Təmiz mühit - sağlam həyat
28.03.2023 [11:15]
Ekologiyanın qorunması prioritetdir
Nicat Dilqəmli
Bütün dövrlər üçün aktuallığını saxlayan məsələlərdən biri də ətraf mühitin mühafizəsinin təmin edilməsidir. Təbiətin qorunması, yaşıllıqların daha da artırılması, zərərli maddələrin yer səthinə atılmaması və bu kimi digər bir çox önəmli məqamlara nəzər yetirdikdə ekoloji zəhərlənmənin təsirləri əhəmiyyətli dərəcədə azaldıla bilər. Reallıq isə bir qədər fərqlidir. Bütün sahələr sürətlə inkişaf etməkdədir. Bu isə yeni-yeni kəşflərin, müasir alətlərin, qurğuların yaradılmasını, onlardan geniş şəkildə istifadəni qaçılmaz edir. Son illərin təcrübəsinə nəzər yetirdikdə məlum olur ki, istehsalçıların xüsusi diqqət yetirdiyi məqamlardan biri də hazırlanan məhsulların ekoloji baxımdan zərərsiz olmasıdır.
Heç şübhəsiz, ətraf mühitin mühafizəsi istiqamətində atılan addımlar yalnız və yalnız istehsalat prosesində müxtəlif dəyişikliklərin tətbiq edilməsi ilə kifayətlənmir. Bu səbəbdəndir ki, dünya birliyi müxtəlif vaxtlarda qlobal istiləşmə, dünya okeanının çirklənməsi, ozon qatının dağılması, havanın və torpağın çirklənməsi, meşələrin, yaşıllığın məhvi kimi məsələlərlə əlaqədar olaraq cəmiyyətə çağırış edib. Günümüzdə də aidiyyəti qurumlar dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəsi bu məsələlərdə həmrəy olmağa çağırır. Hazırda ekologiyanın qorunması üçün davamlı olaraq tədbirlər həyata keçirilir, yeni-yeni layihələr, konsepsiyalar hazırlanır.
Qlobal çağırışlara hər zaman öz dəstəyi ilə seçilən ölkəmizdə də ekologiya və ətraf mühitin mühafizəsi məsələsi prioritetdir. Dövlət başçımızın imzaladığı müvafiq Fərman və Sərəncamlar əsasında həyata keçirilən layihələr deyilənləri bir daha təsdiq edir. Bu yerdə Prezident
İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsini xatırlatmaq yerinə düşər. Həm “Ekologiya ili” çərçivəsində, həm də qarşıdakı illər ərzində ölkə ərazisində milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün şəxsən bu kampaniyalarda aktiv iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin əyani nümunəsidir.
Artıq bir neçə ildir ki, vətəndaş cəmiyyətinin nümayəndələri arasında ekoloji tədbirlərin həyata keçirilməsi davamlı hal alıb. Ətraf mühitin mühafizəsi, zərərli tullantılardan təmizlənməsi istiqamətində görülən işlərdə gənclərin xüsusi yeri vardır. Müvafiq qurumların təşkilatçılığı ilə keçirilən kampaniyalarda bu günə qədər minlərlə gəncin aktiv şəkildə iştirakı deyilənləri bir daha təsdiq edir. Analoji kampaniyaların təşkilinin davamlı xarakter daşıması olduqca qürurverici, sevindirici bir haldır. Məsələn, bugünlərdə “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Lankaran Springs Wellness Resort” ?oteli tərəfindən 63 kiloqram işlənmiş batareya təhvil verilərək “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ictimaiyyətə verilən məlumata görə, “Qırmızı Ürəklər” Fondu tərəfindən 2022-ci ilin may ayında start verilmiş layihə çərçivəsində bu günədək 425 kiloqram işlənmiş batareya toplanıb. Layihənin məqsədi insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyaların toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsidir. Nazirlik hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.
Bundan başqa, Lənkəranda “Bir ağac-min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası da təşkil olunub. Nazirlik və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 316 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb. Diqqət çəkən məqamlardan biri də aksiyada vətəndaşların olduqca fəal iştirak etməsi olub. Belə ki, aksiyalar müddətində ən çox şüşə tullantı burada təhvil verilib.
Həyata keçirilən layihələr ekologiya və ətraf mühitin mühafizəsi məsələsinin nə qədər aktual olduğunu bir daha ortaya qoymuş olur. Ölkəmizin ekologiyanın mühafizəsi istiqamətində əməli addımlar atan dövlətlər sırasında ilk sıralarda olması olduqca qürurvericidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

