SOS: Uşaqların gözü önündə qadınlara qarşı zorakılıq halları yolverilməzdir
20.09.2021 [14:04]
Müstəqilliyimizi qazandığımız ilk illərdən başlayaraq Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Xüsusilə də, bu sahədə bir sıra mühüm qanunlar qəbul edilib və davamlı islahatlar həyata keçirilib.
Hələ 15 il əvvəl – 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib. Bu qanun cinsi mənsubiyyətə görə ayrıseçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanlar təsbit edir. Bu qanunun qəbulu ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımdır. Bu qanunu qəbul etməklə Azərbaycan MDB-də və Avropa məkanında bir çox ölkələri qabaqlayıb. Həmçinin gender bərabərliyi haqqında qanun qəbul edildikdən sonra milli qanunvericilik bazası yenidən ekspertizadan keçirilib, bu qanundan irəli gələn zərurətə görə bir çox qanunlara, eləcə də məcəllələrə müvafiq əlavə və dəyişikliklər edilib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, Azərbaycanda uğurla gender siyasəti həyata keçirilir. Onun sözlərinə görə, bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, rəhbər vəzifələrdə çalışır, təhlükəsizlik, məhkəmə və hüquq-mühafizə orqanlarında, eləcə də sahibkarlıq sahəsində fəal təmsil olunurlar.
Deputat Azərbaycanda bir sıra mühüm vəzifələrə qadınların təyin edilməsinin, zərif cinsin nümayəndələrinin qanunverici orqanlarda, idarəçilikdə rolunun artırılmasının qadın liderlərin formalaşmasına böyük töhfə verdiyini qeyd edib.
“Bu gün Azərbaycan cəmiyyətində qadınların kişilərlə eyni müstəvidə çıxış etməsi və aralarında heç bir cinsi fərq qoyulmadan cəmiyyət həyatının bütün sahələrində fəaliyyət göstərə bilməsi günümüzün reallıqlarından biridir. Azərbaycan qadınına diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan qadını artıq uzun illərdən bəri hələ Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində dövlət tərəfindən hər zaman himayə edilən, qayğı göstərilən, eyni zamanda, cəmiyyətin bütün sahələrində öz sözünü deyə bilən bir qüvvəyə çevrilib. Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da məhz dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi təsadüf edir. 2006-cı il fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə komitənin adı dəyişdirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Məqsəd ölkədə ailə və uşaq problemlərinin qadın problemləri ilə kompleks şəkildə öyrənilməsi və həll yollarının tapılması idi”, - deyə J.Əliyeva söyləyib.
Ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqlarının müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə, qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb: “Ürək ağrısı ilə deməliyik ki, bu gün hələ də qadın ilə kişi arasındakı hüquq bərabərliyi cəmiyyətin ayrı-ayrı fərdləri tərəfindən pozulmaqdadır. Çox təəssüflər olsun ki, biz, demək olar hər gün məişət zorakılığı ilə bağlı xəbərlərlə qarşılaşırıq. Bu hallar çox vaxt azyaşlı uşaqların gözləri qarşısında baş verir. Bu uşaqlar daha sonra böyük bir psixoloji travma ilə qarşılaşırlar. Bütün bunlar, əlbəttə ki, qaçılmaz məsələlərdir. Biz gender siyasəti haqqında danışırıqsa, bu məsələlərin ətrafında mütləq həyəcan təbili çalmalıyıq və mütləq cəmiyyətimizi maarifləndirməliyik”.
Müşfiqə BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50

