Azərbaycanda regional sənaye quruculuğunun əhatə dairəsi genişlənir
03.09.2021 [09:00]
Azərbaycanda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi ölkəmizin yeni inkişaf modelini formalaşdırıb. Bu modelin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, ölkəmizdə bölgələr də iqtisadi güc mərkəzlərinə çevriliblər. Xüsusilə də bütün ölkə üzrə yüksəksəviyyəli müasir infrastrukturun yaradılması istisnasız olaraq respublikanın əksər bölgələrində iqtisadi fəallığın artmasını şərtləndirib.
Bütün ölkə üzrə yeni generasiya güclərinin yaradılması, müasir yolların çəkilməsi, su, qaz təchizatının yüksək səviyyədə təmin olunması bölgələrdə, həmçinin sənaye quruculuğuna güclü impuls verib. Məlum olduğu kimi, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda güclü sənayeləşmə prosesi gedir. Təsadüfi deyildir ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeyd alınır. Cari ilin arxada qalan dövrü ərzində qeyri-neft sənayesində təxminən 16 faiz artıma nail olunub ki, bu da Azərbaycanın məqsədyönlü siyasətinin nəticəsidir.
Son illərdə ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə yeni sənaye müəssisələrinin yaradılması, həmçinin güclü infrastruktur təminatına malik bölgələrdə də geniş vüsət alıb. Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlarda yeni istifadəyə verilən əksər sənaye müəssisələrinin açılış mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Bu ənənə postmüharibə dövründə də davam edir. Dövlətimizin başçısı cari ilin iyul ayında Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub və “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. Dövlət başçımızın fəaliyyəti ilə tanış olduğu “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanılıb. Həmin vaxtdan etibarən bu mədəndə mühüm yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.
Son illərdə ölkəmizin regional sənaye quruculuğu siyasəti çərçivəsində bölgələrdə sənaye məhəllələrinin yaradılması da geniş vüsət alıb. İndiyədək Prezident İlham Əliyev ayrı-ayrı bölgələrdə sənaye məhəllələrinin yaradılması ilə bağlı bir neçə Sərəncam imzalayıb. Respublikamızda ilk Sənaye Məhəlləsinin açılışı 24 sentyabr 2017-ci il tarixində dövlət başçımızın iştirakı ilə Neftçalada baş tutub. Sözügedən Sənaye Məhəlləsinin inşası Prezident İlham Əliyevin 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.
Cari ilin aprelində isə Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verərək bildirib ki, ölkəmizdə fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər. Hacıqabul Sənaye Məhəlləsində yaradılan “Azərmaş” zavodu 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir. Sənaye Məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq. Görülən işlərdən razılığını bildirən dövlətimizin başçısı “Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi üçün zəruri tədbirlər görülür. Hazırda burada müasir infrastruktur quruculuğu intensiv şəkildə davam etdirilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb və respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edilib. İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Sözügedən ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada 167 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də sənaye məhəllələrinin yaradılmasına start verilib. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk olaraq Ağdam Sənaye Parkının təməlqoyma mərasimi keçirilib. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

