Ulu Öndərin 100 illiyində...
04.04.2023 [10:28]
Əsas hədəf Onun irsinin öyrənilməsidir
Günel ABBASOVA
Tarixə nəzər saldıqda görürük ki, gəncliyə dəyər verən, onun inkişafına sərmayə qoyan dövlətlər məhv olmaq təhlükəsindən nəinki xilas olub, zaman keçdikcə daha da güclənib, inkişaf edib. Təbii ki, o ölkələr xoşbəxtliyə çatıb ki, çətin dövrlərdə onların güclü və uzaqgörən liderləri olub. O liderlər ki, xalq onları sevib, inanıb, güvənib və ən çətin vəziyyətlərdə taleyini onlara etibar edib. Necə ki, ölkəmizin yaxın tarixinin ən çətin dövrü kimi yaddaşlarda qalan 1990-1993-cü illərdə xalqımızın Ümummilli Lider Heydər Əliyevə etibar etdiyi kimi...
Liderin böyüklüyünü başa düşmək üçün zamanın ucalığında dayanmaq lazımdır. Aradan keçən zaman kəsimi ötən dövrlərdə qəbul olunan qərarların əsl mahiyyətini bu gün daha yaxşı başa düşməyə imkan verir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ildə 100 illiyini qeyd etməkdə olduğumuz Ümummilli Liderin müstəqilliyimizin ilk illərində atdığı addımlar dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, intellektual, vətənpərvər və sağlamdüşüncəli gənc nəslin yetişməsində mühüm rol oynayıb. Gələcəyə istiqamət verən böyük Lider “İnanıram ki, gənc Azərbaycan dövləti məhz bu saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, mətin və dönməz gənclərimizin fəaliyyəti sayəsində öz müstəqilliyini əzmlə qoruyacaq, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir” ifadəsi ilə, əslində, dövlətlər arasında söz sahibi olan, beynəlxalq müstəvidə onunla hesablaşılan bugünkü müstəqil Azərbaycanın təməlinin necə qoyulduğunun qısa izahını verib.
Bu gün də Azərbaycan gənclərinin Ulu Öndərə olan sevgisi, ehtiramı özünü müxtəlif sahələrdə büruzə verir. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları “
Heydər Əliyev İli”nə öz töhfələrini verməyə davam edirlər.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hakim partiyanın da öz tədbirlər planı var: “Həmin Tədbirlər planı çərçivəsində YAP Gənclər Birliyi də bir sıra tədbirlər və layihələr həyata keçirməyə davam edir. İndiyə qədər olan dövr ərzində biz
“Heydər Əliyev İli” ilə bağlı bir sıra regionlarda gənclərin iştirakı ilə bir çox tədbirlərdə iştirak etmişik. O cümlədən planlarımızda Heydər Əliyev ilə bağlı intellektual və innovativ-rəqəmsal istiqamətdə bir sıra yarışların keçirilməsi də yer alır. Hazırda həmin planlar əsasında fəaliyyətimizi davam etdiririk. Bir sıra fərqli istiqamətlərdə ali təhsil müəssisələrində məlumatlandırıcı görüşlərin keçirilməsi də nəzərdə tutulur. Təbii ki, bu tədbirlər əvvəlki dövrlərdə olduğu kimi silsilə şəkildə həyata keçiriləcək. Heydər Əliyevin irsinin öyrənilməsi, eyni zamanda, gənclərlə bu istiqamətdə faydalı tədbirlərin keçirilməsi əsas hədəfimizdir”.
Onun sözlərinə görə, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə ölkəmizin gələcəyi adlandıran Ümummilli Liderin dövlət gənclər siyasətinin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir: “Ulu Öndərin tövsiyələri ilə istiqamətlənən gənclik müstəqilliyimizi, milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi keçmişdən gələcəyə daşıyır. Bu gün Azərbaycan gəncliyi üçün müasir təhsil mühiti, yeni iqtisadi imkanlar yaradılıb, gənclərin hüquqları genişləndirilib, maddi təminatları möhkəmləndirilib, mənəvi inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər gəncliyi inkişafın yeni mərhələsinə çıxarıb. Gənc nəslin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Yaradılan şəraitin nəticəsidir ki, bu gün minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, gənclərimizin qələbələri sayəsində Azərbaycan Bayrağı xarici ölkələrdə Dövlət Himnimizin sədaları altında yüksəklərə ucaldılır. Gənclərin mədəniyyətlərarası dialoqun aparılmasında fəal iştirakı ölkəmizi beynəlxalq müstəvidə daha yaxından tanıdır. Bir sözlə, gənc nəsil onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməklə ölkəmizin ümumi inkişafına öz töhfəsini verir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

