Dünya üçün nümunəyə çevrilən şəhər və rayonlarımız
22.10.2022 [10:37]
Nicat PAŞA
Hazırda bütün dünyada regionlar, əyalətlər arasında nəzərəçarpacaq dərəcədə fərqin yaranması narahatlıq doğuran əsas məsələlərdəndir. Qabaqcıl ölkələrin bir çoxunda diqqət, əsasən, iri şəhərlərə yönəldiyindən əsasən, iri, xüsusilə də sənaye şəhərləri daha çox inkişaf edir. Belə olan halda isə, təbii olaraq digər regionlar, nisbətən kiçik şəhər və rayonlar diqqətdən kənarda qalır və həmin bölgələrdə inkişaf dinamikası digərlərinə nisbətdə bir xeyli zəifləyir. Sevindirici haldır ki, Azərbaycanda bütün deyilənlərin əksini müşahidə etməkdəyik.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü, çoxvektorlu siyasətin uğurlu nəticəsi olaraq 2004-ci ildən etibarən inkişafın fərqli modelinin tətbiqinə başlanılıb. Sözügedən inkişaf modeli özündə bölgələrin balanslı şəkildə inkişafını təzahür edir. Azərbaycanda regionların inkişafı ölkəmizin sosial-iqtisadi inkişaf xəttinin əsas tərkib hissəsi olmaqla, regionların balanslı, tarazlaşdırılmış şəkildə inkişafının təmin olunması qarşıda dayanan strateji məqsəd kimi müəyyənləşdirilib. Bu xüsusda son bir neçə il ərzində sözügedən hədəfə nail olunması istiqamətində atılan mühüm addımları qeyd etməkdə böyük fayda var. Belə ki, respublikamızda Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olundu. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda yeni Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın hər bir bölgəsinin özünə xas olan iqtisadi potensialı mövcuddur. Bu səbəbdən də həm qeyd edilən, həm də bütün digər dövlət proqramları hazırlanarkən bölgələrimizin iqtisadi resursları, əmək ehtiyatları və bununla bərabər, həlli vacib olan məsələlər, insanların istəkləri nəzərə alınıb. Olduqca əhəmiyyətli olan bu inkişaf xətlərinin dəqiq müəyyənləşdirilməsi isə nəticə etibarı ilə bölgələrin inkişaf proqramlarının uğurlu icrasının təmin olunmasında vacib rol oynayır.
Son bir neçə il ərzində regionlarımızda vətəndaşların həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində davamlı olaraq işlər görülür. Paytaxtda olduğu kimi, bütün şəhər və rayonlarımızda da əhalinin ən yeni, müasir texnologiyalara əlçatanlılığı təmin olunur, vətəndaşların həyat şəraitinin yüksəldilməsi üçün bütün zəruri addımlar atılır.
Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə də yüksək səviyyəli abadlıq-bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Böyük Qayıdışın ən yaxın zamanda başa çatması istiqamətində görülən işlərin miqyası, əldə olunan nəticələr, layihələrin icrasının ən yüksək səviyyədə təmin edilməsi bir daha onu deməyə əsas verir ki, keçmiş qaçqın və məcburi köçkünlərimiz ən qısa zamanda öz dədə-baba yurdlarına geri dönəcəklər.
Deyilənlərin növbəti təzahürü kimi dünən Zəngilanın Ağalı kəndində KOBİA-nın dəstəyi ilə fəaliyyətə başlayan bazarı nümunə gətirmək yerinə düşər. Belə ki, Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə bazar fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 kvadratmetrdir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və sair məhsullar satılacaq. Bazar Ağalı sakinlərinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəməklə yanaşı, əhalinin məşğulluğunu da təmin edəcək.Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53

