/ / “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlər Azərbaycan mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıyır
“Nizami Gəncəvi İli” çərçivəsində görülən işlər Azərbaycan mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıyır
31.08.2021 [09:29]
Nizami Cəfərov: “Nizami Gəncəvi İli”ndə təkcə respublikamızda deyil, həm də ölkə xaricində mühüm tədbirlər həyata keçirilməkdədir
Azərbaycanda mədəniyyətin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Xaqımızın Ümummilli Lideri Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə böyük önəm verilib. Ulu Öndərin “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir” müdrik kəlamı bu sahədə görülən işlərin məqsəd və məramını açıq şəkildə ortaya qoyur.
Ulu Öndərin milli mədəniyyətin inkişafı yönündəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının Azərbaycan mədəniyyətinin inciləri sayılan dahi şairlərimizin, mütəfəkkirlərimizin yubileylərinin keçirilməsi, onların irsinin öyrənilməsi və dünyada tanıdılması istiqamətində atdığı addımlar mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, müstəqilliyimizin bərpasının 30 illiyini qeyd etdiyimiz tarix həm də dahi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə təsadüf edir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Ekspertlərin qeyd etdikləri kimi, bu, istər ölkə, istərsə də dünya ictimaiyyətinin Nizami irsi ilə yaxından tanış olması üçün olduqca mühüm bir qərardır. Digər tərəfdən, bu qərar bir daha ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində davamlı tədbirlərin görülməsinin əməli təsdiqidir.
“Nizami Gəncəvi İli” ilə bağlı fikirlərini bölüşən “Atatürk” Mərkəzinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, akademik Nizami Cəfərov bildirib ki, Nizami Gəncəvi dünya ədəbiyyatında özünün böyük dövlətçilik düşüncəsi ilə tanınan şair-mütəfəkkirlərimizdəndir. Bu mənada, 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi qeyd olunması böyük məna kəsb edir. N.Cəfərov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev hər zaman Nizami Gəncəvi yaradıcılığına, Nizami Gəncəvinin əsərlərinin tərcümə olunmasına, çap edilməsinə, Nizamişünaslıq tədqiqatlarının miqyasının genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Nizami Gəncəvinin yubileylərinin keçmiş Sovet İttifaqı çərçivəsində, hətta dünya miqyasında qeyd edilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır: “Əsası Ulu Öndər tərəfindən qoyulan bu ənənə müstəqil Azərbaycanda daha geniş miqyasda davam etdirilir. Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyər olduqca təqdirəlayiqdir. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Tədbirlər Planı hazırlanıb və həyata keçirilir. Düzdür, davam edən COVID-19 pandemiyası ilə əlaqədar “Nizami Gəncəvi İli”ndə kütləvi tədbirlərin keçirilməsində çətinliklər yarandı. Bununla belə, əsas məqsəd heç bir zaman unudulmamalıdır. Çünki Nizami Gəncəvi həm də öz doğma yurdunu, dövlətini sevmiş bir vətənpərvər, mütərəqqi şairdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi Nizami Gəncəvi irsinə ən böyük töhfə, hədiyyə oldu”.
N.Cəfərovun sözlərinə görə, “Nizami Gəncəvi İli” ilə bağlı tədqiqatlar davam etdirilir, mühüm addımlar atılır. Ən əsası isə, “Nizami Gəncəvi İli”ndə təkcə respublikamızda deyil, həm də ölkə xaricində mühüm tədbirlər həyata keçirilməkdədir. “Xüsusi qeyd etmək istərdim ki, İngiltərənin qədim tarixə malik Oksford Universitetində Nizami Gəncəvi adına “Azərbaycanşünaslıq və Qafqazşünaslıq” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzə bizim görkəmli alimimiz, akademik Nərgiz Paşayeva rəhbərlik edir. Biz də bu mərkəzin fəaliyyətində yaxından iştirak edirik. Bu mərkəz həm də fəaliyyəti dövründə Azərbaycanla bağlı çox ciddi araşdırmalar aparır, Azərbaycanın dünyada elmi nüfuzunu yüksəldir, Nizami Gəncəvinin dahi Azərbaycan şairi olduğunu bir daha dünya miqyasında təsdiq edir. Məhz bu təbliğat nəticəsində dünya ictimaiyyəti bütün coğrafi təyinatları ilə, ədəbi maraqları ilə, üslubları ilə azərbaycanlı olan Nizami Gəncəvi irsi ilə yaxından tanış olmaq imkanı qazanır. Bundan başqa, bu il Türkiyədə dərc olunan “Qardaş qələmlər” dərgisinin bütöv bir nömrəsi məhz Nizami Gəncəviyə həsr edilib. Bu jurnal Avroasiya Yazarlar Birliyinin jurnalıdır və akademik İsa Həbibbəylinin ön sözü ilə dərc olunan Nizami Gəncəviyə həsr edilmiş nömrə Türk dünyası ölkələrinin də Nizami irsi ilə yaxından tanışlığına bir vəsilə oldu”, - deyən N.Cəfərov onu da vurğulayıb ki, Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” monoqrafiyası Londonda ingilis dilində çap olunub. Bundan başqa, ölkəmizdə Nizami Gəncəvinin sətri tərcümələri hər kəsin əlinə çatacaq bir tirajla yenidən çap edilib.
Millət vəkili vurğulayıb ki, pandemiya dövrü olsa da, dahi mütəffəkirin irsinin yenidən öyrənilməsi, təbliği ilə bağlı az iş görülməyib. Eləcə də ölkə mətbuatı, televiziyalar Nizami Gəncəvi irsinin təbliği ilə bağlı mühüm işlər görməkdədirlər: “Bundan başqa, Nizami yurdu Gəncənin girişində “Xəmsə”yə aid rəsmlər kitab şəklində təqdim edilir ki, bu da çox gözəldir. Milli Məclisin Mədəniyyət komitəsində də bu məsələ dəfələrlə müzakirə edilib. Xalqımız Nizami Gəncəvini sevir, fəxr edir. Təbii ki, aparılan təbliğat işində ən mühüm detal məhz beynəlxalqmiqyaslı olmasıdır. Çünki dünya ictimaiyyətinin ölkəmizi həm də Nizami Gəncəvi irsi ilə tanış olarkən daha yaxından tanıması böyük bir üstünlükdür. Nizami Gəncəvi dünyanın şairidir, dünyada yaşayan hər bir insanın şairidir və onun miqyası yoxdur. Nizami yaradıcılığı hər zaman və hər kəs üçün aktualdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

