Vətən müharibəsi təhsil proqramlarında
29.11.2022 [10:33]
Proqramların hazırlanması istiqamətində islahatların keçirilməsi labüddür
Günel ABBAS
Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülsə də, mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.
Xüsusilə Böyük Zəfərdən sonra təhsil proqramlarında Vətən müharibəsi, Azərbaycan xalqının yeni tarixi, tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatlar əks olunur. Çünki cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünyagörüşünü artırmalı, savadlanmalıdır. Bu məqsədlə də, əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyub saxlayır.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli “Yeni Azərbaycan”a bildirib ki, təhsil, maarifçilik hərəkatı, mədəniyyət Azərbaycanda Milli Məclisin qəbul etdiyi qanunlar və aidiyyətı qurumların hazırladıqları sənədlər əsasında idarə olunur: “Bu qanunların müddəalarına uyğun əsasnamələr və nizamnamələr müvafiq dövlət qurumlarında hazırlanır. O cümlədən əsasnamələr Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin özünüfəaliyyət istiqamətlərinin hər birinə uyğun olaraq işlənilir. Bu mənada son illər ölkədə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlərin icrası prosesi intensivləşdirilib.
Deputat qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri, Akademiyada çalışan alimlər müəyyən addımlar atıb, müxtəlif proqramların üzərində işləyib və zaman-zaman bəlli nəticələrə nail olublar: “Hesab edirəm ki, bütün bunlar yetərli deyil. Nəzərə almaq lazımdır ki, hazırda hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlıdır. Doğrudur, Azərbaycanda da müəyyən işlər görülür, amma dünyada da bu sahədə daha çox yeniliklərə imza atılır, uğurlar qazanılır. O baxımdan ölkədə bu proseslərin daha da sürətləndirilməsinə ehtiyac var. Son illər, xüsusilə də, bir sıra universitetlərin inkişafının şahidiyik. Əsas odur ki, daha geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz var. Unutmaq olmaz ki, ölkə bu baxımdan, həm də güclü iradə sahibidir. İnanıram ki, biz zamanla daha böyük uğurlara nail olacaq və məqsədlərimizə çatacağıq. Ona görə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi labüddür”.
Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni tarixə, həyata qədəm qoyub və cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə sonadək davam edəcək: “Bunun üçün cəmiyyətimiz daha da savadlanmalı və hərtərəfli informasiya ilə əhatələnməlidir. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün isə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, yenilərinin hazırlanmasına böyük ehtiyac var. Düzdür, Vətən müharibəsindən ötən bir il ərzində xeyli toplular nəşr olunub. Bu istiqamətdə xeyli tədbirlər keçirilib, bundan sonra da davam edəcək. Təbii ki, müharibənin nəticələri rəsmiləşdirildikdən və sülh müqaviləsi bağlandıqdan sonra bu işlərin sistemli şəkildə davam etdiriləcəyinə şübhə yoxdur. Artıq müharibə ilə bağlı mövzular dərsliklərə salınıb ki, bu da gənclərimizin yeni tariximizi öyrənməsində mühüm rol oynayır. Bundan başqa, qəhrəmanlarımız haqqında filmlər çəkilir. Təbii ki, bu işləri bir ildə çatdırmaq çox çətin prosesdir. Bütün işləri qısa müddətdə görmək qeyri-mümkündür. Bu gün hər kəs öz üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlir. Güman edirəm ki, bu istiqamətdə işlər yaxın müddətdə daha da sürətlə davam edəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12

