İdman sahəsindəki mənfi tendensiyalar aradan qaldırılmalıdır
21.09.2021 [13:56]
Yavər Hüseynov: İdman zallarının qapalı olması uşaq və gənclərin sosial şəbəkələr vasitəsilə zərərli vərdişlərə yönəlməsinə yol açıb
Müstəqillik əldə etdikdən, daha doğrusu, 1993-cü ilin iyunundan sonra Azərbaycanda yetişməkdə olan gənc nəslin inkişafı, o cümlədən fiziki və mənəvi sağlamlığı daim dövlətin diqqət mərkəzində olub. Belə ki, uşaq və gənclərin hərtərəfli tərbiyəsi istiqamətində görülən işlər idman sahəsini də əhatə edib. Onu da qeyd edək ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət göstərilməsi, həmçinin əldə edilən uğurlar sayəsində Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Bu istiqamətdə hazırda da davamlı addımlar atılır, həmçinin gənc nəslin sağlam yetişməsi üçün hər il ölkəmizin müxtəlif regionlarında idman-sağlamlıq obyektləri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər görülür. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın gələcəyi olan uşaq və gənclərə yaradılan şəraitin nəticəsidir ki, son illərdə ölkəmizdə idmanın bütün növlərinə maraq artıb.
Buna baxmayaraq, bütün dünyanı cənginə alan pandemiya səbəbindən 1 ildən çoxdur ki, idman zallarının qapalı olması, müxtəlif idman növləri üzrə respublika çempionatlarının və digər yarışların keçirilməməsi gənclərin fiziki sağlamlığına, eyni zamanda, idmançıların illərdir qazandıqları bacarıq və təcrübələrini nümayiş etdirməsinə təsirsiz ötüşməyib.
Öz növbəsində, məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin rəhbəri, “Arpaçay” karate klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə göstərən klubların və məşqçilərin son illərdə qarşılaşdığı problemlərə pandemiyanın yaratdığı çətinliklər də əlavə olunub. Onun sözlərinə görə, məlum səbəblərdən idman zallarının qapalı qalması həm uşaqların və gənclərin sağlamlığı üçün mühüm rolu olan idmanla məşğulolmanın qarşısını alıb, həm də məşqçilərin fəaliyyətinə və maddi durumlarına ciddi zərər vurub, eyni zamanda, beynəlxalq arenalarda ölkəmizi təmsil edəcək idmançıların yetişdirilməsinə müəyyən əngəllər yaradıb.
Əməkdar məşqçi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclər və idman sahəsində siyasəti hamıya bəllidir: “Dövlətimizin idmana qayğısı, diqqəti hər zaman hiss edilməkdədir, idmançılara dəstək olmağın təşviq edilməsi göz önündədir. Dövlət qurumları, o cümlədən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, habelə Azərbaycan Milli Karate Federasiyası (AMKF) və karate idman növü üzrə mövcud olan digər təşkilatlar tərəfindən mənəvi dəstəyi həmişə hiss edirik. Amma bütün müstəqil klublar kimi təbii ki, bizim də yarışlara idmançıların hazırlığı, beynəlxalq turnirlərdə iştirakın təmin olunmasında maddi çətinliklərimiz olur. Buna görə də ümid edirəm ki, həm dövlət orqanları, həmçinin dövlətin idmana qayğı göstərmək yönündə siyasətini əsas götürən iş adamları bu sahəyə köməyi əsirgəməyəcəklər. Çünki hədəflərimiz sırasında Azərbaycanın daxilində karate idman növünə marağı təşviq etməklə uşaqların və gənclərin pis vərdişlərdən uzaqlaşması, sağlam həyat tərzi keçirməsi də var”.
