İnformasiya savaşı davam edir
16.09.2021 [14:06]
Reallıqlar dünya ictimaiyyətinə çatdırılır, erməni yalanları ifşa olunur
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Qələbə qazanaraq tarixi ədaləti və özünün ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları uğurla həyata keçirən Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini, çoxlu sayda strateji əhəmiyyətli yüksəkliyi bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi ilə müharibənin taleyi böyük dərəcədə həll olundu. Bundan sonra müharibəni davam etdirmək iqtidarında olmadığını anlayan işğalçı Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılan həmin Bəyanatla üzərinə bir sıra öhdəliklər götürən mənfur düşmən sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.
Postmüharibə dövründə qalib Azərbaycanın qarşısında duran əsas çağırış işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlıdır. Qeyd edək ki, üç onilliyi əhatə edən işğal dövründə ermənilər zor gücünə öz nəzarətləri altına keçirdikləri şəhər və kəndlərimizdə ağlasığmaz vandalizm əməlləri törədiblər. Həmin ərazilərdən təqdim olunan foto və video materiallar ermənilərin özləri barədə uydurduqları “mədəni xalq” mifini darmadağın edir. Sanki bizim ərazilərimizdən sivilizasiyadan uzaq düşən vəhşi tayfalar gəlib keçib və yolları üstündə gözə dəyən hər şeyi dağıdıblar. İşğal dövründə ekologiyamıza vurulan ziyan, təbii sərvətlərin qanunsuz istismar edilməsi, tarixi-mədəni irsimizin özününküləşdirilməsinə cəhdlər göstərilməsi, məscidlərin dağıdılması və yaxud təhqirlərə məruz qalması əsl müharibə cinayətləridir. Ermənilər beynəlxalq konvensiyalarla qadağan olunan belə cinayətlərini 44 günlük müharibə dövründə də davam etdirdilər. Ordumuzun həmlələri qarşısında aciz durumda qalan düşmən qüvvələri münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi, mülki infrastrukturu, dinc sakinləri qadağan olunmuş silahlardan atəşə tuturdular. Azərbaycanın 100-dək dinc vətəndaşı ermənilərin bu qəbildən olan müharibə cinayətlərinin qurbanlarına çevrilərək həyatını itirdi. Mənfur düşmənin müharibə cinayətləri sırasında ərazilərimizin minalanması və müharibə başa çatandan sonra həmin ərazilərin xəritələrini Azərbaycana verməməsi də xüsusi yer tutur.
Postmüharibə mərhələsində işğaldan azad edilmiş ərazilərdə çoxsaylı bərpa-quruculuq layihələri həyata keçirən Azərbaycan, həmçinin ermənilərin vandalizm əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına da xüsusi həssaslıqla yanaşır. Müharibədən sonra ölkəmizin müvafiq qurumlarının vasitəçiliyi ilə beynəlxalq təşkilatların, transmilli media qurumlarının təmsilçilərinin işğaldan azad olunmuş ərazilərimizə çoxsaylı səfərləri təşkil olunub. Məsələn, işğaldan azad edilən ərazilərimizə səfərə gələn Misirli və Livanlı tədqiqatçılara Cəbrayılda, Şuşada erməni vandalizminin izləri ilə tanış olmaq imkanı yaradılıb. Şuşada görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyovun, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvanın, Xalq artisti Bülbülün güllələnmiş heykəllərini ziyarət edən tədqiqatçılara bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumatlar verilib. Misir və Livan tədqiqatçılarının Şuşada son dayanacağı Qazançı kilsəsi olub. Qonaqlara izah edilib ki, işğaldan azad olunmuş ərazilərdə həm İslam, həm də xristian abidələrinin qorunmasına və bərpasına eyni yanaşma var, burada hər hansı ayrı-seçkilikdən söhbət belə gedə bilməz. İşğaldan azad edilmiş ərazilərdə tarixi mədəni-dini irsin qorunmasına belə həssas yanaşma Azərbaycanın multikultural siyasətini əks etdirir.
Ötən ayın son ongünlüyündə isə Azərbaycan Respublikasının Meksika Birləşmiş ştatlarındakı səfirliyinin dəstəyi ilə Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri ölkəmizə səfərə gəliblər. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, bəhs olunan ölkələrdən olan jurnalistlərə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və işğal dövründə mədəni irsimizin təcavüzkarlıq əməllərinə məruz qalması barədə ətraflı məlumat çatdırılıb. Bildirilib ki, işğal altındakı ərazilərdə erməni vandalizmini əks etdirən çoxsaylı faktlar aparılan monitorinqlər nəticəsində rəsmiləşdirilib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var.
Üç onillik ərzində işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri ağlasığmaz vandalizm əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə, həmçinin ölkə hüdudlarından kənarda da məqsədyönlü iş aparılır. Deyilənlər baxımından avqustun 30-dan sentyabrın 4-dək İtaliyada mədəni irs mövzusunda baş tutan “Bərpa Həftəsi - 2021” adlı beynəlxalq layihədə ölkəmizin də təmsil olunması təqdirəlayiq haldır. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə reallaşdırılan layihə İtaliyanın müxtəlif şəhərlərini əhatə edib. Sentyabrın 2-də “Bərpa Həftəsi”ndə ölkəmizin təqdimatı olub. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycanın işğalından azad olunmuş ərazilərinə “Böyük Qayıdış”a hazırlıq və mədəni irsin bərpası istiqamətində görülən işlər haqqında geniş təqdimatla çıxış edib. O, Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumat verib, fotofaktları təqdim edib. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, ərazilərin minalardan təmizlənmə prosesinin davam etdiyi bildirilib. “Bərpa Həftəsi - 2021” layihəsi çərçivəsində keçirilən tədbirlərdə, həmçinin Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına başlanıldığıda diqqətə çatdırılıb.
Mübariz ABDULLAYEV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

