Vətənpərvər gəncliyin yetişdirilməsi dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi...
15.09.2021 [13:10]
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir.
Mövzu ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev bildirib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümidinin rəhnidir: “Gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların yetişdirilməsi bütün ölkələr üçün əsas məsələlərdən biridir. Azərbaycanda da dövlət siyasətinin mühüm prioritetlərindən biri gənclərin inkişafı, cəmiyyətdə sağlam mövqe tutmaları, bütün sahələrdə irəli getmələridir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk günlərdə gənclərin ən yaxın dostu olacağını, gənclərə etibar etdiyini və gənclərin də Ona etibar etməsini arzuladığını ifadə etdi. 2003-cü ildən biz bu qarşılıqlı etimadın nəticələrini görməkdəyik və əminliklə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, onların bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlət strukturlarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən prestijli ali məktəblərində təhsil almağa göndərilməsi, Bakıda müxtəlif mövzularda gənclərə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi də dediklərimizi təsdiq edə bilər”.
Həmsöhbətimizin sözlərinə görə, bu gün dövlət idarəetmə sistemində, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü artırır. Bu, Azərbaycanda dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir və bu gün buna uğurla nail olunub. Məhz bunun nəticəsidir ki, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Ölkəmizin dövlət siyasətində də insan kapitalının inkişafı başlıca faktor kimi göstərilib. Bu baxımdan, kadrların inkişafı dedikdə, ilk növbədə, gənclər anlaşılır.
Fəsli Nəbiyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi öz gücünü göstərdi: “Bütün xalqımız yüksək vətənpərvərlik ruhunda gənc nəslin formalaşdığının şahidi oldu. Bu, böyük milli potensialımızdan xəbər verir. Reallıqlar göstərdi ki, Azərbaycanda milli dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir gənc nəsil yetişib. Əlbəttə ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması çox önəmlidir. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Cənab Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhu, hazırlıqları, əzmkarlıqları ilə düşmənin qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı yüksəltmələri, Dövlət himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Bu mənzərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək”.
“Artıq əminliklə deyə bilərik ki, bütün sahələrdə ölkənin gələcəyinin etibar edilə biləcək gənclik formalaşıb. Bütün bunlar dövlətin sağlam gənc nəsil, güclü vətəndaş, etibarlı gələcək uğrunda illərlə apardığı düşünülmüş siyasətinin nəticələridir. Bu gün yeni bir gələcəyin addım səsləri eşidilir. Bu gələcəkdən kənarda qalmaq istəməyən hər kəs ondan faydalana bilər. Qələbənin cəmiyyətimizə qazandırdığı qalibiyyət ruhu bu firavan hədəfləri ölkəmiz üçün misilsiz bir nailiyyət tarixinə çevirəcək, möhtəşəm salnamələr yaradacaq”, - deyə YAP Gənclər Birliyinin sədr müavini vurğulayıb.
Nardar BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

