Sağlam gələcəyimizin əsas təminatlarından biri...
02.12.2022 [10:54]
Uşaq və gənclərin fiziki inkişafı bu məqsədə xidmət edir
Nardar BAYRAMLI
Azərbaycan dövləti bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Diqqət etsək, iqtisadi cəhətdən ən inkişaf etmiş güclü dövlətlərin, həm də dünyanın qabaqcıl idman dövlətləri kimi tanındığını görərik. Ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişafın yüksək tempi idman sahəsinin inkişafı üçün də geniş imkanlar yaradıb. Şübhəsiz, yalnız hərtərəfli inkişaf etmiş dövlətlərdə idman kimi böyük vəsait qoyuluşu tələb edən sahəni inkişaf etdirmək mümkündür.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki, mənəvi inkişafında mühüm rolunu önə çəkərək deyib: “Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”.
Ötən illər ərzində idman sahəsində görülmüş işlərə nəzər salsaq, bu istiqamətdə böyük yüksəlişin şahidi olarıq. Olimpiya idman komplekslərinin, bir neçə böyük stadionun, idman zallarının inşası, onların arasında təxminən 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, eyni zamanda, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. İdmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması bu sahədə kütləviliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu komplekslərdə idmanla məşğul olan uşaq və yeniyetmələr həm sağlamlıqlarını möhkəmləndirir, həm də idman nailiyyətləri əldə edirlər. Müstəqilliyimizin ilk illərinə nəzər saldıqda, idman nailiyyətlərinin yüksələn xətlə artdığının şahidi olarıq. Bu baxımdan, idmançılarımızın olimpiya oyunlarında nəticələri də qənaətbəxş qiymətləndirilməlidir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov uşaq və gənclərin fiziki inkişafının vacibliyindən danışıb. R.Məmmədov uşaqların bədən tərbiyəsinə başlaması üçün hansı yaşın münasib olması ilə bağlı valideynlərin idman mütəxəssislərinə tez-tez suallar ünvanladıqlarını bildirib: “Hər hansı bir idman növü ilə məşğul olmaq üçün uşağın sağlamlığı nəzərə alınmalı, sonra isə bu barədə qərar verilməlidir. Uşaqları bədən tərbiyəsinə cəlb etməkdə məqsəd, təkcə onlardan peşəkar idmançı yetişdirmək deyil, həm də onların sağlamlığını qorumaq, müəyyən bacarıqlarını inkişaf etdirməkdir. Uşaq və yeniyetmələrin orqanizminin möhkəmləndirilməsində, onun dözümlülüyünün artırılmasında fiziki tərbiyənin xüsusi rolu var. Amma uşaqlara veriləcək fiziki yükün onların gücü və bacarıqlarına uyğun olub-olmaması mütləq nəzərə alınmalıdır. Bədən tərbiyəsi, başqa sözlə desək, fiziki tərbiyə yalnız idman anlamına gəlməməlidir”. Ramin Məmmədovun sözlərinə görə, Azərbaycanda idmanın inkişafı, həm də xalqımızın sağlamlığına hesablanıb. Bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən irimiqyaslı işlər, analoqu olmayan idman infrastrukturu - paytaxt Bakıda, eləcə də regionlarda inşa edilmiş yüksək standartlı, gözəl arxitekturaya malik Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları, meydançalar gənc nəslin daha sağlam və hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan gənclərinin sağlam, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, şübhəsiz, bütün bunların müsbət rolu var. Təsadüfi deyil ki, nəinki Bakıda, ən ucqar rayon və qəsəbələrdə belə uşaq və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olub həm sağlamlıqlarını qoruyurlar, həm də yüksək nəticələr əldə edirlər.
R.Məmmədov deyib ki, idman və bədən tərbiyəsi yeniyetmələrin, gənclərin mənəvi və fiziki cəhətdən harmonik inkişafında müstəsna rol oynayır. Məhz onlara aşılanan yüksək mənəvi keyfiyyətlər gənclərin hərtərəfli inkişaf etməsinə, fiziki və mənəvi cəhətdən kamilləşməsinə səbəb olur. Azərbaycanın inkişafında böyük potensiala malik olan gəncliyin cəmiyyətdə rolu getdikcə artır. Bütün bunlar isə sağlam gələcəyimizin təmin olunması üçün çox önəmlidir.Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34

