Azərbaycanda insan hüquqları necə qorunur?
14.09.2022 [11:01]
MİKAYIL
Bu il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 74 ili tamam olur. 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-da bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur. Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda, real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.
Ölkəmizdə insan hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Azərbaycan dövləti tərəfindən də insan hüquqlarının qorunması, hüquq və azadlıqların təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. İnsan hüquqları 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının, eləcə də 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir.
Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb. Ölkəmizdə etiqad, inanc azadlığı bərqərar olunub, vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapıb.
Bundan başqa, ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının” qəbul edilməsi və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. Məhz bu məqsədlə 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul olunub.
Bundan başqa, 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib. İmzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb.
Hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur
Ulu öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlığına göstərilən həssas münasibət və humanizm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin Sərəncamın imzalanmasından artıq 15 il keçir. Hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda insan hüquqları aylığı keçirilir.
Vurğulamaq lazımdır ki, törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini hər zaman həssaslıqla nəzərə alan dövlətimizin başçısı bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 18 ildə imzaladığı 35 əfv sərəncamı ümumilikdə 5672 nəfərə tətbiq olunub.
Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə qəbul edilmiş 4 amnistiya aktı 40 min 412 insana şamil olunub. Bu da cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib.
Zəfər amnistiyası 15 min 450 nəfəri sevindirib
Vətən müharibəsində böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş Zəfər amnistiyası da respublikamızın humanizm prinsipləri əsasında uğurlu inkişaf yolu keçdiyini bir daha nümayiş etdirib.
Amnistiya aktı 15 min 450 nəfərə şamil edilib. Onlardan 8626 nəfər cəzadan tam azad edilib, 6490 nəfərin cəza müddəti azaldılıb. Amnistiya aktı tətbiq edilənlərin 86 nəfəri Vətən müharibəsi iştirakçısı olub. Amnistiya aktı 735 qadına şamil edilib.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

