/ / Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi milli iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətlərindən birinə çevrilib
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi milli iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətlərindən birinə çevrilib
07.09.2021 [09:01]
Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində informasiya-kommunikasiya texnologiyaları sahəsi milli iqtisadiyyatımızın ən dinamik inkişaf edən istiqamətlərindən birinə çevrilib. Ölkə üzrə abonentlərin dayanıqlı, təhlükəsiz və keyfiyyətli informasiya-kommunikasiya şəbəkəsindən istifadə etmələri üçün infrastruktur mütəmadi olaraq yenilənir, müasir texnologiyaların və avadanlıqların tətbiqinə geniş meydan verilir. Qarşıya qoyulan hədəf ondan ibarətdir ki, respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əhatə dairəsi daim genişlənən rəqəmsal transformasiya siyasətinin meydana çıxardığı yeni çağırışları qabaqlamalı və bu sektordan xidmət ixracının həcmi artırılmalıdır.
Bütövlükdə, şəbəkə üzrə müasir çağırışlar və perspektiv inkişaf nəzərə alınmaqla həyata keçirilən yeni layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən abonentlərə yeni texnologiyalara əsaslanan telefon rabitəsinin təqdim edilməsinə start verilib. Bu, “Alcatel 1000 S-12” tipli stansiyaların yenilənməsi və müasir standartlara cavab verən İMS (IP multimedia subsystem) texnologiyasına əsaslanan platformaya keçid sayəsində mümkün olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, uzunmüddətli istismar nəticəsində avadanlıqların köhnəldiyi, həmçinin tələbatı ödəmədiyi nəzərə alınaraq ölkə üzrə stansiyaların müasir əsaslarda quraşdırılması işlərinə 2019-cu ildən başlanılıb. Ötən müddət ərzində Bakı şəhərinin və Yevlax rayonunun ərazisində yeni stansiyalar quraşdırılıb və uğurla sınaqdan keçirilib. Artıq yeni stansiyalar tam istismara verilib. IMS texnologiyasına keçid “Aztelekom” MMC istifadəçilərinə daha keyfiyyətli rabitə xidmətindən faydalanmağa şərait yaradacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühüm qurumlarından biri olan “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) də abonentlərini yeni, daha keyfiyyətli xidməti ilə sevindirib. Belə ki, qurum paytaxtın Binəqədi və Sabunçu rayonlarındakı yaşayış massivlərini optik telekommunikasiya xidmətləri ilə təmin etməyə başlayıb. “Evədək optika” layihəsi çərçivəsində Biləcəri qəsəbəsində yerləşən “Motodrom” yaşayış massivində 1300 nömrə tutumlu şəbəkə qurulub. Artıq 700-dən çox mənzilin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib, mövcud mis xətlər üzərindən rabitə xidmətləri alan 300 mənzil yeni şəbəkəyə keçirilib. Əlavə olaraq Biləcəri qəsəbəsinin Xudadat bəy Məlikaslanov küçəsində fiber-optik xətlərin çəkilişi üzrə ikinci mərhələyə start verilib. Sözügedən küçədə sakinlərin rabitə xidmətləri ilə təmin edilməsi üçün 2000 nömrə tutumlu optik şəbəkə qurulub. Hazırda bu ərazi üzrə müraciətçilərin keyfiyyətli telekommunikasiya xidmətlərinə qoşulması istiqamətində işlər görülür. Ümumilikdə, Binəqədi rayonunun Biləcəri qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. Ərazidə 10 min nömrə tutumlu genişzolaqlı şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub.
“Baktelecom” tərəfindən sözügedən layihənin icrası Sabunçu rayonunun Balaxanı, Maştağa, Kürdəxanı və Nardaran qəsəbələrində də davam etdirilir. Bu ərazilərdə yaşayan sakinlərin genişzolaqlı rabitə xidmətləri ilə təminatı üçün 1500 nömrəlik optik xətt şəbəkəsinin inşası həyata keçirilir. Artıq Balaxanı qəsəbəsində müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün 400 nömrə tutumlu infrastruktur qurulub. Qəsəbənin Həsən Əliyev küçəsində 200-ə yaxın mənzildə telekommunikasiya xidmətlərinə qoşulma işlərinə başlanılıb. 2021-ci ilin sonunadək Sabunçu rayonunda yaşayan sakinlərin istifadəsi üçün müasir standartlara cavab verən 15 min nömrə tutumlu xətt şəbəkəsinin tikintisi başa çatacaq. Qeyd edək ki, layihə icra olunan bütün ərazilərdə optik telekommunikasiya şəbəkəsi qurularkən gələcəkdə abonentlərin sayının artması ehtimalı da nəzərə alınıb.
Məlumat üçün bildirək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 min istifadəçi tutumu olan optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 min mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu passiv optikşəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir optik xətt üzərindən təqdim etməyə imkan yaradır.
Hazırda bütün dünyada şəbəkələrə və məlumat bazalarına kiberhücumların artması ilə əlaqədar meydana çıxan çağırışların da aktuallığı kifayət qədər böyükdür. Sirr deyil ki, “gözlənilməyən qonaqlar”ın ayrı-ayrı sistemlərdə törətdikləri xətaların fəsadlarını aradan qaldırmağa bəzən uzun zaman kəsiyi və böyük maliyyə vəsaiti tələb olunur. Öz siyasətini dünyadakı yeni trendlərə və çağırışlara adekvat quran respublikamızda da rabitə və yüksək texnologiyalar sahəsinin inkişaf strategiyasında şəbəkənin kiberhücumlardan qorunması məsələsinə həmişə xüsusi diqqət göstərilir və davamlı şəkildə önləyici tədbirlər görülür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində Kiber Hücumların Simulyasiya Laboratoriyasının yaradılması bunu bir daha təsdiqləyir. Laboratoriyada kibertəhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiberhücumlara qarşı həmlələr həyata keçiriləcək. Həmçinin sistemlərdəki boşluqların yoxlanılması, təhlükəsizlik auditi xidmətinin göstərilməsi planlaşdırılır. Mütəxəssislər tərəfindən mütəmadi simulyasiya hücumlarının həyata keçiriləcəyi laboratoriyada qurumun layihələri, eləcə də digər təşkilatların istifadəsi üçün nəzərdə tutulan İT hesabatlarının hazırlanması da mümkün olacaq.
Qeyd edək ki, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında ən önəmli rollardan birini simulyasiya hücumlarının təşkili bacarıqlarının qazandırılması oynayır. Bu, mütəxəssislərə hücumun başvermə texnikasını dəqiq öyrənməyə, test edilən sistemlərdəki boşluqları aşkarlamağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa imkan verəcək. Bulud infrastrukturunda qurulmuş laboratoriya tam izolyasiya olunmuş mühiti təmin edir və infrastruktur dəyişikliklərinin daha qısa müddətə həyata keçirilməsinə şərait yaradır.
Mübariz ABDULLAYEV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

