Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Sözün, azadlığın, hüquqların qorunması yolunda

Sözün, azadlığın, hüquqların qorunması yolunda

06.04.2023 [10:43]

Məqsədimiz müdafiədir

Günel ABBASOVA

Respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində özünün spesifik modelini təqdim edir. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə geniş təminat verir. Bu öhdəliklər isə istisnasız olaraq hakimiyyətin bütün qollarına şamil edilir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaşların sosial və siyasi fəallıqlarının artırılmasına yüksək təminatlar verən təkmil qanunvericilik bazası formalaşıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi - siyasi əsasıdır.

Əsas qanunda ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb. Konstitusiyaya uyğun olaraq bu gün respublikamızda siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.

Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub: “Konstitusiyamızın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri öz əksini tapıb. Eyni zamanda, həyata keçirilən konstitusiya islahatları çərçivəsində Əsas Qanuna insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını özündə ehtiva edən bir sıra dəyişikliklər olunub. Konstitusiyamızın 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Sonrakı mərhələdə ölkəmizdə Əsas Qanunun tələblərinə uyğun olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən qanunvericilik bazası daha da genişləndirilib. O cümlədən ölkədə aparılan hüquqi islahatlar çərçivəsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılıb, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndirilib. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul olunub. Hazırda ölkəmizdə Ombudsman institutu uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən çoxsaylı tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması Azərbaycan dövlətinin bu sahəyə necə böyük önəm verməsinin daha bir ifadəsidir”.

Deputat vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasının qanunvericilik bazasının möhkəmləndirilm?si ilə paralel şəkildə, vətəndaşların sosial və siyasi fəallığının artması üçün münbit zəminin formalaşdırılması da diqqət mərkəzində saxlanılır: “Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaratdığı geniş imkanların önəmini xüsusi qeyd edə bilərik. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl - 1992-ci il iyunun 3-də qəbul olunmuşdu. Ötən dövrdə Azərbaycanın mənzərəsi dəyişib, ölkəmizdə yeni reallıqlar formalaşıb. Azərbaycan dövlətinin siyasi iradəsi ona yönəlib ki, ölkədə yeni siyasi konfiqurasiyanın palitrası daha da zənginləşsin, burada bütün siyasi partiyaların, cəmiyyətin bütün təbəqələrinin iştirakı təmin olunsun. Buna isə vətəndaşların sosial və siyasi fəallığının artırılması yolu ilə nail olmaq mümkündür. Dövlət başçısı tərəfindən təsdiqlənən  “Siyasi partiyalar haqqında” yeni Qanun bunu təmin etmək üçün geniş hüquqi əsaslar yaradır”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30