Tətbiq edilən yeniliklər, ümumilikdə, diaspor və lobbi quruculuğu işinə müsbət təsir göstərib
17.08.2021 [00:28]
Ceyran Səttarova: Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi də göstərilən diqqət və qayğıdan güc alaraq fəaliyyətini uğurla davam etdirir
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurlardan güc alan ölkəmiz, eyni zamanda, diaspor siyasəti istiqamətində da davamlı addımlar atır. Bu sahədə 2018-ci ildən etibarən daha da fəallaşma hiss edilir. Əksər ekspertlərin vurğuladıqları kimi, məhz həmin ildən başlayaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində tətbiq edilən yeniliklər, ümumilikdə, diaspor və lobbi quruculuğu işinə müsbət təsir göstərib. Bu yeniliklərdən güc alan diaspor təşkilatlarımız isə fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun quraraq üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Bu sırada Türkiyədə öz fəaliyyəti və aktivliyi ilə seçilən təşkilatlardan olan Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi də var. Dərnəyin sədri Ceyran Səttarova da “Yeni Azərbaycan”a açıqlamasında ilk olaraq məhz bu məqama toxundu: “Dərnəyimizin fəaliyyəti haqqında məlumat verməzdən öncə bildirmək istəyirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində tətbiq edilən yenilik öz müsbət təsirini xaricdəki diaspor təşkilatlarının işində də əks etdirir. Komitə yeni dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərməyimiz, dövlətin diaspor siyasətinin daha uğurla həyata keçirilməsi üçün davamlı addımlar atır. Bizlər də göstərilən diqqət və qayğıdan güc alaraq fəaliyyətimizi uğurla davam etdiririk”.
C.Səttarova bildirib ki, rəhbərlik etdiyi qurum 2012-ci ildə, Antalyada yaşayan və burada çalışan azərbaycanlı ziyalılar və iş adamları tərəfindən qurulub: “Ötən müddət ərzində qarşımıza qoyulan məqsədlərə çatmaq üçün davamlı fəaliyyət göstərmişik. Məhz bunun nəticəsidir ki, dərnəyimiz burada Azərbaycan mədəniyyətini, ədəbiyyatını, folklorunu, mətbəxini layiqincə təmsil edir”.
Ceyran Səttarova bildirib ki, təşkilatın yaranmasından indiyə qədər Antalyada yaşayan həmyerlilərimiz, həmçinin burada təhsil alan azərbaycanlı tələbərlə bir çox lahiyələr həyata keçirilib: “Bu günə kimi bilik yarışmaları, şahmat turnirləri, rəqs və mahnı yarışmaları, əl işlərindən və milli mətbəximizdən ibarət yarmarkalar keçirmişik. Eyni zamanda, hər il Xocalı, 20 Yanvar faciələri, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimləri, o cümlədən dövlət, milli və dini bayramlarla bağlı çeşidli tədbilər təşkil edirik. Bundan başqa Ramazan və Qurban bayramlarında ehtiyacı olan həmyerlilərimizə ərzaq paketi, qurban payları paylayırıq”.
Vurğulanıb ki, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi pandemiya zamanı da fəaliyyətsiz olmayıb: “Həmin vaxt onlayn şəkildə Azərbaycanın muzeylərinə səyahətlər, şəhid ailələri və yaxınları ilə görüşlər, müharibədə iştirak etmiş həkimlərlə, qazilərlə görüşlər və sair təşkil etdik”.