Y.Hüseynov deyib ki, ölkədaxili və beynəlxalq yarışlara idmançı hazırlayan federasiyalara Gənclər və İdman Nazirliyinin xüsusi dəstək verməsi öz növbəsində həmin federasiyalarda birləşmiş ayrı-ayrı klublara diqqət və qayğı göstərilməsini təşviq edə bilər: “Sevindirici haldır ki, cənab Prezident tərəfindən bu yaxınlarda gənclər və idman naziri təyin edilən Fərid Qayıbov artıq idman federasiyalarının fəaliyyətləri ilə tanış olmağa başlayıb. Ümid edirik ki, yeni təyin olunan hörmətli nazirin idman sahəsinə, o cümlədən gənc nəslin fiziki sağlamlığının əsasını təşkil edən idman klublarına diqqət və qayğısı gələcəyimiz olan uşaq və gənclərin uğurlarına böyük töhfə olacaq. İnanırıq ki, yeni təyin edilən nazirin mövcud çətinlikləri aradan qaldırmaq üçün federasiyaları və aktiv klubların fikirlərini də nəzərə alaraq bu istiqamətdə müvafiq tədbirlər görmək üçün addımlar atacaq. Belə bir fürsət yaransa, uşaqlarımızın gələcəyi üçün çıxdığımız bu yolda yeni-yeni nailiyyətlər əldə etmək üçün yeni proqram və təkliflərimi təqdim etməyə hazıram. Çünki pandemiyadan sonra Azərbaycanda idman sahəsində də müəyyən boşluqlar yaranıb. Bu baxımdan, idman zallarının qapalı olması uşaq və gənclərin sosial şəbəkələr vasitəsilə zərərli vərdişlərə yönəlməsinə yol açıb. Ümidvaram ki, bu mənfi tendensiyaların aradan qaldırılması, təklif və proqramların təqdim olunması üçün şərait yaradılacaq. Eyni zamanda, idmanla yanaşı, uşaqlarımızın təhsilinə də ciddi önəm verilməli, onların sağlam mənəvi ruhda böyüməsinə də diqqət yetirilməlidir”.
“Məlum olduğu kimi, pandemiya səbəbindən Tokio-2020 olimpiya oyunlarının təxirə salınması, digər beynəlxalq yarışların ötən il keçirilməməsi idmanın inkişafına da mənfi təsir göstərib. Belə ki, Tokio-2020 bu il baş tutsa da, ölkəmizin əvvəlki olimpiya oyunlarına nisbətən az medal əldə etməsi narahatlıq doğurub. Cənab Prezident də Tokio-2020-də ölkəmizin əldə etdiyi nəticədən narazılığını dilə gətirib. Buna baxmayaraq, AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Tokioya yollanan 3 nəfər karate təmsilçisindən ikisinin - Rafael Ağayevin və İrina Zaretskanın medalla qayıtması bu sahədə fəaliyyət göstərən məşqçilər, habelə gənclərimiz üçün stimul olub”, - deyə Əməkdar məşqçi bildirib.
Ən nəhayət, idman sahəsində bir sıra neqativ halların hökm sürməsinə toxunan Y.Hüseynov deyib ki, son illər bəzi hallarda həqiqətən aktiv fəaliyyət göstərən, uşaq, yeniyetmə və gənclərimizin yetişdirilməsində mühüm rol oynayan klubların, o cümlədən məşqçilərin, idmançıların əməyi düzgün qiymətləndirilmir. Onların əvəzinə lazımi qədər xidməti olmasa da, müxtəlif yollarla “əməkdar məşqçi”, “idman ustası” adları almağa nail olanların mövcudluğu heç bir təmənna güdmədən dövlətin yürütdüyü siyasətə uyğun şəkildə sağlam gənc nəslin yetişdirilməsi qayğısına qalanları məyus edir.
Bütün qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafında, o cümlədən idman sahəsində uğurlarımız kifayət qədər olsa da, bəzi mənfi tendensiyaların və çətinliklərin də aradan qaldırılmasına ehtiyac var.
Qaşqay RAMAZANOV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

