Diaspor təşkilatlarımız postmüharibə dövründə
23.09.2021 [14:48]
Seymur Nəsirov: Ölkəmizi layiqincə təmsil etməyə, digər ölkələrlə münasibətlərin inkişafı yönündə dövlətimizin yürütdüyü siyasətə dəstək verməyə çalışırıq
Məlum olduğu kimi, son illərdə Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə olunub. Bu baxımdan, dövlət tərəfindən diaspor siyasəti istiqamətində də davamlı addımlar atılmaqdadır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sistemli və ardıcıl siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan diasporunun nümayəndələri yaşadıqları ölkələrdə dövlətimizi və xalqımızı layiqli şəkildə təmsil etmək üçün böyük səy göstərirlər. Eyni zamanda, xarici ölkələrdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daim əlaqələndirərək Azərbaycanın əldə etdiyi uğurlar fonunda ölkəmizin daha yaxşı tanıdılması baxımından müxtəlif tədbirlər həyata keçirirlər.
Onu da qeyd edək ki, son illərdə bu sahədə bir qədər də fəallıq nəzərə çarpır. Belə ki, 2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində tətbiq edilən yeniliklər diaspor və lobbi quruculuğu işinə də müsbət təsir göstərib. Bu yeniliklərdən qaynaqlanan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün diaspor təşkilatlarımız fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurur və üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Yuxarıda qeyd olunan məsələlərlə bağlı qəzetimizə açıqlama verən “Vətənpərvər” - Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri, tədqiqatçı-alim Seymur Nəsirov da fəaliyyət göstərdiyi ölkədə rəhbərlik etdiyi təşkilatın diaspor quruculuğu, lobbiçilik və azərbaycanlıların həmrəyliyi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü deyib. Onun sözlərinə görə, Yaxın Şərq regionunda ölkəmizlə bağlı obyektiv informasiyaların yayılmasında, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliğində, öyrədilməsində diaspor təşkilatı mühüm işlər görür: “Regionun ən böyük dövlətlərindən birində olduqca fəallığı ilə seçilən “Vətənpərvər” - Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin nəzdində Qahirənin müxtəlif universitetlərinin misirli və əcnəbi tələbələrinə ödənişsiz əsasda təhsil verən kursların Azərbaycan dili üzrə bölməsi fəaliyyət göstərir. Ötən ayın əvvəlində diaspor mərkəzimizdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün yeni ərəb dili və ədəbiyyatı kurslarının təşkilinə start verdik. Bu münasibətlə Qahirənin müxtəlif universitetlərində təhsil alan xarici ölkələrdən olan tələbələrlə görüşlər də keçiririk. Görüşlər zamanı müxtəlif ölkələrdən olan tələbələrə Cənubi Qafqazın lider ölkəsi və böyük beynəlxalq nüfuza malik olan Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə məlumat veririk. Hər il diaspor mərkəzində təşkil edilən bu kursların müdavimləri Azərbaycan dilinin leksik və qrammatik qaydalarını öyrənir, həmçinin sonradan tərcümə ilə məşğul olurlar. Tələbələrin tərcümə etdikləri məqalələr yaxın vaxtlarda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlı işıq üzü görəcək dövri publisistik nəşrdə dərc olunacaq. Kurslarda, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və ədəbi irsi də öyrədilir”.
Azərbaycan dilinin əhəmiyyətindən bəhs edən S.Nəsirov diqqətə çatdırıb ki, əsrlərlə ərəb və digər dillərlə vəhdətdə zənginləşən dilimizə müxtəlif ölkələrdən olan tələbələrin böyük maraq göstərməsi sevindirici haldır: “Hazırkı kursda Uzaq Şərq və Afrikadan olan 43 müdavim təhsil alır. Ümumilikdə isə, diaspor mərkəzində dünyanın 31 ölkəsindən 350 tələbə Azərbaycan dili ilə yanaşı, ərəb dili, dekorasiya, xəttatlıq sənəti və digər fənlər üzrə ödənişsiz təhsil alır. Keçirdiyimiz mütəmadi görüşlər zamanı tələbələrə Azərbaycanın tarixi, mədəni irsi, müasir inkişafı, ədəbiyyatı haqqında məlumat verilir, afrikalı və asiyalı gənclərin mənsub olduğu ölkələrlə Azərbaycanın əlaqələrindən də bəhs olunur. Bunun nəticəsidir ki, Nigeriya, Somali, Sudan, Seneqal, İndoneziya, Banqladeş və digər ölkələrdən olan gənclər ərəb dili və ədəbiyyatı ilə yanaşı, Azərbaycan dilinə, ölkəmizin tarix və mədəniyyətinə də maraq göstərirlər”.