Bu məqamda, xatırlatmaq yerinə düşər ki, istər pandemiya, istərsə də ötən ilin iyununda Ermənistanın təxribatları zamanı dünyanın hər yerində olduğu kimi, Antalyada da soydaşlarımız birlik və bərabərlik nümayiş etdiriblər. Ceyran Səttarova deyib ki, biz azərbaycanlılar lazım olanda bir olmağı bacarırıq: “Biz, həm pandemiya, həm ötən ilin iyun hadisələri, həm də İkinci Qarabağ savaşı zamanında bu birliyin və həmrəyliyin şahidi olduq. Həmin vaxt keçirdiyimiz aksiyalara Antalyadakı soydaşlarımızla yanaşı, Türkiyədə fəaliyyət göstərən xarici diaspor təşkilatları, dovlət və bələdiyyə rəsmiləri, siyasi partiyaların təmsilçiləri də qatılmışdılar. Bu bir daha Türkiyədə Azərbaycana olan sevgi, diqqət və dəstəyi sübut etdi. Ümumiyyətlə, dərnəyimizin fəaliyyətində və lahiyələrimizin həyata keçirilməsində yerli bələdiyyələrin, kaymakamlıkların və s. dövlət və qeyri-dövlət təşkilatlarının da böyük dəstəklərini görürük. Əsasən də, Antalya Muratpaşa bələdiyyəsi və kaymakamlığı, Kəpəz bələdiyyəsi və kaymakamlığı, Konyaaltı kaymakamlığı, Antalya Türk Ocaqları Təşkilatı, siyasi partiyalarla yaxından və fəal şəkildə çalışırıq. Bunlardan əlavə Antalyada fəaliyyətdə olan İrak türkmənləri, Ahıska türkləri, Qazaxıstan, Qırğızıstan dərnəkləri ilə də sıx əlaqələrimiz var. Birlikdə keçirdiyimiz tədbir və layihələr də olur. Hətta türk cümhuriyyətlərini və türk xalqlarını təmsil edən təşkilatlarla birlikdə Antalyada “Türk Dünyası Birliyi” də qurulub. Eyni zamanda, fəaliyyətimiz dövründə Azərbaycanın müxtəlif dövlət qurumları və təşkilatları ilə sıx təmaslarda olmuş, bir sıra ortaq tədbir və layihələr reallaşdırmışıq”.
Dərnəyin sədr müavini Azər İsmayıl isə bildirib ki, təmsil olunduğu qurum ötən müddətdə Antalyadakı soydaşlarımızın maariflənməsi, tariximiz və mədəniyyətimizi daha dərindən öyrənməsi üçün də müvafiq addımlar atıb: “Bu istiqamətdə işlərimiz hazırda da davam edir. Belə ki, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin müraciəti əsasında AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən dərnəyə Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, elmini özündə əks etdirən nəşrlər təqdim edilib. Kitabxana tərəfindən dərnəyə tariximizin müxtəlif dövrlərini əks etdirən “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan dili və tarixi”, “Şirvanşahlar dövləti”, “Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı: 1917-1918”, “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı: 1918-1920”, “Memar İ.K.Ploşko -”İsmailiyyə”nin müəllifi”, “Qədim Şuşa” (ingilis və rus dillərində), “Bakı simfoniyası”, “Müstəqillik dövrü Azərbaycan romanı” kitabları və digər elm sahələrini əhatə edən nəşrlər təqdim olunub. Bundan başqa “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi tərəfindən dərnəyə Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, elmini özündə əks etdirən nəşrlər təqdim edilib. Eyni zamanda, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından dərnəyimizə 100-ə yaxın kitab (bədii ədəbiyyat) göndərilib. Dərnəyimizin sədri Ceyran Səttarova dəyərli kitablara və göstərilən diqqətə görə hər üç quruma təşəkkürünü bildirib”.
Azər İsmayıl deyib ki, dərnək üzvləri bu yaxınlarda baş verən meşə yanğınları zamanı da lazım olan addımları atıblar: “Yanğın zamanı evləri, təsərrüfatları və bütün əşyaları yanan insanlar üçün Antalya bələdiyyələri yardım kampaniyalarına başlyıblar. Təbii olaraq Antalyada yaşayan azərbaycanlılar da, bu kampaniyadan kənarda qalmayıb və qardaşlarına yardım üçün səfərbər olublar. Həmyerlilərimizin dərnəyimizə olan çoxsaylı müraciətlərini nəzərə alaraq, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin yönətimi bu kampaniyaya qoşulmaq qərarı alıb. Dərnək yönətiminin, üzvlərinin və yardımsevər həmyerlilərimizin səyləri nəticəsində az müddətə çox miqdarda yardım vasitələri, quru və konserv yeməkləri, geyim əşyaları, uşaq bezləri, tibbi ləvazimatlar, gigiyenik vasitələr, uşaq yeməkləri, təmizlik vasitələri, ərzaq saxlama qabları və s. toplanıb”.
Qeyd olunub ki, dərnəyin sədr müavini Azər İsmayıl və yönətim üzvləri, ilk yardım vasitələrini 31 iyul tarixində Antalya Muratpaşa bələdiyəsinin Yardım Toplama Mərkəzinə təhvil veriblər. İkinci yardım vasitələri dərnək sədri Ceyran Səttarova və dərnəyin fəal üzvü Sevinc Ələkbərovanın iştirakı ilə avqustun 2-də Antalya Böyükşəhər bələdiyyəsinin Yardım Toplama Mərkəzinə təhvil verilib. Yardımlarımız davam edəcək. Azərbaycan Türkiyə qardaşlığı hər zaman və hər yerdə özünü ən gözəl şəkildə göstərir. Türkiyə Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.
Nadir AZƏRİ
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13

