Məqsəd keyfiyyətdir
02.12.2021 [11:00]
“Şəbəkə” 3 yaşını qeyd edəcək
Mübariz ABDULLAYEV
Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini oxumayan az adam tapılar. Əsərdə məzlum Novruzəli xanın ona verdiyi məktubu poçt qutusuna saldıqdan sonra nə edəcəyini bilmir və çıxış yolunu qutunun yanında gözləməkdə görür. Onun qutunun başında keşik çəkməsi axırda əlbəyaxa dava ilə nəticələnir. Bir nəfər gəlib qutunu açır və oradakı məktubları götürür. Bu, Novruzəliyə qəribə görünür. O, xanın məktubunun “oğurlanması”ndan narahatlıq keçirərək poçt xidməti işçisinin üstünə hücum çəkir...
Görkəmli mütəfəkkir-yazıçı bu səhnəni təsvir etməklə diqqəti zamanında Azərbaycan kəndlərində hökm sürən geriliyə yönəltmək istəyib. Maarifpərvər ədibin arzusu o idi ki, kəndlərimizdə ətalət buzu ərisin və insanlar yeniliklərə, elmə, təhsilə istiqamət götürsünlər.
Yazının əvvəlində məşhur hekayəni təsadüfən xatırlatmadıq. Aradan illər ötüb və çox şey dəyişib. Dəyişən, yenilənən həm də Azərbaycanın poçt xidmətidir. Hazırda ölkəmizdə poçt xidmətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC həyata keçirir. Bu gün “Azərpoçt” MMC Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq həm fərdi şəxslərə, həm də biznes qurumlarına 1500-ə yaxın poçt şöbəsi vasitəsilə həftə içi hər gün, eyni zamanda, şənbə, bazar və bayram günlərində də xidmət göstərir.
Qurum ölkə üzrə şəbəkənin genişləndirilməsi, xidmətin keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə ardıcıl şəkildə müxtəlif layihələr həyata keçirir. Son illərdə MMC-nin reallaşdırdığı ən uğurlu layihələrdən biri paytaxtda və bölgələrdə “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsidir. Respublikamızda 2017-ci ilin fevral ayında ilk “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib. Hazırda ölkə üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə “Şəbəkə” mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.
Çox doğru olaraq “Şəbəkə” mərkəzləri xidmət sektorunda müasirlik, yenilik kimi səciyyələndirilir. Belə mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın artırılması və bürokratiya hallarının aradan qaldırılmasıdır. Yaradılan müasir xidmət mərkəzlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca satışı, pul köçürmələri, büdcə, kommunal, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. Belə ki, “Şəbəkə” mərkəzlərində “SmartPay” - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
“Azərpoçt” MMC-dən verilən məlumata əsasən, qurumun təqdim etdiyi digər bir yenilik “Sədərək” Ticarət Mərkəzindən (TM) alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılması xidmətidir. Əvvəllər sahibkarlar və sıravi vətəndaşlar TM-dən aldıqları malları öz evlərinə və yaxud ticarət obyektlərinə apararkən daşımalarla bağlı bir sıra çətinliklərlə üzləşir və əlavə vaxt itirirdilər. Artıq bütün bunlar keçmişdə qalıb. “Azərpoçt” ölkəmizin ən iri ticarət mərkəzində müştərilərin köməyinə çatır. Yeni xidmət vasitəsilə göndərişlərin sərfəli qiymətə və təhlükəsiz şəraitdə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikanın istənilən bölgəsinə çatdırılması təmin edilir. MMC-dən bildirilib ki, yeni layihə çərçivəsində göndərişlərin sayı gündən-günə artır ki, bu da müştərilərin məmnuniyyət səviyyəsinin bariz nümunəsidir. Qurumun yaydığı məlumatda vurğulanıb: “Noyabr ayının ilk yarısında göndərilən bağlamaların sayında oktyabr ayına nisbətən iki dəfə artım müşahidə edilib. Qısa müddət ərzində 1000-ə yaxın bağlama ünvanlara təhvil verilib. Göndərişlərin əksəriyyəti “Sədərək” Ticarət Mərkəzində onlayn ticarət vasitəsilə satılan məhsullardır”.
Mühüm yeniliklərdən biri isə “Azərpoçt” MMC-nin beynəlxalq əlaqələrinin genişlənməsi ilə bağlıdır. Qurum Ümumdünya Poçt İttifaqının yeni EAD (Electronic Advance Data - İlkin Elektron Məlumatlar) mobil tətbiqinə qoşulub. Bu, “Azərpoçt”un xidmətlərindən istifadə edənlər üçün bir sıra üstünlüklər qazandırır. Belə ki, müştəri poçt şöbəsinə getməzdən əvvəl göndərəcəyi məhsul barədə məlumatları EAD mobil tətbiqinə yükləyərək xüsusi şifrə əldə edir. Daha sonra poçt şöbəsinə yaxınlaşaraq müvafiq şifrəni poçt əməliyyatçısına təqdim etməklə göndərişi qısa bir zamanda reallaşdırır. Mobil tətbiqdən bəhrələnməklə gömrük bəyannaməsinin öncədən doldurulması xidmətin daha operativ həyata keçirilməsinə şərait yaradır.
Yeni tətbiqin üstünlüyü həm də ondan ibarətdir ki, müştəri təyinat ölkəsində hansı malların qadağan olunduğunu sistemdə görə bilir və göndərilən məhsulun HS (Harmonized System - Uyğunlaşdırılmış Sistem) gömrük kodunu əvvəlcədən müəyyənləşdirir. Bu da sürətli gömrük rəsmiləşdirilməsi aparılması və göndərişin ünvana gecikdirilmədən çatdırılması ilə nəticələnir. Bildirilib ki, qeyd edilən xidmət ilkin mərhələdə Mərkəzi Poçt Şöbəsi, Poçt Daşıma Mərkəzi və Gəncə şəhərində yerləşən EMS məntəqələrində həyata keçirilir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