Tədqiqatçı-alim onu da əlavə edib ki, diaspor mərkəzində bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən olan tələbələrə Azərbaycan dili, “Qurani-Kərim”in qiraəti və xəttatlıq fənni üzrə 30 diplom təqdim olunub.
44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən sonra diaspor təşkilatlarımızın üzərinə daha böyük məsuliyyət düşdüyünü deyən S.Nəsirov bildirib ki, ölkəmizin Misirdəki səfirliyi ilə birgə fəaliyyət göstərən “Vətənpərvər” Azərbaycan həqiqətlərinin, o cümlədən torpaqlarımızın azad olunması, eləcə də sonrakı proseslər barədə xəbərlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görüb: “Vətən müharibəsi dövründə və Qələbədən sonra sosial şəbəkələrin ərəb seqmentində Azərbaycanın haqq işi və ədalətli mövqeyinin geniş auditoriyaya çatdırılmasına çalışmışıq. Bu istiqamətdə fəaliyyətimizi indi də davam etdiririk. Belə ki, Misirin və digər ərəb ölkələrinin media orqanlarında məqalələr dərc etdirilir, ermənilərin törətdikləri vəhşiliklər, tarixi-dini abidələrin dağıdılması və məscidlərin təhqir edilməsi barədə ətraflı məlumatlar ərəbdilli ölkələrin oxucularına çatdırılır”.
“Vətənpərvər” təşkilatının rəhbəri fəaliyyətlərinin yalnız Misirin daxilində Azərbaycanın təbliği ilə yekunlaşmadığını da vurğulayıb: “İstər Qahirədə keçirilən beynəlxalq tədbirlərdə, istərsə də digər sahələrdə ölkəmizi layiqincə təmsil etməyə, digər müsəlman dövlətləri ilə münasibətlərin inkişafı sahəsində dövlətimizin yürütdüyü siyasətə dəstək verməyə çalışırıq. Məsələn, Qahirədə müşaviri olduğum Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Fətva evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri və əməkdaşlıq mexanizmləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Pakistanın dini işlər və vəqflər naziri Pir Nur-ul Həqq ilə görüşümüz bu baxımdan əlamətdar olub. Pakistanın dini işlər və vəqflər naziri vurğulayıb ki, pakistanlılar 44 günlük müharibəni özlərinin ədalətli mübarizəsi kimi qiymətləndiriblər. Pakistanlı nazir əlavə edib ki, Misirdə geniş fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzində pakistanlı tələbələrə göstərilən diqqət və qayğı da təqdirəlayiqdir. Nazir onu da əlavə edib ki, Pakistan və Azərbaycan liderlərinin dostluq və qardaşlıq münasibətləri, xalqlarımızın bir-birinə yaxınlığı ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Onu da xatırladım ki, Qahirədə keçirilən və 85 ölkədən fətva evlərinin rəhbərləri, baş müftilər, nazirlər, ilahiyyatçı alimlər və ictimai xadimlərin iştirak etdiyi sözügedən beynəlxalq konfransda Azərbaycanı mən təmsil etmişəm”.
Diaspor rəhbəri onu da vurğulayıb ki, son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya şuralarında birləşən diaspor təşkilatları ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətlərini müasir çağırışlar əsasında qururlar. Tədqiqatçı-alimin sözlərinə görə, bu zaman ölkəmizin, tariximizin, mədəniyyətimizin dünyada tanıdılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.
Beləliklə, dünyanın müxtəlif xarici ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının Azərbaycan dilinə, ölkəmizin tarix və mədəniyyətinə maraq yaradılması yönündə addımları göz qabağındadır. Diaspor nümayəndələrinin qeyd etdiyi kimi, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün müvafiq fəaliyyətlərin yeni çağırışlar əsasında davam etdirilməsi prioritet hesab olunmaqdadır.
Qaşqay RAMAZANOV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

