilikdə 170 min 500 manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda İmişlinin heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Verilən məlumata əsasən, Ağdam rayonunda da heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2020-ci ilin on bir ayında 3611 baş inək və düyə süni yolla mayalandırılıb, 2191 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.
Yuxarıda da vurğuladığımız kimi, son illər Sabirabad rayonunda da mal-qaranın cins tərkibinin yaxşılaşdırlması istiqamətində mühüm işlər görülür. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətində düyələr alınıb gətirilir, süni mayalanmaya xüsusi diqqət yetirilir. Qeyd edilməlidir ki, hazırda rayonda 14 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il və bu ilin yanvar ayı ərzində bu məntəqələrinin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 10 min 679 baş ana inək və düyədən 5 min 457 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara 545 min 700 manat subsidiya ödənilib. Bununla yanaşı, qeyd edək ki, hazırda Sabirabadın heyvandarlıq təsərrüfatlarında 120 min baş ana inək və düyə saxlanılır ki, onların da 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Öz növbəsində, Saatlı rayonunda da son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyə gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir, ötən il və cari ilin yanvar ayında bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 239 baş inək və düyədən on bir ay ərzində 4 min 601 baş buzov alınıb. Hər 100 baş inəyə 73 baş bala düşüb. Qeyd edək ki, süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 460 min 100 manat subsidiya ödənilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24

