/ / İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
28.07.2021 [08:48]
Elşad Mirbəşiroğlu: Ölkəmizdə fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri əsasında yüksək səviyyədə təmin edilir
Bəlli olduğu kimi, insan hüquq və azadlıqlarının təmini, o cümlədən qorunması demokratik cəmiyyətlərin əsas komponenti qismində çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda da insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin edlməkdədir. Qeyd etmək yerinə düşər ki, müasir, müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş hüquqlarının təmini və qorunması siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O cümlədən insan hüquq və azadlıqlarının qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun əsas prioritetlərindəndir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən, daha dəqiq desək 1993-cü ilin iyunundan indiyə kimi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb.
Öz növbəsində, məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı bir çox sahələrdə irəliləyişlərin qeydə alınması ilə yanaşı, hüquqi dövlət qruculuğu prosesinin əsasının qoyulması ilə də nəticələndi. Bu mənada, müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmini ilə bağlı institusional addımların atılması, Konstitusiyanın qəbulu və fundamental insan azadlıqlarının təmini məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Millət vəkili qeyd edib ki, Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir: “Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq da dünyada fərqlənir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında bərabərdir. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Bir sözlə, ölkəmizdə fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri əsasında yüksək səviyyədə təmin edilir”.
Açıqlamasında ölkəmizin insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəklədiyini deyən E.Mirbəşiroğlu vurğulayıb ki, BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, hətta bütün dünyada insan hüquqlarının qorunmasına öz töhfəsini verir.
“Bəlli olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlarla əfv sərəncamı imzalanıb, amnistiya aktları qəbul edilib və bunlar on minlərlə insana şamil olunub. Bu, bir daha onu sübut edir ki, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb. Bu gün fundamental azadlıqların əsaslı şəkildə təmin edildiyi Azərbaycanda vətəndaş birliyi, siyasi həmrəylik mövcuddur ki, bunu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi dövründə əyani şəkildə gördük”, - deyə E.Mirbəşiroğlu əlavə edib.
Millət vəkili onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi olan Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

